YANIQ

i. 1. burning; Yanıq iyi gəlir There is a smell of burning; 2. burn; ~ dan ölmək to die of burns; ◊ ~ vermək to arouse / to excite envy

YANIB-YAXILMAQ
YANIQLI
OBASTAN VİKİ
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir. Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır.
Yanıq (Həştrud)
Yanıq (fars. يانوق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (84 ailə).
Yanıq Kərəmi
Yanıq Kərəmi — aşıq havası. "Əsli və Kərəm" dastanı ilə bağlıdır. Poetik mətni qoşmadır. Dilqəmi kökündə ifa olunur. "Yanıq Kərəmi"də kədər, qəm ifadə edilir. ASE, V cild, Bakı, 1981, səh.
Yanıq məscid
Yanıq məscidi (digər adı Ərəb Məscidi) — Türkiyənin Ərdəhan şəhərinin Xəlil Əfəndi məhəlləsində məscid. Məscidin nə vaxt və kim tərəfindən inşa edildiyi dəqiq bilinmir. "93 hərbi" kimi tanınan 1877-1878 Osmanlı-Rus Müharibəsində və bundan sonrakı erməni işğalı illərində məscid yağmalanaraq xarab hala gətirilmişdir. 3 yanvar 1917-ci ildə isə erməni quldurları məscidə toplanan 373 müsəlman-türkü məscidlə birlikdə diri-diri yandırmışlar.
Yanıq Ələz
Yanıq Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 48 nəfərdir (2009-cu il). Yanıq Alayaz Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Ələz çayı sahilində, dağlıq ərazidədir. Yerli əhali kəndi Yanıq Ələz də adlandırır. Yaşayış məntəqəsini XIX əsrdə Yuxarı Alayaz kəndindən çıxmış ailələr Yanıq (quru, bitkisiz) adlanan ərazidə salmışlar. Oykonim “yanıq (quru, bitkisiz) ərazisində salınmış Alayaz kəndi” mənasın­dadır.
Yanıq xəstəliyi
Yanıq xəstəliyi - geniş sahəli dərin yanıqlar nəticəsində əmələ gəlib, orqanizmin daxili orqanlarının və sistemlərinin funksional pozulmaları ilə müşayiət olunur. Yanıq xəstəliyinin inkişafında 5 mərhələ ayırd edilir. Yanıq şoku Yanıq toksemiyası Yanıq septikotoksemiyası Üzülmə Nəticə Yanıq şoku yüksək temperaturun bədən səthinə təsirindən dərhal sonra inkişaf edir. Bu mərhələdə ağrı əsas rol oynayır. Yanıq şoku da travmatik şok kimi iki mərhələdən ibarətdir: erektil mərhələ vegetativ sinir sisteminin simpatik şöbəsinin fəallığının artması ilə müşayiət olunur, qana çoxlu miqdarda adrenalin, noradrenalin, kortikosteroidlər, vazopressin keçir; torpid mərhələdə vegetativ sinir sisteminin parasimpatik şöbəsinin tonusu artır. Travmatik şokdan fərqli olaraq, yanıq şokunda damar-hərəki mərkəzin rezistentliyi ilə əlaqədar arterial təzyiq nisbətən az dəyişir. Yanıq toksemiyası – zədələnmiş toxumalardan ümumi qan dövranına denaturasiyaya uğramış zülalların, toksik məhsulların keçməsi, maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Bu zaman əmələ gələn bioloji fəal maddələrin (histamin, bradikinin, prostaqlandinlər) təsirindən damar divarının keçiriciliyi artır, nəticədə yanıq nahiyəsindən çoxlu miqdarda plazma itirilir, qan qatılaşır, özlülüyü artır. Dövr edən qanın həcmi azalır. Bütün bunlar ürəyin işini çətinləşdirir, mikrosirkulyasiya pozulmaları törədir.
Gözlərin kimyəvi yanıqları
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir. Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir. Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.
