Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yetim
Yetim — Atası-anası, yaxud atası və ya anası ölmüş şəxs.
Yetim Emin
Yetim Emin əsl adı Muhamməd-Əmin (1840, Yalsuq[d] – 1880, Yalsuq[d]) — ləzgi şair. Əsərlərini doğma Ləzgi dili ilə yanaşı, Azərbaycan və ərəb dilində yazırdı.. Y.Emin 1838-ci ildə Dağıstanın Kürə xanlığının Tsiling kəndində anadan olub. Şairin atası savadlı adam idi. İlk dəfə yazıb-oxumağı atasından öyrənən şair, sonradan Kean aulunda Xoca İsmayıl əfəndinin mədrəsəsində təhsil alır. Təhsilini Əlqədar kənd mədrəsəsində bitirir. O, burada təkcə Qurana yiyələnmir, həm də şərq dillərini öyrənir. Eminin ömrünün böyük hissəsi atasının qazılıq etdiyi Yalsuğ kəndində keçib. Atasının ölümündən sonra Emin atasının yerində işləməyə başlayır. Yetim Eminin yaradıcılığı çoxşaxəlidir.
Yetim Eyvaz
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Yetim Seyid
Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb. Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur. BAYRAMIDI Bahar fəsli yaz ayları gələndə, Sanarsan bülbülün gül bayramıdı. İki sevgi bir araya gələndə, Dodaq busə içər, dil bayramıdı. Bülbül təki daldan-dala qonanda, Şirin canım eşq oduna yananda, Bir saatım yardan ayrı qalanda, Elə bilginən ki, il bayramıdı. Yetim Seyid bu dastanı deyəndə, Sallanıban nazlı yarı gələndə, Gözüm görüb, əlim ələ dəyəndə, Könül müjdə verir, el bayramıdı. ŞİRİNDİ Bir gözəl görmüşəm əsrik əlində, Tər, nazik əllərdə saqi şirindi, Camalın bənzətdim şəmsü-qəmərə, Baxdıqca qaşların tağı şirindi.
Yetim evi
Yetim Gürcü heykəli
Yetim Gürcü heykəli — Kür çayının sağ sahilində, Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşir. Yetim Gürcü (Efim Gürcü, orijinal adı Arutyün Qriqoryeviç Aqacanov; 1875—1940) — Gürcüstan xalqının müğənnisi və şairi, aşıq. 1985-ci ildə əsası qoyulmuşdur, heykəltaraş isə Dmitriy Mikatadzedir, memar — Şota Kavlaşvili. Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015. 174 с.
Qara yetim (teleserial, 2013)
Qara Yetim (ing. Orphan Black) — ssenarist Qrim Anson və rejissor Con Fauket tərəfindən yaradılmış elmi fantastika trilleri teleserialıdır. Baş rolda Tatyana Maslani çəkilib və o eyni adamın fərqli klonlarını oynayıb. Serial Sara Manninqin bir gün öz klonu Elizabet Çildsin ilə rastlaşdıqdan sonra Elizabetin intihar etməsindən sonrakı hadisələr ətrafında cərəyan edir. Həmçinin insanların klonlaşdırılmasıvə bunun şəxsiyyət dəyişiminə səbəb olması serialın əsas mövzularındandır. Serial Temple Street Productions-ın disterbutorluğu ilə BBC America və Bell Media’s Space-in birgə əməkdaşlığı ilə hazırlanıb. Serialın premyerası Kanadada 30 mart 2013-cü ildə Space kanalında, Birləşmiş Ştatlarda isə eyni tarixdə BBC America kanalında baş tutdu. 7 may 2015-ci ildə 10 serialı 4 mövsüm sifariş edildi və 14 aprel 2016-cı ildə yayımlandı. Həmin ilin 16 iyun tarixində serial 5-ci və sonuncu 10 serialı mövsüm üçün yeniləndi və 10 iyun 2017-ci ildə yayımlanacağı bildirildi. Serial ticarət sənəti ilə məşğul olan Sara Manninqin birgün metroda öz Doppelqanqeri olan Bet Çildsin intiharına şahid olması ilə başlayır.
