1. Basmaq, məğlub etmək, qalib gəlmək.
Onu yenməkdə əlbir olsaq biz; Çox gözəl bar verər diləklərimiz.
Nağını, Xaçoyu yendi cavanlar; Vuruşmasaq olmaz! – dedilər onlar.
2. bax enmək.
İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə.
[Kərim baba tüfəngi] hər gün silər, təmizlər və arabir dərənin içinə yenərək bir yeri nişan alardı.