Günəş yanıqları
Günəş yanıqları — günəş şüalarının birbaşa təsiri nəticəsində baş verən yanıqlar. Sadə şəkildə desək, günəş yanıqları bədənin açıq hissələrinə günəş şüalarının uzun müddətli təsiri nəticəsində (ultrabənövşəyi şüalanma) əmələ gəlir. Günəş yanıqlarında tipik olan əlamətlərdən dərinin intensiv qızarması və ağrılı olmasıdır. Bu əlamətlər, bir qayda olaraq, insolyasiyadan (günəş şüalarının təsiri) 20–401 sonra baş verir. == Günəş yanıqlarının simptomları == Günəş yanıqlarının simptomları aşağıdakilərdir: ağrı; dərinin qızarması, qaşınması və şişməsi; üşümə; baş ağrısı; halsızlıq; hərarətin qalxması; ağır hallarda suluqların əmələ gəlməsi, ürəkbulanma, qusma hətta bayılma. == Günəş yanığının fəsadları == Fotoyaşlanma əlamətləri - qırışlar, dərinin elastikliyinin azalması, tünd ləkələrin yaranması. Həm UVA , həm də UVB şüalarının uzun müddətli təsiri nəticəsində gələcəkdə dəri xərçənginin yaranma ehtimalı ola bilər. == Həmçinin bax == Yanıq; Zədə; Dəri; Günəş.
Kimyəvi yanıqlar
Kimyəvi yanıqlar — turşuların, qələvilərin, ağır metal duzların, yaxud digər kimyəvi aktiv birləşmələrin təsiri nəticəsində baş verən yanıqlar. Kimyəvi yanıqlar "termiki yanıqlar"a nisbətən az rast gəlinir (2,5- 5,1% təşkil edir). Kimyəvi yanıqlar adətən, güclü turşu və qələvi olan kimyəvi maddələrin təsirindən baş verir. Təmizləyici maddələr (evdə istifadə olunan ağardıcılar, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr və s.) dərini asan zədələyə bilər. Termik yanıqlarında olduğu kimi, bu yanıqlarda da kimyəvi maddə nə qədər güclüdürsə və onunla təmas müddəti nə qədər çoxdursa yanıq bir o qədər güclü ola bilər. Kimyəvi maddə dərinin üstündə qaldıqca yandırma davam edir. Ona görə də bu kimyəvi maddə bədəndən mümkün qədər tez xaric edilməlidir. Turşular və qələvilərdən baş verən kimyəvi yanıqlar çox dərin olur. Həm turşu, həm də qələvilər təmas zаmаnı tохumаlаrа yeyici təsir göstərir. Turşu və qələvilərin qüvvəsi 1-14-ə qədər pH şkаlаsı ilə ölçülür.
Məşədilər (Yanıqlı, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. Yerli məlumata görə, kəndin keçmiş tam adı Məşədiyusiflər olmuşdur. Sonralar oykonimin tərkibindən Yusif komponenti düşmüşdür. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Cınqıldağ silsiləsinin ətəyində yerləşir. Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Yanıqdağ
Yanıqdağ — Goranboy rayonu ərazisində dağ. Hündürlüyü 809 m. Tədqiqatçılara görə, dağ ərazisinin çılpaq, bitkisiz (yanıq) olduğuna görə belə adlandırılmışdır. Təbriz şəhərindən bir qədər aralı Tunc dövrünün əvvəllərinə aid yaşayış yeri Yanıqtəpə (Qaratəpə) adlanır.
Yanıqlar
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir. Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır.
Yanıqlı
Yanıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Əhmədabad, Avdal və Qoçdərə kəndləri Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. Oykonimin etimologiyası haqqında üç fikir mövcuddur. Yerli əhalinin məlumatına görə, kənd monqol istilası zamanı (XIII əsr) dağıdılıb yandırılmış Xavər Zəmin adlı şəhərin yerində salındığı üçün belə adlanmışdır. Zəyəmçayın üstündəki xan körpüsü həmin şəhərin qalıqlarından hesab edilir. Bəzi tədqiqatçılara görə, kənd susuz (yanıq) ərazidə salındığına görə belə adlandırılmışdır. Bəzi tədqiqatçılar isə oykonimin Yanqılı variantına əsaslanaraq onu "yeni kənd, təzə kənd" kimi izah edirlər. Yanıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Zəyəmçayın hər iki sahilində, Cınqıldağ silsiləsinin ətəyində yerləşir. Aslanov Babək Sakit oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Emin Fərmayıl oğlu (1990-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Yanıqlı bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yanıqlı məscidi
Şah Abbas məscidi və ya Yanıqlı məscidi — Tovuzun Yanıqlı kəndində yerləşən XVII əsrə aid tarixi məscid. Yanıqlı məscidi I Şah Abbasın Səfəvilər ərazisində inşasına fərman verdiyi 999 məsciddən biridir. Məscidin kitabəsi günümüzə gəlib çatmasa da, memarlıq üslubu və tikilmə vaxtına görə bu məscidin də memar Şeyx Bəhaəddin tərəfindən inşa edildiyi güman edilir. 1930-cu illərə kimi fəaliyyət göstərən məscid binasından, Sovet dövründə anbar kimi istifadə edilib. 1984-1986-cı illərdə tikilidə əsaslı təmir işləri aparılıb. Yanıqlı məscidi xarici görünüşünə görə kvadrat formasına malikdir; daxildən binanın şərq tərəfindəki künclərdə bir mərtəbəli, qərb tərəfindəki künclərdə isə iki mərtəbəli künc otaqları yerləşdirilmişdir. Bina həcminin qalan hissəsini xaçvari ibadət zalı təşkil edir. Zalın mərkəzi hissəsi günbəzlə, xaçın qanadları isə tağ-tavanla örtülmüşdür. Məscidin dəqiq inşa tarixi naməlumdur. Mərkəzi günbəzlə örtülmüş kvadrat həcmli məscid tipi onun memarlığını Gəncədəki Şah Abbas məscidinin memarlığı ilə yaxınlaşdırır.