Yeşim Büber
Yeşim Büber (18 avqust 1977, Aydın) — Türkiyəli aktrisa .
Yeşim Ustaoğlu
Yeşim Ustaoğlu (18 noyabr 1960, Sarıqamış, Qars ili) — Türk rejissor, kinorejissor, ssenari müəllifi. 18 Noyabr 1960-cı ildə Sarıqamışda dünyaya gəlmişdir. Atasının təyinatı ilə 2 yaşında olanda ailəsi ilə birgə Trabzona köçdü, uşaqlıq illəri burada keçdi. Karadeniz Texniki Universiteti Memarlıq Şöbəsindən məzun oldu. Kinoya mükafat qazanan qısa filmləri ilə başlayan Yeşim ilk çıxışını 1994-cü ildə çəkdiyi 'İz' filmi ilə etdi. İstanbul, Köln, Nürnberq film festivallarından ən yaxşı film mükafatları ilə qayıdan "İz" filmini 1999-cu ildə çəkdiyi "Güneşe Yolculuk" filmi izlədi. "Güneşe Yolculuk" filmi ilə Berlin Film Festivalında aldığı, Ən Yaxşı Avropa Filmi: Mavi Mələk və Heinrick Boll Sülh mükafatlarından əlavə, İstanbul Film Festivalı və Ankara Film Festivalı daxil olmaqla milli və beynəlxalq səviyyədə çoxlu mükafatlar almışdır. 2003-cü ildə uzun metrajlı və sənədli filmləri gerçəkləşdirmək məqsədilə Ustaoğlu Filmin əsasını qoydu. 2004-cü ildə "Bulutları Beklerken" filmi çəkildi. Bulutları Beklerken NHK Beynəlxalq Film İstehsalçıları Mükafatı və Ən Yaxşı Aktrisa Mükafatları ilə birgə aldığı digər beynəlxalq mükafatlarlara layiq görüldü.
Yefim Dziqan
Yefim Lvoviç Dziqan (2 (14) dekabr 1898, Moskva – 31 dekabr 1981, Moskva) — Rus-sovet kinorejissoru, SSRİ xalq artisti. Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Fətəli xan (film, 1947) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 383.
Yefim Fomin
Yefim Moiseeviç Fomin (rus. Ефим Моисеевич Фомин) — Sovet siyasi komissarı idi. O, Brest qalasının müdafiəsində göstərdiyi şücaətə görə tanınmış, məhz həmin döyüşün sonunda Vermaxt tərəfindən əsir götürülmüş və dərhal edam edilmişdir. Fomin, 1909-cu ildə Vitebsk quberniyasının Kolışki şəhərində (indiki Liozna rayonu, Belarus) yəhudi ailəsində anadan olmuşdur. O, valideynlərini uşaq olarkən itirmiş və yetimxanada böyümüşdür. 1924-cü ildə, 15 yaşlı Fomin Komsomola qoşulur. O, Vitebskdə ayaqqabı fabrikində işləyir və sonra Pskova köçür. Orada, o peşəkar partiya işçisi kimi hazırlıq keçmək üçün Kommunist Partiyası məktəbinə göndərilir. Fomin, 1930-cu ildə 21 yaşında olarkən partiya məktəbində rəsmən Sovet İttifaqı Kommunist Partiyasının üzvü kimi qəbul edildi. O, məktəbdən qayıdanda Kommunist Partiyasının Pskov şəhər komitəsinin təbliğatçısı olmağa təyin edilir.
