YENİ QARA DƏNİZ TRANSQRESSİYASI

Holosendə Qara dənizin quruya soxulması, dənizin səviyyəsi 4-5m müasir səviyyədən yuxarı olmuşdur. Y. q. d. t. Holosenin iqlim optimumu vaxtına uyğun gəlir. Новочерноморская трансгрессия New-Black Sea transgression
YENİ KASPİ TRANSQRESSİYASI
YENİ QLOBAL TEKTONİKA
OBASTAN VİKİ
Qara Dəniz
Qara dəniz (bolq. Черно море, ukr. Чорне море, rum. Marea Neagră, türk. Karadeniz, gürc. შავი ზღვა, abx. Амшын/Амшын Еиқәа, q.yun. Εὔξενος Πόντος, yun. Μαύρη Θάλασσα, lat. Pontus Euxinus) Krım yarımadası və Kiçik Asiya yarımadası arasında yerləşən daxili dəniz.
Qara dəniz bölgəsi
Amasya ili
Qara dəniz regionu
Amasya ili
Çırpınırdı Qara dəniz
Çırpınırdı Qara dəniz — Azərbaycanda və Türkiyədə çox populyar olan, dinləyicilərə vətənpərlik ruhu aşılayan mahnı. Mahnı Azərbaycanın dahi şairi Əhməd Cavadın 1914-cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən dörd il sonra 1918-ci ildə bəstələnmiş musiqi əsasında yaranmışdır. O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib. "Çırpınırdı Qara dəniz" şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şer kitabı olan "Dalğa"da da dərc olunub. Mahnı Azərbaycanda iki ifaçının ifasında daha populyardır. Bunlar Azərin və Şəmistan Əlizamanlıdır. Xüsusən, bu mahnı Türkiyədə Azərinin ifasında çox sevilir. Son dövrlərdə mahnı ermənilər tərəfindən erməni aşığı Sayat Novanın əsəri kimi "Kamança" adıyla təqdim edilməkdədir. Eyni zamanda həmin plagiat mahnının Daşnaksütyun Partiyasının himni olması da iddia edilir.
Priboynı burnu (Qara dəniz)
Priboynı burnu (ukr. Прибойний) — Krım yarımadasının ucqar qərb nöqtəsini təşkil edir yerləşən burun. Burun Qara dənizə doğru uzanır. İnzibati cəhətdən Çernomorski rayonuna daxildir. Tərxan Qut yarımadası ərazisində, Plenevka kəndindən şimal qərbdə yerləşir. Karkinit körfəzi ilə Karacin buxtası arasında qərarlaşır. Sahilləri əsasən sıldırımlıdır. Bəzi hissələrdə isə su altı və üstü daşlar vardır. Kalamit körfəzinə doğru uzanan burun Evpatoriya buxrtası ilə əhatələnir. Ərazisində Kerkinitida antik yunan şəhəri yerləşir.
Qafqazın Qara dəniz sahilləri
Qafqazın Qara dəniz sahilləri(bəzən — Qara dəniz Qafqazı), antik adı — Kolxida) — Gürcüstanın, Abxaziyanın və Rusiyanın (Krasnodar diyarı) Qara dəniz sahillərindəki coğrafi və tarixi ərazisi. Zonanın böyük bir qismi turizm bölgəsi hesab olunur. Qafqazın Qara dəniz sahilləri 42°—45° şimal enlikləri arasında yerləşir. Bu hardasa Adriatik dənizi, Fransanın Lacivərd sahili və İtaliyanın Riverası ilə eyni enlikdir. İqlim xüsusiyyətlərinə görə də yetərincə oxşarlıq var. Regionun şimal sərhəddi Taman yaramadasıdır. Bu zonanı bəzən Anapa adlandırırlar. Bu bölgəni turizm xüsusiyyətinə görə digərlərində fərləndirirlər. Bu zonaya bəzən əlavə olaraq Qafqazın Azov dənizi sahillərini də birləşdirirlər.. Bölgənin cənub sərhəddi Gürcüstanın Türkiyə ilə olan sərhəddi ilə üst-üstə düşür.
