1. Qamarlayıb götürmək, ovcu ilə götürmək, ovuclamaq.
Əlyarov pulları cəld xışmalayıb stolunun orta siyirməsinə qoydu.
Kəndlilər toxumluq buğdanı xışmalayıb dəmyə yerlərə səpəndə şirin bir arzu ilə “ya bəxt” deyərlər.
Nərgiz yeni-yeni ələ gələn saçını xışmaladı, gözləri torpağa baxabaxa qaldı.
2. Ovuclayıb əzik-əzik etmək, büzüşdürmək, əzib-tökmək.
Hacı Rəsul, müştərisindən daha ağır söz eşitməmək üçün əlindəki qəzeti xışmalayıb ovcunda sıxdı.
Firəngiz cibindəki kağızları xışmaladı.