YAXINLARDA

zərf
1. Yaxın yerlərin birində, bu ətrafda (bəzən “bu” sözü ilə). Evimiz bu yaxınlardadır. O, bu yaxınlarda yaşayır.
2. Bu günlərdə, bir az əvvəl, az müddət əvvəl. Yaxınlarda gəlmişdir. Yaxınlarda dissertasiya müdafiə etmişdir. Yaxınlarda, deyəsən, yağış yağıb.
// Tez bir zamanda, yaxın bir vaxtda, bir az sonra, bu günlərdə. Yaxınlarda yubileyi olacaq. Yaxınlarda əlli yaşı tamam olacaqdır. Yaxınlarda gedəcəyəm.
YAXINGÖRƏN
YAXINLAŞDIRILMA

Значение слова в других словарях