YENİÇƏRİ

is. [ türk. ]
1. tar. Sultan Türkiyəsində adətən polis, cəza məqsədləri üçün istifadə edilən və sonralar ortadan qaldırılan imtiyazlı piyada qoşun və onun nəfəri.
Topçular top ata bilməz; Yeniçəri döyüş istəməz; Padşahdan imdad olmaz; Əsir olduq gavur əlində. Aşıq Həsən.

2. məc. Zalım, zülmkar, zorla iş görən adam haqqında.
YENİCƏ-YENİCƏ
YENİÇƏRİLİK
OBASTAN VİKİ
Yeniçəri
Yeniçərilər (türk. Yeniçeri) — yeni döyüşçü, XIV–XIX əsrlərdə Osmanlı ordusunda daimi piyada qoşunu. Yeniçərilər sipaxlar və akıncalarla birlikdə imperiya qoşununun əsasını təşkil edirdilər. Kapıkuluların (sultanın qullardan ibarət şəxsi qvardiyası) tərkib hissəsi idilər. Yeniçərilər dövlətdə həmçinin polis rolunu oynayırdılar. Onlar dərviş libasına bənzəyən libas geyinir, bayraqlarında isə şiə nişanı — Həzrət Əlinin zülfüqarı və əl təsvir olunmuş nişan gəzdirirdilər. Yeniçəri Sultan Muradın hakimiyyəti dönəmində təşəkkül tapdı. Osmanlılar tutduqları ərazilərdə 8–18 yaşlı xristian uşaqları toplayaraq İstanbula yollayır və onlara məcburi İslamı qəbul etdirirdilər. Müsəlmanlaşdırılmış uşaqlara 12 ilə yaxın məşq keçirilirdi. Onlara at çapmaq, ox atmaq, qılıncdan istifadə öyrədilirdi.
Yeniçəri Ocağı

Yeniçərilər

Значение слова в других словарях