□ Xələldar etmək (eləmək) – pozmaq.
…1905-ci il inqilabının dalğaları … bu küçənin sakitliyini xələldar edib, durğun həyatını çalxalandırmağa başladı.
Sübhanverdizadə heç bir vaxt yaratmış olduğu bu nüfuzu xələldar etmək və pərdəni yırtmaq istəməzdi.
Xələldar olmaq – pozulmaq, dağılmaq.
[Əbülhəsənbəy:] Zənn edirəm ki, Rusiya dövləti sizin mövqeyinizin xələldar olmasına heç vaxt razı olmaz.
Artıq onun yuxusu; Olmayacaq xələldar; Onda fırtına görmüş; Bir dərya sükutu var.