YAYCI

сущ. къадим туьркӀ чӀаларал рахадай тайифайрикай сад.
YAY-OX
YAYCIQ
OBASTAN VİKİ
Yaycı
Yaycı (Culfa) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Yaycı (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Yaycı (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd. Yaycı (Dərəçiçək) — Yaycı (Qırxbulaq) — Yaycı stansiyası — Culfa rayonunda dəmiryolu stansiyası. Yaycı — Culfa rayonu ərazisində çay. Araz çayının sol qoludur.
Aşağı Yaycı
Aşağı Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1928-ci ildə keçmiş Yəyci (indiki Yuxarı Yəyci) kəndindən çıxmış bir qrup ailə salmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponenti isə türk mənşəli yaycı tayfasının adını əks eldirir. 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 10 km şimal-şərqdə, Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisi 1599 nəfərdir.
Yaycı (Culfa)
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim türkdilli yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır. Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Əhalisi 6343 nəfərdir.
Yaycı (Dərəçiçək)
Yayıcı (Zovaber) — İrəvan xanlığının Dərəçiçək mahalında, sonralar İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuz tayfalarından olan yayıcı etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovaber (Dzovaber) qoyulmuşdur. 1978-ci ildə kənd ermənicə Tsovabert adlandırılmışdır. XVII əsrə aid erməni mənbəyinə görə adı Yaycılar idi XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi ermənilər idi.
Yaycı (Gorus)
Yaycı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim yaycı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Harjis qoyulmuşdur.
Yaycı (Vedi)
Yaycı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd adı Kənddə 1897-ci ildə 180 nəfər, 1914-cü ildə 157 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildən etibarən kəndin azərbaycanlı əhalisi zorla ermənilər tərəfindən qovulmuşdur. 1930-cu illərə kimi kənd xaraba qalmış, heç kim yaşamamışdır. 1930-cu ildən başlayaraq kəndə kürdlər yerləşdirilmişdir. Toponim yaycı türk etnonimi əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Yaycı (Çaldıran)
Yaycı (fars. يايچي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (10 ailə).
Yaycı (İğdır)
Yaycı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 5 km uzaqlıqdadır. İqlimi kontinentaldır. Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq yəşkil edir. Ən çox yetişdirilən bitki qarğıdalıdır. Kənddə ibtidai məktəb, İçməli su şəbəkəsi vardır. Ancaq kanalizasiya isə yoxdur. Sağlamlıq ocağına sahibdir. Kəndə gedən yol asfaltlaşdırılmışdır.
Yaycı düzənliyi
Yaycı düzənliyi — Qaradərə çayının gətirmə konusundan ibarət olub, şimaldan cənuba doğru 10–12 km uzanır. Düzənliyin ən enli yeri 5 km olmaqla, dəniz səviyyəsindən 720–960 m hündürlükdə yerləşir. Yaycı düzü Kərimqulu Dizə kəndindən şimal-qərb istiqamətinə dönərək, Qapıqabağı düzənliyinə qovuşur. Bu düzənlik əsasən allüvial-prollüvial çöküntülər ilə örtülmüşdür. Ərazinin 1000 hektara yaxın torpaq sahəsi suvarılaraq, əkinçilikdə istifadə olunur. Burada da suvarma suyu təminatı zəifdir. Gilan çaydan çəkilən Yaycı arxı suvarma dövrü yeganə etibarlı su mənbəyi rolunu oynayır.
Yaycı kanalı
Yaycı kanalı — Naxçıvan Muxtar Respublikasının Ordubad və Culfa rayonlarında tarixi abidə. Öz başlanğıcını Ordubad rayonunun Sabirkənd yaxınlığında Gilançaydan götürür. Kanal dağların ətəyi ilə Culfa rayonunun Yaycı kəndinə doğru axır. Kanal hazırda istifadə edilməkdədir. Sabirkəndin içərisində kanalın fəaliyyətini təmin etmək üçün hündürlüyü bəzi yerlərdə 3-4 metrə çatan dəstək divarları inşa edilmişdir. Divarlar yonulmamış qaya parçalarından hörülərək palçıqla bərkidilmişdir. Divarlar təmir edilmədiyindən hazırda dağılmış vəziyyət dədir. Sabirkənddən keçən hissədə torpaq yumşaq olduğu üçün kanalın içərisinə və divarlarına daş döşənmişdir. Döşəmənin qalıqları yalnız bəzi qismlərdə salamat qalmışdır. Hazırda kanalın içərisinə beton salınmışdır.