Yefim Putyatin
Yefim Vasilyeviç Putyatin (20 noyabr (2 dekabr) 1803, Sankt-Peterburq – 28 oktyabr (9 noyabr) 1883, Paris) — Rus diplomatı, admiralı, qraf. 13 avqust 1852-ci ildə Menşikov Putyatinə təlimat verdi. Putyatinə Şərqi Asiya və Şəmali Amerikanın qərbi rus torpaqlarında baş verənlər haqqında məlumat toplamaq həvalə olunmuşdu. 23 avqust 1852-ci ildə I Nikolayın yapon imperatoruna göndərdiyi qramotoda Putyatinin səfirliyinin dostluq xarakterini göstərmiş və rus vətəndaşlarının yapon limanlarına daxil olmasına icazə verilməsini xahiş etmişdi. Ekspedisiya zamanı Putyatinin bir neçə xarici ölkələrə baş çəkəcəyi də göstərilmişdi. Ona görə xarici işlər nazirlyi həmin ölkələrin hökumətinə ekspedisyanın məqsədi barədə məlumat vermişdi. 7 oktyabr 1852-ci ildə Putyatin Kronştadı tərk etdi.31 oktyabrda o, Portsmuta gəldi. Portsmutdan çıxaraq 10 mart 1853-cü ildə Xeyirxah Ümid burnuna gəlir və burada öyrənir ki, Perri Avakado 15 gəmidən ibarət ekspedisiya yaradır. Amerika hökuməti Perriyə yapon portlarının açılması uğrunda Rusiyanı və digər Avropa hökumətlərini qabaqlamaq üçün böyük səlahiyyət vermişdi. 8 aprel 1853-cü ildə Putyatin bu haqda Senyavinə məlumat verir və bildirir ki, amerikanlar kiçik bir müqavimət müqabilində silah işlətməyə hazırdırlar.
Yefim Qurviç
Yefim Qriqori Qurviç (1917, Bakı – 1987) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı
Yefim Rodionov
Yefim İvanoviç Rodionov (rus. Ефим Иванович Родионов; oktyabr 1889, Xmelyovka[d], Saratov quberniyası[d] – 13 aprel 1942) — Azərbaycan-sovet siyasi xadimi, SSRİ Xalq Rabitə Komissarlığının Azərbaycan SSR müvəkkili (1937–1938), Bakı Sovetinin sədri (1934–1936), Azərbaycan SSR xalq təchizat komissarı, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini (1930–1931), SSRİ Ali Sovetinin birinci çağırış deputatı. Siyasi repressiyaya uğramışdır. Yefim İvanoviç Rodionov 1889-cu ildə Saratov quberniyasının Xmelyovka (Xmelevka) kəndində anadan olmuşdur. Kənd məktəbində təhsil almış, 13 yaşından Volqaboyunda tacir mağasında çalışmışdır. 1904-cü ildə ailə üzvləri ilə Bakıya köçmüş və buradakı mətbəələrindən birində şagird kimi işləməyə başlamışdır. 1905-ci ilin yazında Yefim Rodionov doğulduğu kəndə qayıtmış, lakin həmin ilin payızında yenidən Bakıya gələrək müxtəlif müəssisələrdə kağızpaylayan işləmişdir. 1906-cı ildən 1908-ci ilədək Dadaşovların dokunda çilingər köməkçisi və şagirdi, 1908–1911-ci illərdə isə çilingərlik etmişdir. 1911-ci ilin sonlarında Yefim Rodionov çar ordusunda hərbi xidmətə çağırılmış və burada o, əvvəlcə sıravi, sonra isə 1917-ci ilədək silah emalatxanalarında usta işləmişdir. 1918-ci ilin əvvəllərində Bakıda aparılan inqilabi işlərdə iştirak etmişdir.
