Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xoylu
Xoylu (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Türk-Xoylu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Türk-Xoylu
Türk-Xoylu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Türk Xoylu Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 124 nəfər əhali yaşayır.
Xoylu (Goranboy)
Xoylu — Azərbaycan Respublikasının Goranboy rayonunun Xoylu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Xoylu kəndinin tarixi cox qədimlərə gedib çixir. Xoylu kəndi 3-cu 5-ci əsirlərdə yaranmış və indiki dövrə kimi öz caamati ile fərqlənmişdir. XVIII əsrin ortalarında bu kənd Gəncə xanlığına daxil olmuş ona xidmət ve sədaqətini göstərmişdir. 7 fevral 1991-ci ildə Nizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılmışdır. == Toponimikası == Xoylu kənd yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Rusiya tabelliyini qəbul etmiş Xoy əyalətinin hakimi Cəfərqulu xanla birlikdə Cənubi Azərbaycandan gələnlər salmışlar. Oykonim "Xoy Ģəhərindən gələnlər", "xoylular" mənasındadır. 1998- ci ildə kəndin adı dəyişdirilmiş, şirvanlı kimi rəsmiləşdirilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2105 nəfər əhali yaşayır.
Xoylu bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fətəli xan Xoylu
Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (az.-əbcəd فتلیخان ایسگندر اوغلو خویسکی‎; 7 dekabr 1875, Nuxa – 19 iyun 1920, Tiflis) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır. == Həyatı == === İlk illəri === Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindən, Dünbili tayfasındandır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu. Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi. Müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda.
Xoylu Tarix-Diyarşünaslıq Muzeyi
Xoylu Tarix-Diyarşünaslıq Muzeyi - Goranboy rayonunda yerləşir. Muzeydə Xoylunun təbiətini və tarixinin əks etdirən eksponatlar toplanmışdır. == Həmçinin bax == Xoylu (Goranboy) Xoylu bələdiyyəsi Xoylu == Xarici keçidlər == www.anl.az http://www.anl.az/down/meqale/baki_xeber/2014/dekabr/411211.htm. İstifadə tarixi: 07.01.2021. "Muzeylər". www.goranboy-ih.gov.az. İstifadə tarixi: 08.01.2021. "Tarix və diyarşünaslıq muzeylərimiz-canlı tariximizin izləri". /www.baki-xeber.com. İstifadə tarixi: 08.01.2021.
Poylu
Yaşayış məntəqələri Poylu (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Poylu (Ağstafa)Poylu (kənd, Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Poylu (qəsəbə, Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə.Digər Poylu dəmiryolu körpüsü — Kür çayı üzərində dəmiryolu körpüsü.
Xovlu
Məhrəba və ya Xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. == Tarixçə == Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Boylu acılıq
Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir. Meyvəverən sünbülcükləri qısa ayaqcıqlar üzərindədir, uzunsov-ovaldır, birçiçəklidir, 2-3 cüt çiçəkaltlığı vardır. Borucuğun kənarları uzunsov, diləbənzər olub, uzunluğu 3 mm-ə çatır.
Poylu (Ağstafa)
Poylu (kənd, Ağstafa)
Poylu (Samux)
Poylu — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qabırrıçayın sahilində, dağ­ətəyi ərazidədir. Keçmiş adı Eldar olmuşdur. Kənddə Ağstafa rayonunun Poylu kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün belə adlandındırılmışdır. == Əhalisi == Əhalisinin sayı 1715 nəfərdir.
Poylu bələdiyyəsi
Poylu bələdiyyəsi (Ağstafa) — Ağstafa rayonunda bələdiyyə. Poylu bələdiyyəsi (Samux) — Samux rayonunda bələdiyyə.