Qara dəniz-Xəzər çölləri
Qara dəniz-Xəzər çölləri və ya Pont çölləri Moldovanı, Şimali Qafqazı, Cənubi Ukraynanı, Cənubi Rusiyanı və Qazaxıstanın şimal-qərbinin kiçik bir hissəsini əhatə edən Avrasiya çöllərinin tərkibində olan geniş çöl diyarıdır. Palearktika regionunun da bir hissəsi olan çöllərə mülayim çəmənliklər, savannalar və kolluq biomları daxildir. Ərazi klassik antik dövrdəki Kimmeriya, İskit və Sarmatiyaya uyğun gəlir. Çöl min illər boyu bir çoxu at sürən köçəri tayfalar tərəfindən istifadə edilmişdir ki, onların da bir çoxu Avropanı, Qərbi və Cənub Asiyanı işğal etmişdirlər. Biocoğrafiyada Ponto-Xəzər regionu termini bu çöllərdə yaşayan bitki və heyvanlar ilə Qara dəniz, Xəzər dənizi və Azov dənizində yaşayan heyvanları təsnif etmək üçün istifadə olunur. Genetik tədqiqatlar bu zonanın ən çox ehtimal olunan atların ilk dəfə əhliləşdirildiyi yer olduğunu müəyyən edir. Hind-Avropa xalqlarının dilləri və mənşəyi ilə bağlı həyata keçirilmiş olan tədqiqatlar nəticəsində yaradılmış Kurqan fərziyyəsi adlı nəzəriyyəyə görə, Pontik-Xəzər çölləri proto-Hind-Avropa dilinin vətənidir. Pontik çölləri Avropada 994.000 kvadrat kilometrlik bir ərazini əhatə edir. Ərazi Bolqarıstanın şimal-şərq, Rumıniyanın isə cənub-şərqindəki Dobrucadan, Cənubi Moldovaya, Ukraynaya, Rusiyaya və Qazaxıstanın şimal-qərbinə qədər uzanır və Ural dağları ərazinin sərhədini təşkil edir. Region ekoloji cəhətdən qarışıq çəmənlikləri, mülayim enliyarpaqlı və qarışıq meşələri əhatə edən şimalındakı Şərqi Avropa meşə-çöl zonası ilə həmsərhəddir.
Qara dəniz meşə siçanı
Qafqaz meşə siçanı (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur . Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.
Qara Dəniz Taxıl Təşəbbüsü
Qara Dəniz Taxıl Təşəbbüsü (ing. Black Sea Grain Initiative) Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 2022-ci il iyulun 22-də Rusiya və Ukrayna arasında imzalanmış sazişdır. Bu saziş Rusiyanın Ukraynaya hərbi təcavüzü ərzində Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasını nəzərdə tutur. 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya hücumu əvvəllər Qara dəniz vasitəsilə əsas taxıl ixracatçısı hesab edilən Ukraynadan dənizlə taxıl daşımalarının tamamilə dayanmasına səbəb oldu. Bu hal dünyada ərzaq qiymətlərinin bahalaşması ilə nəticələnməklə yanaşı, aşağı gəlirli ölkələrdə mümkün aclıq təhlükəsinin yaranmasına dair narahatlıqlara yol açdı. Meydana gəlmiş problemi həll etmək üçün həmin ilin aprel ayında Qara dənizdə dəniz marşrutlarına nəzarət edən Türkiyənin ev sahibliyi və BMT-nin dəstəyi ilə müzakirələr başladı. Nəticədə 22 iyul 2022-ci il tarixində İstanbulda saziş imzalandı. Razılaşmanın qüvvədə olma müddəti ilkin olaraq 120 gün müəyyənləşdirilmişdi. İstanbul sazişi 2022-ci il ərzaq böhranının həll edilməsi üçün müəyyən limanlardan taxılın təhlükəsiz ixracı istiqamətində mexanizm formalaşdırdı. Sazişin icrası istiqamətində Türkiyədə BMT-nin də katiblik qismində iştirak etdiyi "Birgə Koordinasiya və Təftiş Mərkəzi" yaradıldı.