Yanıqlı türbələri
Yanıqlı türbələri — Tovuz rayonu Yanıqlı kəndində yerləşən və üç türbədən ibarət abidələr kompleksidir. Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formaya malikdir. Türbələrin XVII əsrdə inşa edilməsi güman edilir. Türbələrin inşası zamanı çaydaşı və bişmiş kərpic istifadə olunmuşdur. Yanıqlı türbələrinin XVII əsrdə inşa edildiyi güman edilir. Ə. Salamzadənin fikincə türbələrin memarlıq xüsusiyyətləri onların da, yaxınlıqdakı Şah Abbas məscidi kimi Səfəvi memarlığı nümunəsi olduqlarını göstərir. Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formadadır. Hər üç türbə dövrümüzə yarıdağılmış vəziyyətdə çatmışdır. Səkkizguşəli türbə daha yaxşı qorunduğundan onun memarlıq xüsusiyyətləri daha aydın görünməkdədir. Həmin türbənin daxili divarları nişlərlə işlənmiş, xarici divarları isə düz saxlanılmışdır.
Yanıqpəyə
Yanıqpəyə (Tovuz) — Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Yanıqpəyə (Qaraqoyunlu) — Qaraqoyunlu mahalında kənd.
Yanıqpəyə (Qaraqoyunlu)
YANIX PƏYƏ (1978-ci ildən MEŞƏKƏND, 1991-ci ildən ANTARAMEQ) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Antaramec. YANIX PƏYƏ (1978-ci ildən MEŞƏKƏND, 1991-ci ildən ANTARAMEQ) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə burada 197 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar. Yanıqpəyə kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Yanıqpəyə (Tovuz)
Yanıqpəyə — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi vahidi tərkibindəki Yanıqpəyə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Yanıqpəyə Qəribli inzibati ərazi vahidində kənd olub. Kənd Yanıqlı kəndinə məxsus binə yerində salındığı üçün belə adlanırmış. Zəyəmçayın sahilində, Haçaqaya dağının ətəyində yerləşib.
Yanıqtəpə yaşayış yeri
Yanıqtəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə Urmiya gölünün şərqində, Təbriz şəhərindən 31 km cənub-qərbdə yerləşən Yanıqtəpə abidəsi yaxşı öyrənilmişdir. Bu abidənin təsərrüfat-məişət komplekslərində Kür-Araz mədəniyyətinin əsas əlamətləri aydın şəkildə izlənmişdir. Yanıqtəpə yaşayış yeri qədim dövrdə ardıcıl olaraq yaranan üç təpədən ibarət olmuş, zaman keçdikcə onlar bir təpə halında birləşmişdir. Onun hündürlüyü 16,5 m, diametri 300 m-dən artıqdır. Yaşayış yerində Neolit, Eneolit və İlk Tunc dövrünə aid təbəqələrə rast gəlinmişdir. Kür-Araz mədəniyyətinə aid təbəqə abidənin ən üst qatında yerləşmişdir. Lakin Eneolit təbəqəsi ilə Kür-Araz təbəqəsinin bir-birinə münasibəti stratiqrafik baxımdan həll edilməmişdir. Belə ki, qazıntı zamanı heç yerdə Kür-Araz təbəqəsinin Eneolit təbəqəsini örtdüyü müəyyənləşdirilməmişdir. ASE, V cild, Bakı, 1981, səh. 66 Vəli Baxşəli oğlu Baxşəliyev.

Значение слова в других словарях