yerinə qərar qəbul etmək, bir kəsin yerinə qərar qəbul etmək

* to make up one’s mind решить за кого-либо
yerinə düşmək
yerinə oturtmaq, bir kəsi yerinə oturtmaq
OBASTAN VİKİ
Qəbul
Qəbul – 1)verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Məsələn, ərizələrin qəbulu başlanır, teleqramların qəbulu, malların qəbulu haqqında akt; 2)götürmə; öz sıralarına alma, daxil etmə; Məsələn, İnstituta qəbul; 3)söhbət etmək, danışmaq, dinləmək, yoxlamaq, müayinə etmək və s. üçün birini öz yanına buraxma. Məsələn, müdirin qəbul saatları, qəbul otağı (gələnlər üçün xüsusi otaq). R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qərar
Qərar — yerli icra hakimiyyətləri, şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir. Ali hakimiyyət orqanının - Parlamentin (Deputatların səsçoxluğu ilə) - Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin qənaətbəxş olubolmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına hakimlərin seçilməsinə dair və s. aktı; Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının, Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı; Mərkəzi Hakimiyyət orqanının - Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı; dövlət və yaxud qeyri dövlət arbitajında baxılan təsərrüfat mübahisəsinin həllinə dair aktı; dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı; Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı; Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları; İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial üzvləri tərəfindən (misal: qurultay, kofrans, sessiya) məqsədlərini həyat keçirilməsi naminə qəbul etdikləri aktları.
İkimizin yerinə
İkimizin yerinə - Sərənay Sarıqaya və Nəjay İşlərin baş rolda oynadıqları 2016-cı il istehsalı türk dram filmi. Filmin rejissoru Umur Turaqay, ssenaristi Pınar Buluddur. Film Sərənay Sarıqayanın baş rolda çıxış etdiyi ilk filmidir. 21 oktyabr 2016-cı ildə ilk dəfə göstərimə girən film 3 gündə 330 min baxış əldə etmişdir. Filmin çəkilişləri Bursada olmuşdur. Filmin Almaniya premyerası Berlindəki "Cineplex Alhambra" sinemasında, Azərbaycanda isə Bakıda baş tutmuşdur. Balaca bir qəsəbədə yaşayan Çiçək özünü anasının təlqin etdiyi həyatda sıxışıb qalmış kimi hiss edəndə qəsəbəyə yenicə gələn ədəbiyyat müəllimi Doğana aşiq olur. Doğan bu yasaq sevgiyə nə qədər dirənsə də, Çiçəkdən uzaq dura bilmir. Halbuki bu sevgi təkcə onların deyil, həm də bir ailənin taleyini dəyişdirəcək.
Qərar nəzəriyyəsi
Qərar nəzəriyyəsi — insanların problem və problemlərin həlli yollarını seçmə qanunauyğunluqlarını, eyni zamanda istənilən nəticəni əldə etmək yollarını öyrənmək üçün riyaziyyat, statistika, iqtisadiyyat, idarəetmə və psixologiya anlayışlarını və metodlarını əhatə edən bir araşdırma sahəsi. Rasional qərar qəbuletmə müddətini təsvir edən normativ nəzəriyyə ilə qərar qəbuletmə praktikasını təsvir edən təsviri nəzəriyyə arasında fərq qoyulur. Problemlərin və tapşırıqların həll edilməsinin rasional prosesi, əvvəlki mərhələlərin icrasına qayıdarkən paralel, təkrarən eyni vaxtda, zəruri hallarda yerinə yetirilən aşağıdakı mərhələləri əhatə edir: Situasiya təhlili (problemli vəziyyətin təhlili); Problemin müəyyənləşdirilməsi və hədəf təyin edilməsi; Lazımi məlumatları axtarın; Bir çox mümkün həllərin formalaşdırılması; Qərarların qiymətləndirilməsi üçün meyarların formalaşdırılması; Qərarların icrasına nəzarət üçün göstəricilərin və meyarların hazırlanması; Qərarların qiymətləndirilməsi; Ən yaxşı həll yolu seçmək; Planlaşdırma; Tətbiq; İcraçılığın monitorinqi; Nəticənin qiymətləndirilməsi. Eyni zamanda, bütün proses və mərhələlərin həyata keçirilməsi rasional əsaslandırılmış bir şəkildə həyata keçirilir. Gələcək