YAŞILLIQ

is.
1. Yaşıl şeyin hal və keyfiyyəti. Rəngin yaşıllığı.
2. Təzə otlarla örtülü yer, çoxlu göyərti olan yer.
O, gözəl çiçəklərdən, bulaqlardan, yaşıllıqlardan doymaz, ayrılmazdım. A.Şaiq.
Hər tərəfdən yaşıllıqlar nəzərləri oxşayırdı. H.Cavid.
Batıqlar, çuxurlar, keçəl təpələr; Burda yaşıllıqdan görünməz əsər. S.Vurğun.

YAŞILLI
YAŞILLIQLAŞMA

Значение слова в других словарях