Soylu Atalı
Soylu Atalı (Talıblı Zülfüqar Qara oğlu; 13 yanvar 1966, Kəpənəkçi, Bolnisi rayonu) — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist. == Həyatı == Soylu Atalı 13 yanvar 1966-cı ildə Gürcüstan SSR-nin (indiki Gürcüstan Respublikası) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1983-cü ildə Kəpənəkçi 1 saylı orta məktəbi bitirmiş və Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. Bir il axşam şöbəsində təhsil aldıqdan sonra 1984-cü ildə sovet ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidməti başa vuraraq institutda təhsilini əyani şöbədə davam etdirmişdir. 1991-ci ildə "Mülki və sənaye binalarının tikintisi" ixtisası üzrə təhsilini başa vurmuşdur. 1990-cı ilin fevralında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda tələbələrlə görüş keçirən Asif Ata ilə tanış olmuş və onun ruhani mübarizəsinə qoşulmuşdur. Asif Atadan "Soylu" adını almış, sonrakı fəaliyyəti və yaradıcılığı bu ad altında getmişdiar. Mütləqə İnam Ocağının Asif Atadan sonrakı fəaliyyəti (5 iyun 1997-ci ildən bu günədək) əsasən Soylu Atalının adı ilə bağlıdır. Ocağın bütün tədbirlərinin aparıcılığı, Asif Ata tərəfindən ideya kimi verilmiş Ocaq Bayramlarının gerçəkləşdirilməsi, Ruhani Beşikbaşı Mərasimlərinin (toy ənənəsi) və Ölügötürmə (yas) Kurallarının nəzəri olaraq (kitab halında) işlənilməsi və bu ideyaların həyata keçməsi, Ata irsinin sistemləşdirilməsi, Ocaq-türk əlifbasının təbliği Soylu Atalının inadı sayəsində baş tutmuşdur. O, Asif Atanın Azərbaycanın siyasi xilası kimi düşündüyü "Uluyurd Hərəkatı"nın nəzəri prinsiplərini işləyib ərsəyə gətirmişdir.
Süleyman Soylu
Süleyman Soylu (21 noyabr 1969, İstanbul) — Türkiyəli siyasətçi, Türkiyə Respublikasının Daxili İşlər naziri (2016-2023).Soylu 2015-ci ildə baş tutan ümumxalq səsverməsində Trabzon millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilmiş və 2015–2016-cı illər arasında Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə naziri olmuşdur. Ədalət və İnkişaf Partiyasına qatılmazdan öncə, 2008–2009-cu illərdə Demokrat Partiyasının sədri kimi fəaliyyət göstərmişdir. == Həyatı == Süleyman Soylu əslən Trabzonludur. Orta təhsilini İstanbulda Plevne liseyində almışdır. Ardınca isə İstanbul Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. İlk dəfə 1989-cu ildə dostları ilə birlikdə şirkət təsis edərək ticarətlə məşğul olmuşdur. == Siyasi fəaliyyəti == === Erkən illəri === Siyasi karyerasına 1987-ci ildə başlamışdır. 1987–1990-cı illər arasında Doğru Yol Partiyasının İstanbul üzrə gənclər təşkilatının idarə heyəti üzvü və təşkilat rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə isə Qaziosmanpaşa təşkilatının idarə heyətinə üzv seçilmiş, 4 il sonra 1999-cu ildə partiyanın İstanbul şəhər təşkilatının rəhbəri olmuşdur. === Demokrat Partiyası === Süleyman Soylu Doğru Yol Partiyasında önəmli vəzifələrə seçildikdə, həmin dövrdə partiya sədri və İstanbul millət vəkili olan Tansu Çillərin diqqət mərkəzində olmuşdur.
Xovlu tikmə
Xovlu tikmə (ing. punch needle embroidery, rus. вышивка в ковровой технике) - tikilmiş (toxunulmamış) xalça texnologiyasıdır. Qədim məxmərtel tikmənin əsasında yaradılmış tik­mə növüdür. Digər adları məxmərtel, məxmərtelbaf, məx­mərbafdır. == Özəllikləri == Orta əsrlərdə Azərbaycanda bu tikmə müxtəlif tikmələrlə kombinasiya olunmuş şəkildə parçanın kənarına xətt vurmaq və ya gülün içərisini doldurmaq üçün istifadə edilirdi. Daha çox, dəstəkləyici xarakter daşıyırdı. Təkcə məxmərtel tikmə ilə işlənmiş tam bir nümunə yoxdur. Hazırda bu tikməni yalnız süfrələrin kə­na­rında gül şəklində işləyirlər. Xovlu tikmələr tərs üzdən qullabla işlənilir.Parçanın arxa tərəfində eskiz çəkilir və elə arxa tərəfindən də tikilir.
Xovlu xalça
Xovlu xalçalar — toxuculuq sənətinin ən yüksək mərhələsini əks etdirən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovsuz, xovlu və süjetli növlərə ayrılır. Çox saylı kompozisiyalı naxışlarla və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar azərbaycan xalçaçılıq sənətində xüsusi seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə xovsuz xalçaların (kilim, sumax, palaz və s.) istehsalından daha mürəkkəbdir, amma xovsuz xalçalardan daha yüksək istismar keyfiyyətlərinə malikdir.