üçün "güclü" statistik etibarlı proqnozlar vermək üçün gələcək məlumatlardan bir nümunə əldə etməlisiniz. Bu mümkün olmadığından, bir çox mütəxəssis keçmiş və indiki nümunələrin, məsələn bazar göstəricilərinin gələcəyin nümunəsinə bərabər olduğunu düşünür. Başqa sözlə, bu nöqteyi-nəzərdən yanaşsanız, proqnozlaşdırılan göstəricilərin yalnız keçmiş və cari bazar siqnallarının statistik kölgələri olduğu ortaya çıxır. Bu yanaşma analitikin işini bazar iştirakçılarının bazar siqnallarını necə qəbul etdiklərini və işləyənlərini müəyyənləşdirmək üçün azaldır. Serialın sabitliyi olmadan ağlabatan nəticələr çıxarmaq mümkün deyil. Ancaq bu, serialın hər şeydə sabit olması demək deyil.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Cəngavərliyə qəbul (rəsm)
Cəngavərlik rütbəsinin verilməsi — (Englishː The Accolade) ingilis rəssam Edmund Leightonun çəkdiyi rəsmdir. Bu, mövzusu cəngavərlik olan God speed (Tanrı sürəti - 1901) və Dediction (İthaf - 1908) əsərləri daxil olmaqla 1900-cü illərdə ərsəyə gətirdiyi xeyli rəsmlərdən biridir. Leightonun əsərlərinin və dövrünün ən çox tanınan tablosu kimi təsvir edilir. Rəsmin orijinalı və ilham mənbəyi ilə bağlı çoxlu hekayələr var. Tarixçilər təsdiq edir ki, bu rəsm rütbə verilməyə, cəngavərliyi təsdiq etməyə, cəngavərliyə qəbul olunmağa həsr olunub. Rəsmdə təsvir olununan namizədin çiyinlərinə qılıncın küt tərəfi ilə yavaşca toxundurmaq yaxud kürəyini qucaqlamaqla birlikdə bu cür mərasimlər bir neçə forma almışdı. İlk nümunədə seçiləcək olan namizəd cəngavər taxtındakı monarx qarşısında diz çökür. Monarx qılıncın kənarını cəngavərin sağ çiyninə toxundurur. Ondan sonra monarx qılıncı yavaşca şagirdin başı üzərinə qaldırır və sol çiyninə aparır. Yeni təyin olunmuş cəngavər qalxır, idarəçi ona cəngavər ordeninin nişanəsini göstərir.
İslamı qəbul edənlər
Başqa dinlərdən İslam dinini qəbul edən məşhur şəxsiyyətlər.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Türklərin islamı qəbul etməsi
Türklərin islamı qəbul etməsi — türklərin tenqriçilik inanclarından dönüb islama kütləvi şəkildə inanmağa başlaması. Təqribən X əsrədək tenqriçilik türk xalqları arasında ən geniş yayılan inanc olmuşdur. Türklərin islam ilə ilk əlaqəsi şiə və ələvilərin dördüncü imam kimi qəbul etdikləri Zeynülabidinin türklər tərəfindən Xorasana aparılması olmuşdu. İslamaqədərki dövrdə türklər ilə müsəlman ərəblərin ilk qarşılaşması VII əsrdəki Xilafət—İmamət toqquşmalarıyla baş vermişdir. Peyğəmbərin vəfatından sonra meydana gəlmiş Siffeyn döyüşünü mütəaqibən Əməvilərin dövründə islam, əsasən, ərəb milliyyətçiliyi ətrafında formalaşan bir din idi. İslam dövləti yeni fəthlərlə genişlənmiş, torpaqları ələvilər və şiələrin dəstəyi ilə Mavəraünnəhrədək çata bilmişdir. VIII əsrin əvvəllərində cihad elan edərək türklərin məskunlaşdığı şəhərlərə daxil olan ərəb-islam dövləti Əməvilər xilafətinin komandirlərindən olan Qüteybə ibn Müslüm hücum elədiyi yerlərdə müsəlman olmayan türklərə qarşı sərt mücadilələr göstərdi. Çox sayda insanı öldürüb şəhərləri taladıədan sonra əldə etdiyi qənimətlərlə irəliləyən Qüteybə ibn Müslüm, baxmayaraq, ölümünədək fəaliyyətlərini davam etdirmiş və İslamı tanıtmışdı, onun elədikləri türklərin İslamı qəbulu ilə sonuclanmamışdır. Ömər ibn Əbdüləzizin hər yerdə karvansaralar, xəstəxanalar tikmək və ədalətli bir idarə qurma ideyası tətbiq olunsa idi türklər islamı daha öncədən qəbul edəcəkdi. Talama və qənimət vərdişindən öyürü cihad anlayışının ikinci plana atılması və zülmə üstünlük verilməsi ərəb zülmünün Əməvilər vasitəsilə davam etdiyinin dəlili olmuş, ancaq buna bənzər hadisələrə baxmayaraq türklər dolayı yolla islamı qəbul etməyə başlamışlar.
