YENMƏK

f.
1. Basmaq, məğlub etmək, qalib gəlmək.
Onu yenməkdə əlbir olsaq biz; Çox gözəl bar verər diləklərimiz. A.Şaiq.
Nağını, Xaçoyu yendi cavanlar; Vuruşmasaq olmaz! – dedilər onlar. H.K.Sanılı.

2. bax enmək.
İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə. C.Məmmədquluzadə.
[Kərim baba tüfəngi] hər gün silər, təmizlər və arabir dərənin içinə yenərək bir yeri nişan alardı. A.Şaiq.

Синонимы

  • YENMƏK basmaq — üstələmək
YENMƏ
YENMƏZ

Значение слова в других словарях