XUR

f. bax xurşid. Xuri-taban parlaq günəş.

XUNRİZ
XURAFAT
OBASTAN VİKİ
Xur
Xur — İranın Fars ostanının Laristan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,370 nəfər və 1,360 ailədən ibarət idi.
Xur (İsfahan)
Xur — İranın İsfahan ostanının şəhərlərindən və Xur və Biyabanək şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,126 nəfər və 1,754 ailədən ibarət idi.
Xur və Biyabanək şəhristanı
Xur və Biyabanək şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,488 nəfər və 4,924 ailədən ibarət idi.
"Şiri-Xurşid" ordeni
"Günəş və Aslan" ordeni (fars. نشان شیر و خورشید‎ Nešān-e Šir o Xoršid)— İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. 1808-ci ildə Fətəli şah Qacar tərəfindən təsis edilmişdir. Bəzi qaynaqlarda "Şir-i Xurşid" kimi də yazılır. Bu ordenin I, II və III dərəcələri vardı.
Adi xurma
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Adi xurnik
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Kristobal Qonsales-Aller Xurado
Kristobal Qonsales-Aller Xurado — İspaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Meşə xurma palması
Afrika və Asiyanın tropiklərində yayılmışdır, qədim, mədəni bitki vadilərinin şahzadəsi adlanır. Hündürlüyü 2–3 m-ə çatır.Gövdəsi nazik, düzdür, üzərində keçənilki yarpaqların saplaqlarının qalıqları qalır. Şaxələnmiş çətirinin diametri 2 m-dir.Gövdənin ucunda yerləşən yarpaqları göyümtül-yaşıl rəngdə, uzun, ensiz, lələkvari, əyilmiş qövsvari olub, saplaqlarda yerləşir. Lələkvari yarpağın xırda yarpaqcıqları ucundan iki yerə bölünmüşdür. Çəyirdəyi çox möhkəmdir. İşıq, rütubətsevən bitkidir.Çox quru havada finikdə yarpaqların ucları qonurlaşır və onlarda tor gənəsi əmələ gəlir.Tez – tez yuyulma palmanın yarpaqlarını qurumadan və zərərvericilərin hücumundan qoruyur.Aprel- may aylarında köçürülməsi ( cavan palmalar hər il. Iriləri 3-4 ildən bir, ancaq hər il torpağın üst qatı dəyişməlidir) məqsədyönlüdür. Çimli, yarpaqlı, çürüntülü və qumlu torpaqlarda yaxşı bitir.Bu növ finik xloroz xəstəliyinə məruz qalır, bu da onun boy artımının zəifləməsinə və yarpaqda qonur xalların əmələ gəlməsinə səbəb olur. Mərdəkan dendrarisinə 2008-ci ildə introduksiya olunmuşdu. Meşə finik palması son dövrlərdə Bakı da, Gəncə də, Suymqayıt da, lənkəran - Astara bölgələsində və s.
Murtaz Xurtsilava
Murtaz Xurtsilava (tam adı: Murtaz Kalistratoviç Xurtsilava, gürc. მურთაზ კალისტრატოვიჩი ჰურცილავა, translit. Murtaz K’alist’rat’ovichi Hurtsilava; Bandza kəndi, Gegeçqori rayonu, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ idman ustası (1962). SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1966). SSRİ-nin əməkdar idman ustası (1969).
Mədinə xurması
Xurma latın dilindən tərcümədə xurma “allahın qidası” deməkdir. İqlimi tropikdir. Misir, Əlcəzair, Tunis, Səudi Ərəbistan, Suriya, İraq, Pakistan, İran kimi Şərq və Cənub Qərb ölkələrində bol miqdarda yetişdirilməkdədir. Tünd qəhvəyi çalarda xurmanın təzə halda rəngi (növündən asılı olaraq) əsasən qırmızıdır. Xurma qlükoza, A və C vitaminləri, alma və limon turşusu, dəmir, kalsium, mis, maqnezium və digər vitaminlərlə də zəngindir. Beyni gücləndirir Xurmanın insan orqanizminə böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Xurmanın təsirli olduğu bir başqa sahə də sinir sistemidir. Xurmanın sakitləşdirici bir xüsusiyyəti vardır.