İslamı qəbul edənlərin siyahısı
Başqa dinlərdən İslam dinini qəbul edən məşhur şəxsiyyətlər.
Qərar qəbuledici dəstək sistemi
Qərar qəbuletməyə dəstək sistemi (en. decision support system (DSS)), (ru. система поддержки принятия решений), (tr. karar destek sistemi) – təşkilat daxilində qərarların təhlili və qəbuledilməsi zamanı istifadə olunan, qarşılıqlı əlaqəli proqramlar və verilənlər dəsti. DSS idarəetmə informasiya sistemi (management information system, MIS) və icra informasiya sistemi (executive information system, EIS) kimidir, ancaq istifadəçiyə alternativ qərarların yaradılmasında və ən münasib hərəkət tərzinin seçilməsində daha çox yardımçı olur. DSS-in tərkibinə bunlar daxildir: informasiya verilənləri bazası (qərarın qəbul edəcəyi sahə haqqında biliklər toplusu); məsələləri təsvir etmək və sualları formalaşdırmaq üçün istifadə oluna bilən "dil"; alternativ qərarları sınaqdan keçirmək üçün modelləşdirmə proqramı. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Veronika ölməyə qərar verir
Veronika ölməyə qərar verir (port. Veronika Decide Morrer) - Paulo Koelyo tərəfindən 1998-ci ildə nəşr etdirilmiş romandır. Romanda 24 yaşlı sloveniyalı qız Veronikanın həyatından bəhs olunur. İstədiyi hər şeyi əldə etmiş Veronika ölməyə qərar verir. Əsərdə qismən Koelyonun şəxsi ruhi xəstəxana təcrübəsi (Xuan Arias tərəfindən yazılmış “Pilqrimin etirafları” adlı bioqrafiyaya baxın) və hissləri təsvir olunmuşdur. Əsərin ümumi ideyası budur ki, “kütləvi dəlilik ağlı başında olma adlandırılır.” “Veronika ölməyə qərar verir” bir neçə dəfə müxtəlif ölkələrdə teatrlarda səhnələşdirilmiş, həmçinin roman əsasında film çəkilmişdir. Bu roman, "Rio-Pyedranın sahilində oturdum və ağladım" və "Şeytan və senyorita Prim" romanları ilə birlikdə yazıçının "Və yeddinci gün" trilogiyasına daxildir. Veronika Sloveniyanın Lyublyana şəhərində yaşayan gənc və gözəl sloveniyalı qızdır, onun yaxşı həyatı olsa da, həyatda arzuladığı hər şeyi əldə etdiyini düşündüyünə görə sakitləşdirici dərman içərək özünü öldürmək qərarına gəlir. Ölümünü gözləyərkən o, otağında olan jurnalı oxumaq qərarını verir. Jurnalda “Sloveniya harda yerləşir?” başlıqlı məqaləni gördükdən sonra, jurnalın nəşriyyata məktub yazmaq qərarı verən Veronika sui-qəsdinə haqq qazandıraraq insanların Sloveniyanın hara yerləşməsindən xəbərsiz olmasına qəzəbləndiyini bildirir.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Özünü onun yerinə qoy (film, 1983)
Filmdə Azərbaycanda rəhbər təşkilatlara ünvanlandırılan zəhmətkeş məktubları ilə işin təşkil olunması məsələsinə toxunulmuşdur. 1)1983-cü ildə Kişinyovda gənc kinematoqrafçıların III Ümumittifaq kinofestivalı Mövzunun maraqlı həllinə görə sənədli film Diplom və Moldaviya Jurnalistlər İttifaqının Mükafatına layiq görülmüşdür. Rejissor: Davud İmanov Ssenari müəllifi: Cavanşir Məlikov Operator: Ələkbər Muradov Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Vladimir Putinin həbsi haqqında qərar