Sən Anlat Qara Dəniz
Qara Dəniz Biosfer Qoruğu
Qara Dəniz Biosfer Qoruğu (ukr. Чорноморський біосферний заповідник) — Ukraynanın Xerson və Nikolayev vilayətlərinin ərazisində yerləşən biosfer qoruğudur. Qoruğun sahəsi 109254,8 hektardır. Ukrayna Milli Elmlər Akademiyasına tabedir. Qoruq idarəsi Xerson vilayətinin Qolaya Pristan şəhərində yerləşir. Qoruq Ukraynanın ən böyük qoruqlarından biridir. Qoruğun əsas məqsədi qışlayan, yuvalayan köçəri quşları, həmçinin qumlu arenaların və səhra çöllərinin unikal komplekslərini qorumaqdır. Qoruğun tərkibinə daxil olan Tendrovski körfəzi və Tendrovskaya adası Ramsar konvensiyasına əsasən, xüsusi mühafizə rejimi ilə beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazi statusuna malikdir. 14 iyul 1927-ci ildə (1933-cü ildən qoruq statusu almışdır) qışlayan, köçəri və yuvalayan quşları və onların yaşayış mühitini qorumaq üçün yaradılmışdır. 1933-cü ildə müstəqil ekoloji və elmi tədqiqat müəssisəsi oldu.
Yeni Zelandiya dəniz pişiyi
Yeni Zelandiya dəniz pişiyi (lat. Arctocephalus forsteri) — Qulaqlı suitilər fəsiləsinə daxil olan Dəniz pişikləri yarımfəsiləsinə aiddir. Cənub dəniz pişikləri cinsinə daxildir. Yeni Zelandiya dəniz pişiyi boz-qəhvəyi rəngdə olur. Onların uzunluğu 250 sm, çəkisi 70 kq-dan çox olur. Bu növün nümayəndələri əssasən Yeni Zelandiyanın cənub, Avstraliyanın cənub və qərb sahillərində yaşayır. Onların koloniyalarına Çatem arxioelaqı, Antipodov, Kampel və Oklend adalarında rast gəlinir. Bir necə mini isə Tasmaniya adasında qərar tutur. Çütləşmə dönəmində Makkuori adalarında qədər gəlirlər. Bəzi hallarda isə azaraq Yeni Kaledoniya adalarında rast gəlinir.
Yeni Zelandiya dəniz şiri
Yeni Zelandiya dəniz şiri (lat. Phocarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinə aid heyvan cinsi.
