YAXINLAŞDIRMAQ

f.
1. Bir şeyin yaxınına çəkmək, yaxınına gətirmək; bir şeyə yanaşdırmaq. Başmaqlarını bir-birinə yaxınlaşdırmaq. Maşını qapıya yaxınlaşdırmaq. Şkafı divara yaxınlaşdırmaq.
– Arxitektor kreslosunu stola yaxınlaşdırdı. M.İbrahimov.

// Aralarında daha sıx əlaqə və münasibət yaratmaq. Nəzəriyyə ilə təcrübəni bir-biri ilə yaxınlaşdırmaq. Elmlə istehsalatı bir-biri ilə yaxınlaşdırmaq.
2. məc. Aralarındakı ünsiyyəti daha da artırmaq, aralarında dostluq, yaxınlıq münasibəti yaratmaq. Zəhmət onları bir-birinə yaxınlaşdırdı.
– Sanki bu təkrarlar [Ağca xanımı] oğluna – əllərini köksündə çataqlayıb yatan zəif, yetim və xəstə uşağa yaxınlaşdırırdı. Mir Cəlal.

3. Zaman etibarilə tezləşdirmək.
4. Oxşatmaq, bənzətmək, uyğunlaşdırmaq. Malı ən yaxşı nümunələrə yaxınlaşdırmaq.
YAXINLAŞDIRMA
YAXINLAŞMA

Digər lüğətlərdə

дощу́пываться изму́слиться коннозаво́дский неокоммунисти́ческий отбыва́ть поле́зное проку́с пуццола́нный рутини́зм уве́шанный воща́нка довери́тельный Мо́рзе обнажа́ться переадресова́ть apheresis coal tar hayride providential slot vinose доскональный попивать сослуживец цементация