YAĞMALAMAQ

f. Soymaq, qarət etmək, talamaq.
// məc. şair. Əlindən almaq, məhrum etmək mənasında.
Səbrimi yağmaladı şövqin, qərarım qalmadı. Nəsimi.
Xumarxumar baxmağı gözlərin; Yağmalayıb solusağı gözlərin. Q.Zakir.

Синонимы

  • YAĞMALAMAQ yağmalamaq bax talamaq
  • YAĞMALAMAQ soymaq — talamaq
YAĞMALAMA
YAĞMALANMA
OBASTAN VİKİ
Yağmalamaq (video oyun)
Yağmalamaq, ölüsoyanlıq, çapovulçuluq, talançılıq və ya lutinq (ing. Looting, orfoqrafik səhvlərlə lewting) — rol oyunları, MMOG və ÇİP kimi videooyunlarında oyunçu personajın hansısa bir məxluqun və ya başqa bir oyunçunun cəsədindən oyun-içi valyuta, ovsunlar, avadanlıq və silah kimi əşyaları əldə etməsi prosesi. Yağmalanan bu əşyalar oyunçunun öz inventarına yerləşdirilir. Yağmalanan qənimətlər hansısa bir məxluqu və ya başqa bir oyunçunu öldürəndə verilən mükafat hesab edilir.

Значение слова в других словарях