Dunay-Qara dəniz kanalı (Rumıniya)
Dunay-Qara dəniz kanalı — Dunay çayını Qara dənizlə birləşdirən qısa yol. Həm də gəmiçilik üçün yaralı olan bir kanal. Kanal keçmiş liman şəhəri olan Çernavodedən Dunayın yatağından ayrılır. Mecidiyyə və Basarabi şəhərləri ərazisindən Konstansa dəniz limanına axır. bununla da iki şəhəri daxili limana çevirir. Poarta-Albedən isə kanal iki hissəyə bölünür. Kanal Dobruca platosundan axır. Kanalın inşasına hələ Osmanlı imperiyası dönəmində ehtiyac yaranmışdır. Dunay-Qara dəniz kanalının inşası haqqında ilk qərar 1948-ci ildə verilmişdir. Rumıniya Kommunist Partiyası Siyasi Bürosunun üzvlərinin sözlərinə görə bu layihənin təklifini ilk dəfə Stalin vermişdir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) (ing. Organization of the Black Sea Economic Cooperation) - 4 iyun 1992-ci ildə təsis edilmiş təşkilat. 25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın Dövlət və Hökumət Başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin (sonradan İstanbul Bəyənnaməsi kimi istinad edilir) imzalanması ilə yaranmışdır. istanbul Bəyənnaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə Başçıları tərəfindən Bosfor Bəyənatı da imzalanmışdır. Bu Bəyənat İstanbul Bəyənnaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir. 5 iyun 1998-ci ildə Yalta şəhərində iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüvvəyə minməsi ilə, əməkdaşlıq müxanizmi təşkilat statusu almışdır. Təşkilatın Nizamnaməsinə uyğun olaraq, üzv dövlətlər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər: Ticarət və iqtisadi inkişaf Bank işi və maliyyə Kommunikasiya Enerji Nəqliyyat, kənd təsərrüfatı və aqrar sənaye Səhiyyə və farmaseptika Ətraf mühitin qorunması Turizm Elm və Texnika Gömrük və digər sərhəd orqanları ilə əməkdaşlıq Mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, silah və radioaktiv materialların dövriyyəsi, terror aktları və qeyri-qanuni miqrasiya ilə mübarizə. QDİƏT-in yaradılması, Avropa vahid bazarının yaradılması vaxtı ilə üst-üstə düşmüşdü. Buna görə də, iki sistemin ölkələri arasında qarşılıqlı ticarətin həcmi az olmuşdur. Üzvlər ölkələr 12 dövlətdən ibarətdir.
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Yeni dəniz mədəni (film, 1967)
Adi Yeni Zelandiya dəniz şiri
Adi Yeni Zelandiya dəniz şiri (lat. Phocarctos hookeri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinin yeni zelandiya dəniz şiri cinsinə aid heyvan növü. Erkəkləri qara-qəhvəyi rəngdə olub, 2,5 m uzunluğa malik olurlar. Çiyinlərinin üzərini örtən tüklər səbəbbindən daha iri görsənirlər. Dişilər nisbətən kiçik və açıq-boz rəngə malik olurlar. Onların uzunluğu isə 2 metr təşkil edir. Yeni Zelandiya dəniz şiri əsasən Yeni Zelandiya yaxınlığında subantarktik qurşaq adalarında müşahidə edilir. Bunlara misal Oklend adaları, Sners adaları və Kempbell adaları. Bu canlıların 90% Oklend adalarında yaşayır. Cənub adası sahillərində tək-tük dəniz şirlərinin koloniyalarına rast gəlinir.
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Qara Dəniz Ticarət və İnkişaf Bankı
Qara Dəniz Ticarət və İnkişaf Bankı (ing. Black Sea Trade and Development Bank (BSTDB)) — Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək üçün yaradılmış beynəlxalq maliyyə təşkilatı. Bankın məqsədləri bölgədə ticarət əlaqələrini inkişaf etdirmək, beynəlxalq layihələrin həyata keçirilməsini asanlaşdırmaq, xarici investisiyaları təşviq etmək və ticarət və iqtisadi əlaqələrin həm dövlət səviyyəsində, həm də özəl biznesdə inkişafına zəmanət verməkdir. Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına aiddir. QDTİB-in fəaliyyətini müəyyənləşdirən əsas sənəd, BMT tərəfindən qeydiyyata alınan Qara Dəniz Ticarət və İnkişaf Bankının yaradılması haqqında Sazişdir. Bankın nizamnamə kapitalı 3 milyard XBH-dur.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (abr. BDTL; ing. Port of Baku) — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. 1998-ci ildə Bakı şəhərində qədim ticarət marşrutunu yenidən bərpa etmək və cəlb olunan ölkələr ilə gələcək əməkdaşlıq imkanlarının əsaslarını qoymaq üçün "Qədim İpək Yolu" adlı beynəlxalq konfransı keçirilmişdir. Qədim İpək Yolundan istifadə edən tacirlərin Avropa ilə Asiya arasında səyahəti aylar və bəzən illər boyu davam edirdi və Mərkəzi Avrasiya mərkəzləri kritik regional logistika və paylama mərkəzləri rolunu oynayırdı. Bunların hər birində tacirlərin mal və fikirləri mübadilə etdikləri, müxtəlif mədəniyyətdən olan insanların görüşmək imkanı qazandıqları bir neçə karvansara olurdu. Bu cür ticarət mərkəzləri Avrasiya və Yaxın Şərqdən keçən geniş ticarət dəhlizləri şəbəkəsi vasitəsilə digər regional qovşaq və böyük şəhərlərlə əlaqəli idi. 1994-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir.
