XOYLU

прил. разг. с норовом, с характером
XOYLANMAQ
XÖRƏK
OBASTAN VİKİ
Xoylu
Xoylu (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Türk-Xoylu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Türk-Xoylu
Türk-Xoylu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Türk Xoylu Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 124 nəfər əhali yaşayır.
Xoylu (Goranboy)
Xoylu — Azərbaycan Respublikasının Goranboy rayonunun Xoylu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Xoylu kəndinin tarixi cox qədimlərə gedib çixir. Xoylu kəndi 3-cu 5-ci əsirlərdə yaranmış və indiki dövrə kimi öz caamati ile fərqlənmişdir. XVIII əsrin ortalarında bu kənd Gəncə xanlığına daxil olmuş ona xidmət ve sədaqətini göstərmişdir. 7 fevral 1991-ci ildə Nizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılmışdır. == Toponimikası == Xoylu kənd yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Rusiya tabelliyini qəbul etmiş Xoy əyalətinin hakimi Cəfərqulu xanla birlikdə Cənubi Azərbaycandan gələnlər salmışlar. Oykonim "Xoy Ģəhərindən gələnlər", "xoylular" mənasındadır. 1998- ci ildə kəndin adı dəyişdirilmiş, şirvanlı kimi rəsmiləşdirilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2105 nəfər əhali yaşayır.
Xoylu bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fətəli xan Xoylu
Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (az.-əbcəd فتلیخان ایسگندر اوغلو خویسکی‎; 7 dekabr 1875, Nuxa – 19 iyun 1920, Tiflis) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır. == Həyatı == === İlk illəri === Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindən, Dünbili tayfasındandır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu. Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi. Müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda.
Xoylu Tarix-Diyarşünaslıq Muzeyi
Xoylu Tarix-Diyarşünaslıq Muzeyi - Goranboy rayonunda yerləşir. Muzeydə Xoylunun təbiətini və tarixinin əks etdirən eksponatlar toplanmışdır. == Həmçinin bax == Xoylu (Goranboy) Xoylu bələdiyyəsi Xoylu == Xarici keçidlər == www.anl.az http://www.anl.az/down/meqale/baki_xeber/2014/dekabr/411211.htm. İstifadə tarixi: 07.01.2021. "Muzeylər". www.goranboy-ih.gov.az. İstifadə tarixi: 08.01.2021. "Tarix və diyarşünaslıq muzeylərimiz-canlı tariximizin izləri". /www.baki-xeber.com. İstifadə tarixi: 08.01.2021.

Digər lüğətlərdə

льнозаво́д молока́нка мы́за обмора́чивать по переме́нкам разверста́ние разли́висто разносторо́нний фли́нта басма перебе́жчик штыкова́ться пюсовый ушкан ammonia spirit dire fair-headed boy maroquin master gunner photocomposer pie-counter walking знакомиться книговедение подкарауливать