Sefer Yetsir
Sefer Yetsir (ibranicə "Yaradılış Kitabı") — Kabbalanın ən qədim kitabıdır. Bu haqda ilk məlumat eramızın 120-ci ilinə təsadüf edir. Kabbalistlərə görə onun müəllifi İbrahim peyğəmbərdir (ə). Tarixçilər bununla razı deyillər. Onlar düşünürlər ki, bu əsər eramızın II əsrində ravvin Akkiva tərəfindən yazılmışdır. Əsərdə on mistik rəqəmin (sfirot) və yəhudi əlifbasının iyirmi iki hərfi vasitəsilə dünya, zaman və insanın yaradılışı izah olunur. Kitabda hərflər üç qrupa bölünmüşdür: üç ana hərf, yeddi ikili hərf və on iki sadə hərf. Əsərin müəllifinə görə, üç ana hərfin köməyilə dünyada hava, su, atəş, ilin üç fəsli, insan bədəninin üç üzvü – baş, qarın və sinə yaradılmışdır. Bəziləri hesab edir ki, "Sefer Yetsir" əl-kimya elmi üzrə ən qədim dərslikdir və buradakı hərflər, saylar, əslində, kimyəvi birləşmələr və reaksiyalar barədə kodlaşdırılmış məlumatlardır; zaman keçdikcə onların mənaları unudulmuşdur. "Sefer Yetsir" kitabında bürclər ilk dəfə bizə məlum olan adlarla göstərilmişdir.
Yasir Ərəfat
Yasir Ərəfat (ərəb. یاسر عرفات‎, tam adı Məhəmməd Əbdürəhman Əbdürauf Ərəfat əl-Qüdvə əl-Hüseyni; 4 avqust 1929 və ya 24 avqust 1929, Qahirə, Misir – 11 noyabr 2004[…]) — Fələstin milli muxtariyyətinin 1-ci sədri (1994-2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004) və Nobel Sülh mükafatı laureatı (1994). FƏTH siyasi partiyasının qurucu üzvü olmaqla bərabər, 1959-cu ildən 2004-cü ilə qədər bu partiyaya rəhbərlik etmişdir. Ərəb milliyətçiliyi ideologiyasına sadiq idi. Fələstinin azadlığı üçün İsrailə qarşı mübarizə aparmışdır. Əvvəllər, İsrailin bir dövlət kimi varlığına qarşı çıxmasına baxmayaraq, 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarını qəbul edərək bu fikrini dəyişdirmişdir. Ərəfat 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində FƏTH təşkilatı daxili mübarizə içərisində İordaniya ilə açıq şəkildə qarşı-qarşıya qaldıqda olduğu kimi tez-tez anlaşılmazlıqların ortasında qalmışdır. Çox çətinliklə İordaniyadan çıxarılan və Livana yerləşən Ərəfat və FƏTH təşkilatı ölkənin işğala məruz qaldığı 1978 və 1982-ci illər aralığında İsrailin hədəfi oldu. Siyasi baxışlarından asılı olmayaraq, fələstinlilərin çoxu Ərəfatı azadlıq döyüşçüsü kimi tanıyırdı. Bunun tam əksi olaraq, israillilərin əksər hissəsi isə təşkilatın mülki insanlara qarşı həyata keçirdiyi bir çox hərəkətinə görə onu terrorçu olaraq görməkdədir.
Yəşim
Yəşim — qiymətli mineral daş. Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.
Yasir Əl-Həbib
Yasir Əl-Həbib (ərəb. ياسر الحبيب‎) — Küveytli İslam alimi. 1979-ci ildə anadan olmuşdur. Hazırda Londonda yaşayır. O "Mehdi bəndələri təşkilatı"nın (ərəb. هيئة خدام المهدي‎ - Khoddam Al-Mahdi) lideridir. Yasir Əl-Həbib dünya miqyasında tanınmış və hörmət qazanmış, nüfuzlu islam alimlərindəndir.
Əmmar bin Yasir
Əmmar ibn Yasir (ərəb. عمار بن یاسر‎; 570, Məkkə – 22 iyul 657) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Əmmarın atasının adı Yasir, anasının adı Süməyyə idi. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzuminin kənizi Süməyyə ilə izdivac etdi və Əmmar bu nikahdan dünyaya gəldi. Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlar əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar. Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi.
