YANITLAMAK
YANKESİCİ
OBASTAN VİKİ
Qustav Yani
Qustav Yani (mac. Jány Gusztáv; d. 21 oktyabr 1883, Rayka — ö. 26 noyabr 1947, Budapeşt) — İkinci dünya müharibəsi ərzində baş verən Stalinqrad döyüşündə 2-ci Macar Ordusuna rəhbərlik etmiş macar hərbi xadim.
Yuy Yani
Yuy Yani (çin. 余泱漪, 8 iyun 1994, Xuanşi, Çin) — Çin şahmatçısı, qrosmeyster (2009). 2014-cü ilin noyabrında Vladimir Kramnik və Aniş Qiri kimi rəqibləri də məğlub edərək Qatar Masters Open turnirinin qalibi oldu. 2013-cü ilin sentyabrında 13 oyundan 11 xal toplayaraq gənclər arasında Dünya Çempionatını birinci pillədə bitirdi və bu qələbə birbaşa ona Dünya Kubokunda oynamaq hüququ verdi. Mart 2014: Çin Çempionatında 11 oyundan 7 xal toplayaraq Dinq Liren ilə birinci yeri bölüşdürdü. Əlavə göstəricilərə görə ölkə çempionu oldu. Aprel 2014: Asiya Çempionatında məğlubiyyətsiz 9 oyundan 7 xal ilə Ni Hua, Rüstəm Qasımcanov və Adhiban B. kimi şahmatçıları geridə qoyaraq qalib oldu. İyun 2015: Havanada keçirilən 50-ci "Capablanca in Memoriam" turnirini birinci yerdə bitirdi. Yu Yangyi. Chess-DB.com Arxivləşdirilib 2016-09-13 at the Wayback Machine (ing.) Yu Yangyi.
Yani Yapon Mohbiri
"Yani Yapon Mohbiri" (tatar. یاڭی یاپون مخبری; yap. ヤニヤポンモフビリー) — 1931–1938-ci illərdə Yaponiya tatarları tərəfindən Tokioda nəşr olunmuş tatardilli jurnal. "Mətbəəyi-İslamiyə" nəşriyyatı tərəfindən nəşr olunmuş bu jurnal Yaponiyada yaşayan tatar icmasının fəaliyyətlərinə və həyatına həsr olunmuşdu. == Tarixi == "Yani Yapon Mohbiri" 1930-cu ildə Tokioda tatarlar tərəfindən qurulmuş "Mətbəəyi-İslamiyə" nəşriyyatının əsas nəşri olmuşdur. Jurnalın ilk sayı 25 may 1931-ci ildə "Yapon Müxbiri" adı ilə çıxmışdır. İlk sayda jurnala təbrik yazısı göndərənlərdən biri Yaponiyadakı tatar icmasının dəstəkçisi olan, ultramillətçi Toyoma Mitsuru olmuşdur. 4–5 saydan sonra 1932-ci ildə "Yani Yapon Mohbiri" adı ilə nəşr olunmağa başlamışdır. Jurnal 1938-ci ilə qədər nəşr olunmuş, 33 ölkəyə göndərilmiş, bir çox abunəsi olmuşdur. 1938-ci ildə jurnalın nəşrindən məsul olan Məhəmməd Qabdulxay Kurbanqaliyev (1889–1972) Yaponiyadan xaric edilməsindən sonra jurnal fəaliyyətini dayandırmışdır.
Eva Yanikovski
Eva Yanikovski (mac. Janikovszky Éva; tam adı Eva Etelka Nametta Kuçeş 23 aprel 1926, Seqed — 14 iyul 2003, Budapeşt) — Macarıstan yazıçısı. Xüsusi şöhrətini o, uşaqlar üçün yazdığı kitablar sayəsində qazanmışdır. Onun əsərləri 30-dan çox müxtəlif dilə tərcümə edilmişdir. == Bioqrafiyası == Eva Yanilovski 23 aprel 1926-cı ildə Seqed şəhərində anadan olmuşdur. 1944-cü ildən 1948-ci ilə qədər Seqed Universitetində fəlsəfə, 1948-ci ildən 1950-ci ilə qədər Budapeştdə Eötvöş Lorand Universitetində fəlsəfə, psixologiya və siyasi iqtisadiyyat üzrə təhsil almışdır. 1950-ci ildə pedaqoq diplomunu almışdır. 1950-ci ildən 1953-cü ilə qədər Eva Təhsil Nazirliyində dərsliklər bölməsində referent işləmişdir. Eva dörd il ərzində gənclər kitab nəşriyyatında (Ifjúsági Könyvkiadó) redaktor kimi çalışmışdır. Sonra Eva Mor Ferensinin nəşriyyatının baş redaktoru olmuşdur.
