1. Bir şeyin yaxınına çəkmək, yaxınına gətirmək; bir şeyə yanaşdırmaq. Başmaqlarını bir-birinə yaxınlaşdırmaq. Maşını qapıya yaxınlaşdırmaq. Şkafı divara yaxınlaşdırmaq.
– Arxitektor kreslosunu stola yaxınlaşdırdı.
// Aralarında daha sıx əlaqə və münasibət yaratmaq. Nəzəriyyə ilə təcrübəni bir-biri ilə yaxınlaşdırmaq. Elmlə istehsalatı bir-biri ilə yaxınlaşdırmaq.
2. məc. Aralarındakı ünsiyyəti daha da artırmaq, aralarında dostluq, yaxınlıq münasibəti yaratmaq. Zəhmət onları bir-birinə yaxınlaşdırdı.
– Sanki bu təkrarlar [Ağca xanımı] oğluna – əllərini köksündə çataqlayıb yatan zəif, yetim və xəstə uşağa yaxınlaşdırırdı.
3. Zaman etibarilə tezləşdirmək.
4. Oxşatmaq, bənzətmək, uyğunlaşdırmaq. Malı ən yaxşı nümunələrə yaxınlaşdırmaq.