Əmmar ibn Yasir
Əmmar ibn Yasir (ərəb. عمار بن یاسر‎; 570, Məkkə – 22 iyul 657) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Əmmarın atasının adı Yasir, anasının adı Süməyyə idi. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzuminin kənizi Süməyyə ilə izdivac etdi və Əmmar bu nikahdan dünyaya gəldi. Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlar əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar. Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi.
Saturn oğlunu yeyir (rəsm əsəri)
Saturn oğlunu yeyir və ya Saturn ispan rəssam Fransisko Qoyyanın Quinta del Sordo adlandırılan evinin divarına bəzək məqsədi ilə çəkdiyi 14 tablodan biri. Digər tablolar ilə birlikdə 1819-1823-cü illərdə çəkilmişdir. Rəsmdə yunan tanrısı Kronun (Roma mifologiyasında Saturn ) övladlarından biri tərəfindən deviriləcəyindən qorxaraq övladlarını doğuşdan dərhal sonra yeyərək necə öldürdüyünü təsvir edir. Qoyya oğullarından birini yeyərkən Saturnu təsvir edir. Uşağın başı və sol qolu yeyilmişdir. Tanrının uşağın sol qolunun başqa bir hissəsini dişlədiyi görülür. Açıq ağzına və gözlərin ağ rəngindəki fərqə görə bir növ dəlilik içərisindədir. Şəkildəki digər parlaq bölgələr uşağın ağ bədəni və ətrafındakı qırmızı qanla bədənin arxa tərəfində Saturn barmaqlarının birləşməsidir. Rəsmin mənasının bir çox təfsiri təklif edildi: gənclik və qocalıq arasındakı qarşıdurma, hər şeyi yeyən vaxt, tanrının qəzəbi, müharibələr və inqilablar zamanı sanki öz uşaqlarını yeyən İspaniyanın alleqoriyası. Yetkinlik yaşına qədər sağ qalan Qoyyanın yeganə övladı olan Xavier və ya bəlkə də sevgilisi, qulluqçu Leokadia Veiss ilə münasibətləri də rəsm üçün mümkün ilham mənbəyi kimi görülür.
Besim Bokşi
Besim Bokşi (serb. Бесим Бокси, Besim Bokši; 12 noyabr 1930 – 16 avqust 2014) — Albaniya şairi, dilçi və filoloq. 2008-ci ildən 2011-ci ilə qədər Kosovo Elmlər və İncəsənət Akademiyasının prezidenti olmuşdur. == Karyerası == Besim 16 avqust 1930-cu ildə Yakova şəhərində anadan olmuşdur. O, hələ uşaq ikən valideynləri Albaniyaya köçdülər. İlk təhsilini Vlyora şəhərinin yaxınlığındakı Dukat kəndində almışdır. Bir neçə il sonra təhsilini Tiranada davam etdirdi. 1945-ci ildə Djakovitsaya qayıtmış və 1959-cu ilə qədər universitetdə təhsil almışdır, sonra Belqradda aspirantura dərəcsini bitirdi. 1961-1963-cü illərdə Yakova məktəblərinin birində alban dilindən dərs deməyə başladı. 1967-1973-cü illərdə Ali Pedaqoji Məktəbdə morfologiya fənnindən dərs demiş, eyni zamanda 1967-1971-ci illərdə bu məktəbin direktoru olmuşdur.