Kroders Yanis
Kroders Yanis (latış dilində: Jānis Kroders; 2 fevral 1935 — 6 sentyabr 2016, Latviya) — Latviya və sovet basketbolçusu, basketbol hakimi. Latviya basketbol ittifaqının fəxri üzvü . 1950-ci illərin sonlarında Latviyanın "Dauqava" basketbol komandasında oynamış, sonralar hakimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1992-1996-cı illərdə Latviya qadın basketbol liqasının baş hakimi olmuşdur. O, 1967-ci ildə basketbol üzrə dünya çempionu olmuş Silviya Kroder ilə ailə həyatı qurmuşdur.
Mariya Yanina
Mariya Yayna (d. 25 yanvar 1982) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Mariya Yayna, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Nikolay Yanitski
Nikolay Fyodorovic Yanitski (20 avqust (1 sentyabr) 1891, Starokonstantinov[d], Volın quberniyası[d], Rusiya imperiyası – 15 sentyabr 1979, Moskva) — din xadimi, biblioqraf, tarixçi, statistik, coğrafiya üzrə elmlər doktoru, professor və yazıçı olmuşdur. Onun valideynləri həkim idilər. Atası — Fyodor Feodosevic Yanitski — Podolsk quberniyasının Zaval vilayətində dindar bir ailədə anadan olub. Sonrada o general-polkovnik olmuşdur. Anası — Elizabetta Lvovna Qrosman — Kiyev quberniyasının Qorodişi vilayətində anadan olub. Ailədə Nikolaydan başqa ondan balaca 3 uşaq olmuşdur. Onlardan ikisi balaca vaxtı vəfat etmiş, böyük bacısı Vera isə Otto Yulevicanın həyat yoldaşı olmuşdur. 1915-ci ildə Nikolay Elizavta Fedorov Qordeenko ilə ailə həyatı qurub (1894–1983). İrina Nikolayevic Yanitski (1917–1966) — bioloq, müəllim və alman dilindən tərcüməçi olmuşdur. Oleq Nikolayevic Yanitski (1933) — Amerika və Avropanın sosial ekologiyası üzrə mütəxəssis olmuşdur.
Qurgen Yanikyan
Qürgen Yanıkyan (erm. Գուրգեն Եանիկեան; 24 dekabr 1895, Ərzurum, Ərzurum vilayəti – 27 mart 1984 və ya 29 fevral 1984, Kaliforniya) — erməni terrorçusu, türk diplomatlarının qatili. Qürgen Yanıkyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsindən sonra ABŞ–a köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur. Yanıkyan ABŞ–da bir neçə roman nəşr etdirir. 27 yanvar 1973–cü ildə 77 yaşlı Qürgen Yanıkyan Santa Barbara şəhərində yerləşən "Baltimor" otelində Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar otelə gəldikdə Yanıkyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanıkyan öz cinayəti barədə bunları demişdi: "Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər" Həmin il məhkəmənin gərarı ilə Yanıkyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq Yanıkyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir.
Yanina
Yanina (Ιωάννινα ή Γιάννενα) — Yunanıstanın şimal-qərbində yerləşən şəhər. Dəniz səviyyəsindən 480 metr yüksəklikdə , Selanikdən 209 kilometr cənub-qərbdə və Afinadan 311 kilometr şimal-qərbdə, İoannina gölünün sahilindədir. Eyniadlı icmanın inzibati mərkəzi (dima), eyni adlı periferiya vahidi, Epirus ətrafı və Epirus və Qərbi Makedoniyanın mərkəzləşdirilməmiş rəhbərliyi. 2011-ci il əhalinin siyahıya alınmasına görə əhali 65.574 nəfərdir. Sahəsi 17.355 kvadrat kilometrdir. Adı açıqlanmayan "möhkəmləndirilmiş polis" I Yustinian tərəfindən qədim Evria (Εύροια) sakinləri üçün inşa edilmiş , bəzi tədqiqatçılar Yanina ilə əlaqələndirirlər. Bu versiyanı təsdiqləyən heç bir arxeoloji tapıntı yoxdur. Yanina ilk qeyd yalnız 879-cu ildə , Nafpaktosun vikariya yeparxiyası ilə əlaqədardır. Anna Komnina heç bir izahat vermədən üç dəfə İoanninanın adını çəkdi. 1082-ci ildə şəhər müvəqqəti olaraq I Bohemondun rəhbərlik etdiyi Normanların hakimiyyəti altında idi.
Yanina Dyaqutite
Yanina Dyaqutite (lit. Yanina Degutytė; 6 iyul 1928, Kaunas – 8 fevral 1990, Vilnüs) – Litva şairəsi, tərcüməçi, uşaqlar üçün şeirlər müəllifi. Kaunasda, Nijnı Şantsda anadan olmuşdur. Valideynləri ilə birlikdə Kedanyay və Telşyayda bir neçə il yaşamışdır. Uşaqlıqdan bəri güclü olmayan sağlamlığı ilə seçilmişdir. 1948-ci ildə 7 saylı Kaunas gimnaziyasını bitirir. 1955-ci ildə Vilnüs Universitetinin litva dili və ədəbiyyatı üzrə təhsil aldığı tarix və filologiya fakültəsini bitirmişdir. Tauraqedəki uşaq kitabxanasında kitabxanaçı olaraq çalışır. Axşam məktəbində rus dilindən dərs deyir. Nemençində müəllim işləyir.
Yanina Sokolova
Yanina Sokolova (ukr. Соколова Яніна Михайлівна 6 mart 1984, Zaporojya) — Ukraynalı aktrisa, jurnalist və televiziya aparıcısı. Kanal 5-də «Randevu» və «Kino» verilişlərinin aparıcısı, həmçinin Youtube-da Axşam Yanina Sokolova kanalı ilə işləyir. 28 nömrəli Zaporojya Gimnaziyasını bitirib. Zaporojya Milli Universitetində psixoloq kimi təhsil alıb. I.K. Karpenko-Karoqo adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində teatr və kino aktyoru kimi təhsil almışdır. Karyerasına mətbuatda başlamışdır. Zaporojyanın "Telesiti" nəşriyyatında işləmişdir. 2000-ci ildə "Zaporojya seç" qəzetinin müxbiri kimi çalışmışdır. 18 yaşında Zaporojyanın TV5 kanalında təlim keçir.
Yanis Adamsons
Yanis Adamsons (latış. Janis Ādamsons‎: d. 3 noyabr 1956, Preyl rayonu, Latviya SSR) — latviyalı zabit, dövlət və siyasi xadim; Latviyanın daxili işlər naziri (1994—1995); Latviya Seyminin VI (1995—1998), VII (1998—2002), X (2010—2011), XI (2011—2014), XII (2014—2018) və XIII (2018—) çağırış üzvü. Yanis Adamsons 1956-cı il noyabrın 3-də Preyl rayonunda anadan olub. Yanis Adamsons 1979-cu ildə Kiyev ali hərbi-dəniz siyasəti üzrə təhsil müəssisəsini bitirib.
Yanis Apsitis
Yanis Livens
Yanis Livens (16 aprel 1884 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Yanis Livens Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Yanis Livens birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Yanis Pratnieks
Yanis Pratnieks (29 iyul 1887 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Yanis Pratnieks Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Yanis Pratnieks birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Yanis Simze
Yanis Simze (latış. Jānis Cimze‎) — Latviya xor dirijoru, bəstəkar və pedaqoq, Latviya xor musiqisinin banisi. O, 1814-cü il iyunun 21-də Livoniya əyalətinin Venden rayonunda yerləşən Simze malikanəsində, mülk müdirinin ailəsində anadan olub. İlk təhsilini 1830-cu ildə bitirdiyi Rauna məktəbində alıb. Rauna və Smiltenedə ev müəllimi kimi çalışır, 1833-cü ildən Volmardakı kilsə məktəbində dərs deyir. 1835-ci ilin payızında o, Vaysenfelsdəki müəllim seminariyasına oxumağa göndərilir, İsveçrə və Avstriyadakı xalq məktəblərinin təcrübəsini öyrənir, Valmierada bunların bənzəri olan seminariya qurmağa hazırlaşır. 1838-ci ildə seminariya kurslarını bitirmiş, F. A. Disterveqdən didaktika və riyaziyyat kurslarında əlavə təhsil almışdır. Elə həmin illərdə o, skripka çalmağı ciddi şəkildə öyrənməyə başlayır, xalq musiqisi məsələləri ilə maraqlanır. Müəllim Lüdviq Erkdən alman folkloru və musiqisini öyrənmişdir. 1839-cu ildən Volmarda, 1853-cü ildən ölümünə qədər isə Valkada müəllimlər seminariyasına rəhbərlik etmişdir.
Yanis Varoufakis
Yanis Varoufakis (yun. Ιωάννης "Γιάνης" Βαρουφάκης Ioannis "Gianis" Varoufakis; 24 mart 1961, Afina) — Yunanıstan iqtisadçısı, ictimai xadim və keçmiş Yunanıstan Maliyyə naziri. 2015-ci il yanvarda parlament seçkilerdə, SYRIZA partiyasını təmsil edərək Yunan parlamentinə seçildi ve iki gün sonra siyasi iqtisadçı ve yazıçı olaraq 27 yanvar 2015 tarixinde Aleksis Tsiprasın yeni hökümetinde işə başladı.
Yanis Varufakis
Yanis Varoufakis (yun. Ιωάννης "Γιάνης" Βαρουφάκης Ioannis "Gianis" Varoufakis; 24 mart 1961, Afina) — Yunanıstan iqtisadçısı, ictimai xadim və keçmiş Yunanıstan Maliyyə naziri. 2015-ci il yanvarda parlament seçkilerdə, SYRIZA partiyasını təmsil edərək Yunan parlamentinə seçildi ve iki gün sonra siyasi iqtisadçı ve yazıçı olaraq 27 yanvar 2015 tarixinde Aleksis Tsiprasın yeni hökümetinde işə başladı.
Yanis Çaqste
Yanis Çaqste (14 sentyabr 1859[…] – 14 mart 1927[…], Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 18 noyabr 1922-ci ildən 14 mart 1927-ci ilə qədər Latviya Respublikasının 1-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Yanis Çaqste, Latviya tarixinin ilk Prezidenti olub.
Yanina Oxoyskaya
Yanina Mariya Oxoyskaya-Okonska (12 mart 1955, Qdansk) — Polşa ictimai xadimi, Polşa Humanitar aksiyasının prezidenti, astronom, siyasətçi. Yanina Zabjedəki 1-ci Ümumtəhsil Liseyini bitirib. O, Torundakı Nikolay Kopernik Universitetini bitirmiş, 1984-cü ilə qədər Polşa Elmlər Akademiyasının Astrofizika İnstitutunda (Torundakı Nikolay Kopernik Astronomiya Mərkəzi) çalışmışdır. Torundakı Cizvit Akademiyasında pastorluq fəaliyyəti ilə də məşğul olub. Torundakı Cizvit Akademiyasında pastorluq fəaliyyəti ilə də məşğul olub. O, Həmrəylik hərəkatının üzvü olub, hərbi vəziyyət dövründə samizdatda işləyib və hakimiyyət orqanlarının fəaliyyətindən zərər çəkən insanlara kömək edib. Yanina poliomielit diaqnozlu əlil uşaq olub. Əlil Uşaqlar İnstitutunda müalicə olunan Yaninanın həkimi Lex Veruş idi. 1984-cü ildə əməliyyat üçün Fransaya aparıldıqdan sonra burada o, humanitar yardım ideyası ilə tanış olur. EquiLibre Fondunda könüllü olmağa başlayan Yanina Polşa vətəndaşlarına humanitar yardım göstərmək üçün əlaqələr qurur.
Yevgeniya Yanişiç
Yevgeniya Yanişiç (belar. Яўгенія Янішчыц ) — Belarus sovet şairəsi. Yevgeniya Yanişiç 20 noyabr 1948-ci ildə Rudka kəndində (indiki Pinsk rayonu, Brest vilayəti, Belarusiya) kəndli ailəsində anadan olub. Rudkovskaya ibtidai məktəbində, sonra 3-cü sinfə qədər Merçitsi kəndindəki məktəbdə oxuyub. 1966-cı ildə Poreçye kəndində məktəbi bitirmiş, elə həmin il V.İ.Lenin adına Belarus Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Artıq 1969-cu ildə gənc şair və yazıçıların ümumittifaq qurultayında iştirak edir. 1970-ci ildə ilk şeirlər toplusunu nəşr etdirir. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində kitabxana müdiri işləyib (1971). 1976-cı ildən “Selskaya qazeta” dərgisinin ədəbi məsləhətçisi olub, 1983-1988-ci illərdə “Maladost” ədəbi jurnalının poeziya şöbəsinə rəhbərlik edib. 1971-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olur.

Значение слова в других словарях