Xovlu xalçalar
Xovlu xalçalar — toxuculuq sənətinin ən yüksək mərhələsini əks etdirən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovsuz, xovlu və süjetli növlərə ayrılır. Çox saylı kompozisiyalı naxışlarla və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar azərbaycan xalçaçılıq sənətində xüsusi seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə xovsuz xalçaların (kilim, sumax, palaz və s.) istehsalından daha mürəkkəbdir, amma xovsuz xalçalardan daha yüksək istismar keyfiyyətlərinə malikdir.
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
Poylu (kənd, Ağstafa)
Poylu — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Poylu (qəsəbə, Ağstafa)
Poylu — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Azərbaycanın qədim yaşayış yerlərindəndir. Burada tarixləri 1800, 1700, 1500-cü illərə gedib çıxan, ərəblərə, ruslara aid qəbir daşları var. Kəndin əhalisi çox idi.Amma 20-ci əsrin ortalarında kəndə düşən xəstəlik kənd əhalisini buradan köçməyə məcbur etdi.Həmin əhali hal hazırda Poylu kəndi adlanan ərazidə məskunlaşıb. == Mədəniyyəti == Poylu qəsəbəsi Azərbaycanın qədim yaşayış yerlərindən sayılır. Bunu Poylu kənd qəbirstanlığındakı ərəb əlifbası ile yazılmış qəbir daşları sübut edir.Poylu qəsəbəsindən tapılan müxtəlif qılınclar, xəncərlər, sikkə pullar indi Azərbaycanın müxtəlif muzeylərində saxlanılır. Ən qədim qılınc Cinallar tayfasından olan Əli adlı şəxsə məxsus olmuşdur(hazırda onun davamçıları həmin kənddə var). == Coğrafiyası == Ərazisi çökəklikdə yerləşən əsasən düzənliklərdən və çox az sayda xırda təpəliklərdən ibarətdir. Qəsəbədən Kür çayı keçir buda kənd əhalisi yayda çimərlik kimi istifadə etməsi balıq tutması üçün istifadə edirlər. Qəsəbədən həmçinin Ağstafa çayı da kecir.
Poylu bələdiyyəsi (Ağstafa)
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Poylu dəmiryolu körpüsü
Poylu dəmiryolu körpüsü — Kür çayı üzərində dəmiryolu körpüsü. == Tarixi == Poylu dəmiryolu körpüsü 1898-ci ildə inşa edilmişdir. Körpü Bakı-Tbilisi dəmiryolunun çəkilişi zamanı tikilmişdir. 1921-ci ilin fevralında gürcü menşevikləri "Qızıl Ordu"ya mane olmaq üçün körpünü dağıtmışdılar. Azərbaycan, Gürcüstan və Ermənistanın 1200 nəfər fəhlə, kəndli və qulluqçusu dörd gün ərzində A.Serebrovskinin rəhbərliyi ilə Poylu dəmiryolu körpüsünü bərpa etmişdir. İnşaatçılar 1921-ci il fevralın 23-də mitinq keçirərək körpüyə Leninin adını vermək haqqında qərar qəbul etmiş və V.İ.Leninə teleqram göndərmişdilər. == Tikinti göstəriciləri == Körpü 12,3+34,7+88,3+56,6+11,9 m sxeminə malik idi və onun tam uzunluğu 208,7 m idi. Metal ferma şəkilli aşırım qurğularının tirilərinin uzunluğu 34,7 m, 88,3 m və 56,6 m təşkil edirdi. 12,3+11,9 m olan aşırım qurğusu isə dəmir-beton tirdən hazırlanmışdır. == Restavrasiya == 1995-ci ildə "EVRASCON" korporasiyası Poylu yaşayış məntəqəsinin yaxınlığındakı dəmir yolu körpüsünün aşırım qurğusunun tirlərini dəyişdirmişdir.
