XISINLAŞMAQ

qarş. Bir-birilə gizli, pıçıltı ilə danışmaq, xısın-xısın danışmaq, pıçıldaşmaq, xəlvəti danışmaq.
Molla Qafar, Kərbəlayı Hətəmxan, bir də Hacı Səfiqulu kürklərinə birə düşmüş kimi yaman xısınlaşırlar. S.Rəhimov.
[İsmayıl kişinin dəstəsi] yollar üstündəki kəndlərdə dayanıb, tanış-bilişlə görüşür, onlarla xısınlaşır, öz məqsədlərini onlara izah edir, … üsyan etməyə çalışırdılar. P.Makulu.

Синонимы

  • XISINLAŞMAQ pıçıldaşmaq
XISINLAŞMA
XIŞ

Значение слова в других словарях