Nazir Xurşudov
Qafqaz xurması
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Virginiya xurması
Virciniya xurması (lat. Diospyros virginiana) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. ABŞ-nin şərq hissəsində bitir. Növün arealı şimaldan İngiltərəyə, cənubdan Floridaya, şərqdən Atlantika okeanına və qərbdən Texasa, Kanzasa və Oklahomaya qədər uzanır. Hündürlüyü 15–17 m-ə çatan, ikievli, və ya birevli, yarpağıtökülən ağacdır. 100-150 il yaşayır. Çətiri cavanlıqda piramidal, sonra oval olur. Bitki ikievlidir. Yarpaqarı iri, uzunluğu 8-14 sm, dərili, yumurtavarı və ya oval formalı, üst tərəfdən tünd-yaşıl, bünövrəsi ürəkşəkilli və ucu bizdir. Yarpaqları payızda sarı və qırmızı rəng alır.
Xurşid Banu Natəvan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
Xurşid Davron
Xurşid Davron (özb. Xurshid Davron; 20 yanvar 1952, Səmərqənd) — özbək şair, yazıçı, esseist, dramaturq, tərcüməçi, publisist, tarixçi, Özbəkistanın xalq şairi (1999), Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın "Müşfiq" mükafatı (5.06.2013) laureatı, Özbəkistan Respublikası Milli Məclisinin deputatı (2004). Xurşid Davron 1952-ci il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir. Səmərqənd rayonundakı 1 və 2 N-li orta məktəbdə təhsil alıb. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1969–1977). "Yaş gvardiya" nəşriyyatında redaktor, redaksiya müdiri (1974–1989), "Kəmələk" nəşriyyatında direktor müavini, direktor (1989–1991) vəzifələrində işləyib. Özbəkistan Respublikası Mənəviyət və Mərifət Mərkəzi sədrinin müavini (1994–1996) olmuşdur. Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür.
Yapon xurması
Xirnik, kaki xurması (yap. 柿; lat. Diospyros kaki), yapon xurması, Çin xurması, Türkiyədə isə Trabzon xurması (türk. Trabzon hurması) və ya cənnət xurması (türk. cennet hurması) - xurma cinsinə aid bitki növü. Meyvəsi yeyilir, şirin və ağızbüzüşdürücüdür. Iki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi, Subtropik xırnik. Xirnik qədim tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali və Cənubi Amerikada, Afrikada, Britaniya adalarında və Asiyada geniş yayılmışdır.
Şah Abbas və Xurşid Banu (opera)
Şah Abbas və Xurşid Banu — Üzeyir bəy Hacıbəyovun dördüncü muğam operası. Librettosu da Üzeyir bəy Hacıbəyovundur. Azərbaycan xalq nağılının motivləri əsasında yazılmışdır. 4 pərdəli, 6 şəkillidir. Opera ilk dəfə 1912 il martın 10-da (23-də) Nikitin qardaşlarının sirkində tamaşaya qoyulmuşdur. Tamaşanın rejissoru H. Ərəblinski, dirijoru M. Maqomayev idi. Rollarda H. Sarabski (Şah Abbas), Ə. Ağdamski (Xurşid Banu), H. Terequlov (Məstavər) və b. çıxış etmişlər. Opera Azərbaycan səhnəsində 30-cu illərədək tamaşaya qoyulurdu. Şah Abbas - 35 yaşında Vəzir - 50 yaşında 5 əyan Nökər Odunçu və 2 oğlu Xurşid - odunçunun qızı, 20 yaşında Məstavər - aşpaz Dostəli - Şiraz əhli Divanə 5 məhbus 3 keçəçi 10 nəfər Şiraz əhli Qoşun və başqaları Əvvəlki operalarından fərqli olaraq xoşbəxt sonluqla bitən bu əsərin qəhrəmanı mənsəbpərəst və şöhrətpərəst şaha qalib gəlmiş sadə odunçu qızıdır.
Koreyada xurafat
== Ümumi məlumat == Batil inanc, məntiqi bir təmələ söykənməyən inanc və davranışlara deyilir. Müasir həyatda belə batil inanclar həddən artıq çoxdur. İnsanlar həyatın mühüm məqamlarında inancların uğur və ya pislik gətirəcəyinə inanır. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da. Hər bir insanın inancı fərqlidir. Hətta bir çox insanlar belə düşünür ki, inandıqları və sınadıqları inancları bilə-bilə pozmaq gələcək hər hansı bir mənfi hadisəyə hazır olmaq üçün bir işarədir. Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi inancları da mövcuddur. == Koreyalıların batil inancları == "4" rəqəmindən qorxu.Bu batil inancının açılışı çox sadədir. Belə ki, bir çox Asiya ölkələrində "4" rəqəminin deyilişi "ölüm" sözünün deyilişi ilə çox oxşardır. Koreya dilində "ölüm" 死 사 (sa)-dır və "4" rəqəmini bildirən 四 사 (sa) ilə tamamilə eyni səslənir.