Poylu qəsəbə bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bozlu
Bozlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Bozlu (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd Bozlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Corlu
Corlu — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Kəndin mərkəzindən keçən Bum çayının kənarlarında Şah-Daş bəndi çəkilib. Dağ çaylarının məcradan çıxmasının qarşısını almaqdan ötrü qurulan bəndin möhkəmlənməsi üçün əlavə fəhlə qüvvəsi ilə yanaşı, kənd camaatı da səfərbər olunub.Kənddə altı artezian quyusu qazılıb və bütün məhəllələrdə istifadəyə verilən su həyətlərin əksəriyyətinə çəkilib. Kəndarası yollar yüksək səviyyədə asfaltlaşır. Çuxur Qəbələyə gedən yolun üzərinə beton örtüyü çəkilib. == Toponimikası == Corlu oyk., sadə. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı peçeneqlərin cor tayfa adı ilə əlaqələndirilir və "corlar yaşayan kənd" kimi izah edilir. Toponimi Çovurlu çayının adı ilə bağlayanlar da var.
Doydu
Doydu - türk və altay mifologiyalarında nəhəng Ölüm Balığı. Toydu Balıq olaraq da bilinir. Yeraltındaki böyük dənizdə yaşadığına inanılan əfsanəvi nəhəng balıq. Ağzı gırtlağının altında, gözü isə peysərindədir. Bel sümüyü tərs çevrilmişdir. Zəncirlərlə bağlı tutular. Baş və bədənini oynatınca zəlzələlər olur, tufanlar qopar. Ker Balıq da deyilir. Adı Abra və Yutpa ilə birlikdə xatırlanar. == Etimologiya == (Doy/Toy) kökündən törəmişdir.
Kollu
Kollu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Kollu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Kozlu
Kozlu (türk. Kozlu) — Zonquldak ilinin ilçəsi. Türkiyə Böyük Millət Məclisi tərəfindən 12 noyabr 2012 tarixində qəbul edilən 6360 nömrəli qanunun nəticəsində bir ilçəyə çevrildi. Kömür yataqları olan rayonun ümumi əhalisi 44.376 nəfərdir. Dəniz səviyyəsində qurulan rayonun bütün məskunlaşmaları dağlıq ərazilərdə yerləşir. Bülent Ecevit Universitetinin hazırlıq sinifləri bu bölgədə İncirharmanı şəhərciyindədir. Bir zamanlar 60.000 nəfərlik əhaliyə sahib mədənçi diyarı olan Kozlu, Türkiyə Daş kömür Təşkilatının kiçilməsindən sonra immiqrasiya mərkəzi olmuşdur. Kozlu ilçəsi, Zonquldak şəhər mərkəzindən 5 km məsafədə yerləşir. == Məhəllələri == Mərkəzi məhəllə Fateh məhəlləsi Cənubi məhəllə Taşbaca məhəlləsi İhsaniyyə məhəlləsi 19 May məhəlləsi Qılıç məhəlləsi Əsənköy məhəlləsi Yahma məhəlləsi == Turizm == Kozlu ilçəsində turizm sürətlə inkişaf edir. Kozlu çimərliyi, Dəyirmənağzı və Ilıqsu ilçənin əsas görməli yerləridir.
Gülarə Köylü qızı (Qədirbəyova)
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Mollu
Aşağı Mollu
Novlu
Novlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. ‎Novlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
Qozlu
AzərbaycandaQozlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qozlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Göllü
Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır. == Dağıdılmış abidələri == == Əhalisi == Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər, 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır.
Göysu
Göysu — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Irəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Əslində «köy» (kənd) və «su» (çаy) sözlərindən ibаrətdir. «Çаy kənd» mənаsındаdır. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 23 km məsаfədə yеrləşir. == Əhalisi == Kənddə 1897-ci ildə 187 nəfər, 1908-ci ildə 233 nəfər, 1914 - cü ildə 360 nəfər, 1916-cı ildə 284 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919 - cu illərdə ermənilər tərəfindən azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar 1922-1924 - cü illərdə ata-baba torpaqlarına qayıda bilmişlər. 1926-cı ildə burada 143, 1931-ci ildə 215 nəfər, 1939 - cu ildə 314 nəfər, 1959 - cu ildə 264 nəfər, 1970-ci ildə 396 nəfər, 1979 - cu ildə 531 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən tarixi�etnik vətənlərindən qovulmuşlar.
Gözlü
Gözlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kənd XIX əsrin 30-40-cı illərində Eçmiədzin qəzasının tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-1832-cı illərdə Türkiyənin Muş, Alaşkert, Qars vilayətlərindən, Iranın Qəzvin və Xoy vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar kənddən deportasiya olunmuşdur. Toponim gözlü tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.