YARIMCAN

sif.
1. Ölümü yaxınlaşmış olan, ölümünə az qalmış; ölümcül. Yazıq yarımcandı, ölər, qalmaz.
– Yarımcan arvad balalarından utanıb daha su istəmir. N.Nərimanov.

// Zərf mənasında. Heyvanı o qədər vurdu ki, yarımcan oldu.
2. məc. Çox yorğun, zəif, üzgün, əldən düşmüş, ölüvay.
[Hacı Mehdi:] Mən gəldim evə yarımcan. Ə.Haqverdiyev.

3. məc. məh. Könülsüz, həvəssiz. İşini yarımcan (z.) görür.

Синонимы

  • YARIMCAN ölümcül
  • YARIMCAN yorğun — zəif — üzgün — ölüvay
  • YARIMCAN könülsüz — həvəssiz
YARIMCA
YARIMCANLIQ

Значение слова в других словарях