Virciniya xurması
Virciniya xurması (lat. Diospyros virginiana) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. ABŞ-nin şərq hissəsində bitir. Növün arealı şimaldan İngiltərəyə, cənubdan Floridaya, şərqdən Atlantika okeanına və qərbdən Texasa, Kanzasa və Oklahomaya qədər uzanır. Hündürlüyü 15–17 m-ə çatan, ikievli, və ya birevli, yarpağıtökülən ağacdır. 100-150 il yaşayır. Çətiri cavanlıqda piramidal, sonra oval olur. Bitki ikievlidir. Yarpaqarı iri, uzunluğu 8-14 sm, dərili, yumurtavarı və ya oval formalı, üst tərəfdən tünd-yaşıl, bünövrəsi ürəkşəkilli və ucu bizdir. Yarpaqları payızda sarı və qırmızı rəng alır.
Xuran boğazı
Xuran boğazı (fars. تنگه خوران‎) — İranın cənub-qərbində Hörmüzgan ostanı ərazisində yerləşən boğaz. Boğaz Hörmüz boğazının bir hissəsi olaraq İran körfəzini Hind okeanının Oman körfəzi ilə birləşdirir. Materiklə Qeşm adası arasında yerləşir. Qərbdə Bəndər Lingə və şərqdə Bəndər Abbas şəhərləri arasında yerləşir. Qərbind Baseidu, şərqində Tebl-Hill burnu vardır. Mehran və Rude-Şur çayları boğaza tökülür. Şərq girişində Dukuhek adaları yerləşir. Materikdəki Bandar Pol ilə Qeşm adasındakı Laft arasında avtomobil bərəsi işləyir. Xuran boğazı 1975-ci ildə Ramsar ərazisi kimi beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazisi kimi təyin edilib.
Xurşidbanu Natavan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
Xurşidbanu Natəvan heykəli
Xurşidbanu Natəvanın heykəli (Bakı) — Xurşidbanu Natəvanın Bakı şəhərindəki heykəli. Xurşidbanu Natəvanın büstü (Şuşa) — Xurşidbanu Natəvanın Şuşadakı qəbirüstü abidəsi. Xurşidbanu Natəvanın heykəli (Belçika) — Xurşidbanın Natəvana Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında 2016-cı ildə qoyulmuş heykəl. Xurşidbanu Natəvanın heykəli (Fransa) — Xurşidbanu Natəvanın Fransanın Evian-le-Bən şəhərində 2017-ci ildə qoyulmuş heykəl.
Xurşidbanu Natəvanın heykəli (Bakı)
Xurşidbanu Natəvanın heykəli — Azərbaycanın görkəmli şairə-qadını Xurşidbanu Natəvanın Bakı şəhərindəki heykəli. Ömər Eldarovun yaradıcılığına bələd olanlar razılaşarlar ki, onun əsərlərində gərgin, dramatik vəziyyətlərə təsadüf etmək çətindir. O, daha çox lirik, poetik mövzulara meyl göstərir. Bu baxımdan heykəltaraş şairə "Xurşidbanu Natəvan" (1960) heykəlini yaradıb. Bu əsərdə sənətkarın əvvəlki əsərlərinin heç birinə bənzəməyən orginallığı və məna çalarlığı ilə seçilən cəhətlər çoxdur. Heykəltəraş çətin bir işin öhdəsindən gələrək, müsəlman qadınlarına xas olan xüsusiyyətləri gözəl, lirik şairə obrazında birləşdirərək təsvir etməyi bacarıb. Bu gün biz Bakının izdihamlı yerlərindən birində ucaldılan "Natəvan" abidəsinə diqqətlə baxanda tamam başqa bir aləmlə rastlaşırıq. Şairə Natəvanın obrazında incəlik, nəcibliklə bərabər Azərbaycanın mübariz qadınlarına xas olan ən ali duyğuları görmək, mənalı baxışında bir mütəfəkkirin işıqlı nəzərlərini hiss etmək mümkündür. Onun hər bir cizgisi paltarının qırışlarından tutmuş kəlağayısınadək, əlindəki qələmdən barmaqlarının vəziyyətinə qədər — hər şey onu yaradıcı bir obraz, nəcib insan, milli xüsusiyyətlərə malik bir qadın kimi gözlərimiz önündə canlandırır. Hiss edirsən ki, şairə fikir dəryasındadır.