Besim Ömər Akalın
Besim Ömər Akalın (türk. Besim Ömer Akalın; 1 iyul 1862 – 19 mart 1940, Ankara) — Türk tibb professoru, elm adamı, millət vəkili. == Həyat və fəaliyyəti == Atası Ömər Şevki Paşa, ilk Osmanlı "Məclis-i Mebusan"ında (Milli Məclis) Sinop şəhərinin millət vəkili idi; anası Afifə xanım isə Yaşar Paşanın qızı idi. İlk təhsilini Priştina şəhərində almışdır. Orta təhsilinə Kosova Mülki Rüştiyyəsində başlamış, Kuleli Tibbi məktəbində tamamlamışdır. Ali təhsilini Məktəb-i Tibbiyə-i Şahanədə hərbi tələbə kimi təhsil almış və bütün kurslarda birinci olaraq 1885-ci ildə bitirmişdir. Bir müddət hərbi həkim kimi Yunanıstan sərhəddində işləmişdir. Daha sonra xəstəliyə yaxalandıqdan sonra İstanbula qayıtmış və Tibb məktəbinin doğum klinikasında Mehmet Vahid bəyin yanında müəllim köməkçisi işləmişdir. Magistr təhsili üçün Parisə göndərildi və təhsilini Çarti Xəsətəxanasında Prof.Dr. Budin və Prof.Dr.
Desim Klavdi Neron
Neron Klavdi Druz Germanik (lat. Nero Claudius Drusus Germanicus), Desim Klavdi Druz (lat. Decimus Claudius Drusus; 14 yanvar e.ə. 38, Roma – 14 sentyabr e.ə. 9) — adı altında doğulmuş, həmçinin Desim Klavdi Neron, Neron Klavdi Druz, I Druz və Druz Klavdi Neron (e.ə. 14 yanvar 38-ci il - e.ə. 9-cu il) kimi tanınan Roma sərkərdəsi və hərb komandanı, imperator Tiberi Klavdi Neronun qardaşı, Liviya Druzillanın kiçik oğlu.
Desim Maqn Avsoni
Desim Maqn Avsoni və ya Avzoni (lat. Decimus Magnus Ausonius; 310[…], Bordo – 395) — qədim Roma şairi və ritorikçisi. Əslən Qalliyadan olan bir kelt idi. Avsoni xristianlıq pərdəsi altında köhnə inanc və məişət adət-ənənələri ilə yaşayan, keçmiş dini demonologiya və mistisizmlə, qədim sənəti isə xarici hiylələrlə mürəkkəbləşdirən təhsilli Roma cəmiyyətinə aiddir. O, latın ədəbiyyatının ən yaxşı bilicilərindən biridir. Nə xüsusi ifadəliliyə, nə də məna dərinliyinə malik olmayan əsərləri bəzən forma mükəmməlliyi ilə parlayır. == İstinadlar == == Əlavə ədəbiyyat == Брюсов В. Я. Великий ритор: Жизнь и сочинения Децима Магна Авсония // «Русская мысль», 1911, март. Гаспаров М. Л. Авсоний и его время. // Авсоний. Стихотворения.
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. == Azərbaycanda həsir == Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Petir Beyliş
Petir Beyliş (ing. Petyr Baelish) və ya Çeçələ barmaq (ing. Littlefinger) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının obrazıdır. Romandakı hadisələr Petir Beylişin baxış bucağından verilmir. Buna görə də onun hərəkətləri romanın digər qəhrəmanları tərəfindən izah edilir. "Qılıncların Qasırğası"nda ortaya çıxmışdır ki, Con Arrenin ölümünə və Beş Kralın Müharibəsinə Petir Beyliş səbəb olmuşdur. Serialda Petir baş qəhrəmanlardan biridir. Petir Beyliş sülaləsinə mənsubdur və Kral Robert Barateonun Xəzinadarı (ing. Master of Coin) olaraq Kral Torpaqlarında (ing. King's Landing) yaşayır.
Yəsr
Yəsr (ərəb. يسر‎, fr. Issers) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətinin ərazisində kommuna. Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 68 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 30 km cənub-şərqdə yerləşir. 2008 -ci ildə əhalinin sayı 32 580 nəfər idi.
Əsir
"Əsir" bura istiqamətləndirir. Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Fiskal kəsir
Geyim
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həm də ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. == Tarixi və mənşəyi == Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Hetit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Kyeti
Kyeti (it. Chieti) — İtaliyanın Abruttso regionunda şəhər.