Tərəfdaşlıq və Dialoq üçün Qara Dəniz Forumu
Tərəfdaşlıq və Dialoq üçün Qara Dəniz Forumunun (BSF) ilk sessiyası – iyun 2006-cı il tarixlərində Buxarestdə keçirilmişdir. Forum Rumıniya təşəbbüsü ilə baş tutmuşdur və ilkin olaraq prezidentlər səviyyəsində hər il müntəzəm keçirilən sammitlər və həmin illik fasilələr ərzində tematik və ya sektorlar üzrə əməkdaşlıq görüşlərinin keçirilməsi nəzərdə tutulur. Sessiyaların keçirilmə məkanı üzv dövlətlər arasında növbəli şəkildə razılaşdırılmaqla seçilir. Forum yeni regional institutlar yaratmaq məqsədi daşımır, əksinə, geniş Qara dəniz regionu ölkələri (Cənubi Qafqazdan Xəzər dənizinə qədər daxil olmaqla) və bu qrup ölkələrlə beynəlxalq təşkilatlar arasında müntəzəm məsləhətləşmə prosesinə çevrilmək məqsədi daşıyır. İlk sammitdən sonra başqa sammitlərin keçirilməsi nəzərdə tutulmayıb. Rumıniya və Bolqarıstan Aİ-yə daxil olduqdan sonra Forum Şimali Avropa ölkələri və Baltik dənizi ölkələri üçün Şimal Ölçüsü təşəbbüsünə bənzər Qara və Xəzər dənizi dövlətləri ilə əməkdaşlıq üçün Aİ təşəbbüsü formasını aldı. Rumıniya prezidenti Trayan Besesku, Moldova prezidenti Vladimir Voronin, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ermənistan prezidenti Robert Köçəryan, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin dövlət naziri və Bolqarıstanın bir nümayəndəsi parlamentin ilk iclasında Birgə Bəyannamə imzalayıblar. Onlara ABŞ, NATO və Aİ-nin yüksək səviyyəli rəsmiləri də qoşulub.
Dəniz (albom)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Dəniz Akkaya
Dəniz Akkaya (türk. Deniz Akkaya; 3 avqust 1977, İstanbul) — Türkiyə modeli, aktrisası və aparıcısı. Dəniz Akkaya 1977-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Kayserinin Akören rayonunun Uzunyayla kəndindən olan çərkəz mənşəli ailədəndir. Təhsil həyatını İstanbulda keçirmişdir. İbtidai təhsilini Faiq Rəşid Onat adına ibtidai məktəbdə, orta təhsilini Bilgə Kaan Özəl Sınaq adına liseydə, liseyi isə Semiha Şakir adına özəl sınaq liseyində keçirmişdir. İstanbul Universitetinin ABŞ dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Teatrda və kinoda rol almışdır. "Maskalı beşlər: Kipr", "Vizontele Tuuba", "Məktəb" onun rol aldığı filmlərdən bəziləridir. Onun biznesmen Efe Önbilginlə evliliyindən Ayşə (10 dekabr 2009-cu il təvəllüdlü) adlı bir qızı var.
Dəniz Aytəkin
Dəniz Aytəkin (alm. Deniz Aytekin‎; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli hakimi. Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib. Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. 1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb.