1. Uyğun gəlmək, yaxşı tutmaq, yaxşı göstərmək. Bu paltar sənə yaraşmır.
– Sənə al don yaraşır, niyə qarə geymisən sən?
[Mehribanın] yeni paltarı vücuduna çox yaxşı yaraşırdı.
Qaratelin üz-gözündən rişxənd yağırdı və bu ifadə qızın munis, dolğun çöhrəsinə qətiyyən yaraşmırdı.
□ …nə yaraşır – intonasiyadan asılı olaraq gah müsbət, gah mənfi mənada işlənir. Bu yaşda ona belə paltar nə yaraşır.
– Qabaqda qalırmı arpan səhərə? Üzəngilər nə yaraşır yəhərə. “ ”.
2. Layiq olmaq, münasib olmaq. Belə hərəkətlər insana yaraşmaz.
– Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə.
[Vəzir:] Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, bu əlli yaşımda Teymur ağa ilə güləşib onun arxasın yerə qoyardım.
[Fəridə:] Bu ki rüsvayçılıqdır, … heç doktora yaraşarmı?
// Uyğun olmaq, uyğun gəlmək, münasib olmaq, uymaq.
Mənim yoldaşım Sadığın adını qoyublar Lağlağı, … bu ləqəb o kişiyə heç yaraşmır.
Məsmə otağını bir cavanəzənə yaraşacaq bir şəklə salmağı özünə bir həyat qayəsi qərar verdi.