Mertim
Mertim və ya Mersin Ticarət Mərkəzi — Türkiyənin Mersin şəhərində ən hündür binadır. İstanbuldakı İş Bankası qülləsinin tamamlanmasına qədər 1987 və 2000-ci illər arasında Türkiyənin ən yüksən binası idi. Həmçinin Türkiyənin ən hündür otel binasıdır. Türkiyənin ən böyük dəniz limanı olan və Şimali Kipr Türk Respublikası ilə beynəlxalq ticarətin əsas limanı olan Mersin Limanı sərbəst ticarət limanı elan edildi, eyni zamanda Mertim Qülləsinin də daxil olduğu şəhərdə ticarət və ticarətdə istifadə ediləcək bir sıra binalar inşa edildi. Kompleksin memarı binanı 1985-ci ildə dizayn edən Cengiz Bektaş idi. Qüllə 1980-ci illərin ikinci yarısında Üstay Korporasiyası tərəfindən inşa edilmişdir. Qüllə 1987-ci ildə tamamlandı və bütün kompleks 1993-cü ildə istefaya verildi. 1993-cü ildə açıldıqdan dərhal sonra binanın bir hissəsi 1990-cı illərdə Mersin Universiteti tərəfindən bir neçə il istifadə edildi. Kompleksə 1100 mağazadan ibarət ticarət mərkəzi və məşhur şəhər kimi tanınan 52 mərtəbəli göydələn daxildir. Binanın ümumi hündürlüyü 176.8 metrdir (580 fut) və binanın 1990-cı illərin əvvəllərinə görə Sinqapur və Frankfurt arasındakı ən yüksək göydələn olduğu iddia edilir.
Metil
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2O Eynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Metis
Hindularla ağdərililərin nikahı nəticəsində yaranmış qarışıq irqin ümumi adıdır. Amerika qitəsinin bir çox ölkəsində əhalinin əksəriyyətinin təşkil edir.
Qetit
Qetit — oksid və hidroksid metallar qrupundan olan mineral. Düsturu — FeOOH. Kimyəvi tərkibi Fe2O3=90% H2O = 10% Ng=2,415 np=2 Ng-Np=0,06 Rentgenoqrafik d\n reflekslər üzrə müəyyən edilir: 4,15+4,16A;2,67A, 2,43A,3,43A və s. Xüsusi çəkisi 4,3 Rütubətli tropiklərin — lateritlərin və başqa torpaqların xarakterik mineralıdır. Aşınma, torpaqəmələgəlmənin daha dayanıqlı məhsullarından biridir. Al və Ti mineral oksidlərlə bərabər həmişəyaşıl meşə torpaqlarının yuxarı horizontlarında nisbətən toplanma qabiliyyətinə malikdir.
Diskordant yatım
Diskordant (qeyri-uyğun) yatım - təbəqəli süxurların nəinki vəziyyətini, onların qarşılıqlı tarixi münasibətlərini müəyyən edir. Diskordant yatım şəraitində daha cavan çöküntülərlə daha qədim laylar arasında yuyulma səthi və ya çöküntütoplanma fasilələri müşahidə olunur. Diskordant yatım tektonik hərəkətlər nəticəsində Yer qabığının müəyyən sahəsinin əvvəlcə qalxması və denudasiyaya məruz qalması, sonra çökərək yenidən çöküntütoplanma sahəsinə çevriliməsi və onun üzərinə cavan çöküntülərin toplanması səbəb olur. Diskordant yatım uyğunsuzluğu əmələ gətirən tektonik hərkətlərin nisbi yaşını göstərir. Diskordant yatım tektonik hərəkətlərin iştirakı olmadan, su hövzəsinin dib axınları, sualtı sürüşmələr və b. səbəblərdən də yarana bilər. Diskordant yatım sırasına stratiqrafik gizli, bucaq, struktur, azimut və b. uyğunsuzluqlar aid edilir. == Həmçinin bax == Süxurlar Çöküntülər Yer qabığı == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Reqressiv yatım
Reqressiv yatım (rus. залегание регрессивное, ing. regressive bedding) — dənizin geriyə çəkilməsi şəraitində toplanan süxur laylarının yatımı. R. y. üçün fasiyaların ərazi üzrə və şaquli kəsilişdə nisbətən dərin dəniz çöküntülərindən dayaz dəniz çöküntülərinə doğru qanunauyğun dəyişilməsi səciyyəvidir.
Üfqi yatım
Üfqi yatım (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) — süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.
Üfüqi yatım
Üfqi yatım (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) — süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.
Çətir
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Çətir fəvvarəsi
Çətir fəvvarəsi (rus. Фонтан Зонтик) «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir. Çətir fəvvarəsi parka istirahət etməyə gələn qonaqları əyləndirmək və onlara zarafat etmək üçün yaradılmışdır. Bayram paltarlarını geyinmiş yorğun qonaqlar çətir damının altında yerləşən skamyalara otururdular. Birdən çətirin kənarlarından təzyiqlə su axmağa başlayır və qaçmağa çalışan qonaqların hamısı islanırlar. İndi fəvvarə bütün vaxt işləyir və beləliklə onu seyr etmək istəyən ziyarətçiləri duruxma və anlaşılmamazlıq halına salmır.
Çətir şəlaləsi
Çətir şəlaləsi — Şuşa rayonunda Daşaltı dərəsində yerləşir. Çətir şəlaləsi el arasında suyun yaratdığı nadir səsə görə "Şır-şır" şəlaləsi kimi də tanınır. Birinci Qarabağ müharibəsi zamanı işğal edilmişdir. Qarabağ separatçılarının rəsmisi Lusine Qaraxanyanın dediyinə görə İkinci Qarabağ müharibəsindən sonra, şəlalənin olduğu ərazi neytral zona sayılır. 2023-cü ildə Azərbaycanın nəzarəti bərpa edilmişdir.
Çətir brendi
Çətir brendi (ing. umbrella brand) — bir brend altında bir neçə mal qrupunun və ya məhsul kateqoriyasının eyni anda buraxılmasından ibarət olan brend genişləndirmə strategiyası növü, malların adında istehsalçı şirkətin adı üstünlük təşkil edir və şirkətin məhsullarının reklamında onun loqosu göstərilir. Çətir brendindən istifadənin əsas üstünlüyü yeni məhsulu tanıtmağa başlamağın aşağı qiymətidir, ikincidə isə üstünlük sadələşdirilmiş paylamadır. Bəzi şirkətlər çətir markası altında satış strukturunda əsas olmayan məhsullar istehsal edirlər. Bu, əsas markanın əlavə dəstəyi üçün edilir (məsələn, pivə markası altında kraker istehsal etmək mümkündür). Digər tərəfdən, fərqli məhsullar bir çətir brendi altında birləşdirildikdə, istehlakçının məhsulun tanınması azalır və məhsula sədaqət azalır ("brend bulanıqlığı" baş verir). Bundan əlavə, istehlakçıda bir məhsul haqqında mənfi təsəvvür yaranarsa, bütün brendə olan inam itər. Bəzən çətir brendi bir növ məhsulun digərinin adı altında reklam edilməsi üçün istifadə olunur (məsələn, mineral suyun reklamı adı altında araq reklamı. Qablaşdırmanın vahid dizaynı (belə hallarda əsas element loqo və addır) sizə imkan verir buraxılan kiçik mineral su partiyaları haqqında reklam çarxları çəkməklə araq satışını artırmaq).
Dəmir Alməmmədov (Qədim oğlu)
Təzə evlənənlər üçün çətir
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur. Filmdəki hadisələr Sudak şəhərində, Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır. Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət. Tətil başa çatır.