Xuraman Muradova
Məhəmməd Xurşid Daquqlu
Məhəmməd Xurşid Daquqlu — folklorşünas, ədəbiyyatşünas, publisist Məhəmməd Xurşid Daquqlu 1932-ci ildə Kərkükə bağlı Daquq qəsəbəsində anadan olmuşdur. Hələ 1 ayı tamam olmamış anasını itirmiş, bacısının himayəsində böyümüşdür. 1947-ci ildən başlayaraq bir il Ərbil şəhərində, üç il Duxoq və Bakubə şəhərlərində təhsil alır 1952-ci ildə diplomunu aldıqdan sonra Havicə qəsəbəsində 8 il müəllim kimi çalışır. Həmçinin, bu illərdə Ziraat Meslek Lisesinə aid yataqxananın müdiri vəzifəsini icra etmişdir. M.Xurşidin təyinatı 1966-cı ildə Daquq şəhərinə verilir. Buradakı 9 illik müəllimlik fəaliyyətinin son 3 ilini İmam Zeynalabidin kəndində tamamlayır. 1970-ci ildən Kərkükdə bir neçə məktəbdə müəllimliklə məşğul olur. 1983-cü ildən təqaüdə ayrılır. 1960-cı ildə ailə qurur. Bu evlilikdən 7 övladı dünyaya gəlir.
Xurşidbanu Natəvanın heykəli (Belçika)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Xurşidbanu Natəvana Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında 2016-cı ildə qoyulmuş heykəl. 18 fevral 2016-cı ildə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov və Vaterlo şəhərinin meri Floran Röter də iştirak ediblər. Vaterlo şəhərinin mərkəzi parkında qoyulan heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltaraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Zəngin geyinmiş Xurşidbanu Natəvanın oturmuş vəziyyətdə hazırlanmış fiquru plastik həllinə və yapma incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı bu heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazını yaratmışdır. Əsərdə Natəvanın düşüncəli və qəmli görkəmi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur. 2020-ci ilin mart ayında Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı qeydə alınıb. Abidənin üzərində yazılmış "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" yazısı qopardılaraq qırılıb və heykəlin üzərinə boya tökülüb.
Xurşidbanu Natəvanın heykəli (Fransa)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində yerləşən heykəli. Heykəl Evian-le-Bən şəhərində 2017-ci ildə qoyulmuşdur, vandalizm hadisəsindən sonra Parisə gətirilmişdir. 2017-ci ildə İsmayıllı və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub. Bununla yanaşı parkda “Dostluq” bulağı və Xurşidbanu Natəvanın heykəlinin də açılış mərasimi olub. Heykəlin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir. 2023-cü ilin dekabr ayının 18-də 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalarla əlaqədar olaraq, parkdakı “Azərbaycan parkı” ifadəsi silinmişdir, ancaq abidə saxlanılmışdır. Bundan sonra İsmayıllı rayonu hakimiyyəti Evian-le-Bənlə dostluq və əməkdaşlıq xartiyasının ləğv edildiyini qeyd etmişdir. 2024-cü ilin yanvarında abidə vandalizmə məruz qalmış, üzəri qırmızı boya ilə boyanmış, burun və barmaqları zədələnmişdir. Bundan sonra Azərbaycan tərəfi abidəni Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə götürmüşdür. Prezident İlham Əliyev abidəyə qarşı vandalizmi və fransız hökümətinin daha sonrakı addımlarını tənqid etmişdir.
Xurayi Moreyra Junior
Xurayi Moreyra Junior (2 may 1979, Kuritiba) — Braziliyanı təmsil edən triatlonçu. Xurayi Moreyra Junior Braziliyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 22-ci pillədə başa vurdu. Daha sonra Xurayi Moreyra Junior Braziliyanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 41-ci pillədə başa vurdu. Növbəti dəfə Xurayi Moreyra Junior Braziliyanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 26-cı pillədə başa vurdu.