Yaycı nekropolu
Yaycı nekropolu — orta tunc dövrünə aid olub, Şərur rayonunun Aşağı Yaycı kəndindən cənubda yerləşən abidə. Nekropol 1976-cı ildə Arpaçay su anbarı tikilərkən təsadüfən aşkar olunmuşdur. Tikinti zamanı bir neçə qəbir abidəsi dağıdılmış, zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Qəbirlər daş qutulardan ibarət olub müxtəlif istiqamətlərə yönəlmişdir. Onların divarları iri sal daşlarla qurulmuş, üzəri bir neçə daş pilitə ilə örtülmüşdür. Bəzi daş qutular kromlexlə əhatə olunmuşdur. Qəbirlərin üzərində yer səviyyəsindən 0,5-1 m hündürlükdə olan kurqanlar saxlanmışdır. 2011-ci ildə Yaycı nekropolunda kəşfiyyat qazıntıları aparılmışdır. Bu qazıntılar zamanı E.Məmmədov tərəfindən üzəri daş kurqanla örtülmüş bir torpaq qəbir açılmışdır. Qəbirdə skelet qalıqları tapılmamışdır.
Yaycı qalası
Yaycı qalası — Şərur rayonunun Aşağı Yaycı kəndində, Avpaçayın sol sahilində arxeologi abidə. Аrpаçаyın sоl sаhilində, hündür dаğ zirvəsində dаşdаn inşа еdilmiş qаlа strаtеji cəhətdən əlvеrişli mövqеdədir. Qаlаnın bir hissəsi təbii qаyаlаrlа əhаtələnmişdir. Qаlаdа аpаrdığımız tədqiqаtlаr nəticəsində burаdаn хеyli miqdаrdа şirli və şirsiz sахsı məmulаtı, dəmir əşyаlаrın hissələri аşkаr еdilmişdir. Dəmir əşyаlаr ох və nizə tipli Оrtа əsr silаhlаrı ilə təmsil оlunmuşdur. Yаycı qаlаsını burаdаn аşkаr еdilmiş mаddi mаtеriаllаr əsаsındа IХ-ХIII əsrlərə аid еtmək оlаr.
Yaycı çayı
Yaycıçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində çay. Şərqi Arpaçayın sol qoludur. Mənsəbindən 23 km. məsafədə ona tökülür. Uzunluğu 7 km, hövzəsinin sahəsi 5 km²-dir. Yağış və qrunt suları ilə qidalanır.
Yuxarı Yaycı
Yuxarı Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun Yaycı i.ə.v. də kənd . Dərələyəz silsiləsinin ətəyində yerləşir.Keçmiş adı Yaycı olmuşdur. XX əsrin 20 - ci illərində ondan əmələ gəlmiş digər kənd Aşağı Yaycı, Keçmişkənd isə Yuxarı Yaycı adlandırılmışdır. Oykonimin birinci komponenti kəndin yerləşdiyi coğrafi mövqeyi, ikinci komponenti isə qəd. türk mənşəli yaycı tayfasının adını əks etdirir.
Yaycı (Şahinbəy)
Yaycı Qaziantep İlinin Şahinbəy ilçəsində məhəllədir. == Tarixi == 19-cu əsrin axırlarında alman şərqşünası Martın Hartmann Yaycını türklərin yaşadığı 20 evdən ibarət kənd kimi təsvir etmişdir. Yaycı Türkiyənin ərazi-inzibati bölümünə görə əvvəllər kənd olsa da, 2012-ci ilin qanun dəyişikliyindən sonra məhəllə olmuşdur. == Əhalisi == 2009-cu il statistikasına görə Yaycıda 296 adam yaşamışdır.
Kərim Yaycılı
Kərim Yaycılı — azərbaycan mühacir şairi. == Həyatı == Kərim Yaycılı Naxçıvanın Yaycı kəndində anadan olmuşdur. Erməni zülmündən xilas olmaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) ailəsiylə birlikdə Gəncəyə gəlir, bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra isə Türkiyəyə qaça bilir. Burada hərbi təhsil alır və bir müddət orduda xidmət edir. Sonralar Dövlət Konservatoriyasında və Dövlət teatrlarında çalışmışdır. İlk şeirləri 1934-cü ildən etibarən Məmməd Əmin Rəsulzadənin Berlində nəşr etdirdiyi "Qurtuluş" jurnalında dərc olunur. Daha sonralar şeir və hekayələri Ankarada nəşr edilən "Azərbaycan" jurnalında çıxır. Azərbaycan Milli Mərkəzinin və Müsavat partiyası Ankara təşkilatının üzvü idi. "Türk birliyi" adlı jurnal nəşr edirdi. Şeirlərinin böyük bir qismi "Azərbaycan, Qafqaz, Anadolu" adlı kitabda toplanıb.
Yaycılar
Yaycılar — qədim türkdilli tayfalardan biridir. Mənşəcə oğuz tayfalarından hesab olunurlar. Bir qismi XII-XIII əsrlərdə Azərbaycana gəlmiş, əsasən Naxçıvan ərazisində yaşamışlar. Culfa rayonunda Yaycı kəndinin onlarla bağlı olduğu ehtimal olunur. ASE, V cild, Bakı, 1981, səh.
Yaycıçay
Yaycıçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində çay. Şərqi Arpaçayın sol qoludur. Mənsəbindən 23 km. məsafədə ona tökülür. Uzunluğu 7 km, hövzəsinin sahəsi 5 km²-dir. Yağış və qrunt suları ilə qidalanır.

Значение слова в других словарях