17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verdi. Rusiya Federasiyasının Prezidentinə qarşı Rusiya - Ukrayna müharibəsi zamanı azyaşlı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham irəli sürülüb. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasinda ilk dövlət və dövlət başçısı kimi Putin BCM tərəfindən həbs edilməsi tələb edilən üçüncü dövlət başçısı oldu. Ondan əvvəl BCM Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürmüşdü. Putinlə birlikdə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə qərar verilib . Reuters-in qeyd etdiyi kimi, qərarın verilməsindən sonra Roma Nizamnaməsini ratifikasiya etmiş 123 ölkədən hər hansı birində Putin və Lvova-Belova peyda olarlarsa həbs olunaraq BCM-ə təhvil verilməlidirlər. 2022-ci ilin noyabrına olan məlumatlara görə, Ukraynadan Rusiyaya 300 mindən 705 minədək uşaq aparılıb. Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar. Rusiya hakimiyyəti həm yetimləri, həm də valideynləri olan uşaqları çıxarır. Xüsusilə, yüzlərlə ukraynalı uşaq Xersondan Rusiya tətil düşərgələrinə, bəzi hallarda valideynlərin icazəsi olmadan və ya valideynlərə təzyiq nəticəsində göndərilib.
Vladimir Putinin həbsi haqqında qərar.
17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verdi. Rusiya Federasiyasının Prezidentinə qarşı Rusiya - Ukrayna müharibəsi zamanı azyaşlı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham irəli sürülüb. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasinda ilk dövlət və dövlət başçısı kimi Putin BCM tərəfindən həbs edilməsi tələb edilən üçüncü dövlət başçısı oldu. Ondan əvvəl BCM Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürmüşdü. Putinlə birlikdə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə qərar verilib . Reuters-in qeyd etdiyi kimi, qərarın verilməsindən sonra Roma Nizamnaməsini ratifikasiya etmiş 123 ölkədən hər hansı birində Putin və Lvova-Belova peyda olarlarsa həbs olunaraq BCM-ə təhvil verilməlidirlər. 2022-ci ilin noyabrına olan məlumatlara görə, Ukraynadan Rusiyaya 300 mindən 705 minədək uşaq aparılıb. Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar. Rusiya hakimiyyəti həm yetimləri, həm də valideynləri olan uşaqları çıxarır. Xüsusilə, yüzlərlə ukraynalı uşaq Xersondan Rusiya tətil düşərgələrinə, bəzi hallarda valideynlərin icazəsi olmadan və ya valideynlərə təzyiq nəticəsində göndərilib.
Kəsin (Vərziqan)
Kəsin (fars. كاسين‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,917 nəfər yaşayır (430 ailə).
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Ən çox alkoqol qəbul edən ölkələr
Ən çox alkoqol qəbul edən ölkələr — 2010-cu ilin nəticələrinə görə Moldovanın yaşından asılı olmayaraq hər bir sakininə adambaşına il ərzində 18 litr qəbul edilmiş alkoqol düşür. Bu dünya üzrə göstəricilərdən üç dəfə çoxdur. İkinci yerdə Çexiya durur. Orada bu rəqəm 16,45 litrdir. Siyahıda üçüncü yeri Rusiya tutur. Burada il ərzində adambaşına 15,76 litr alkoqol düşür. Onluğa bu ölkələrdən başqa Ukrayna, Estoniya, Rumıniya, Sloveniya, Belarus və Böyük Britaniya daxildir.
Azərbaycan Milli Şurasının buraxılması haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az-əbcəd. آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az-əbcəd. آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral ayında yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı 27 aprel 1920-ci il, Axşam saat 11.00 Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. "Kommunist", 1920.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.