YETİŞMİŞ

sif.
1. Dəymiş, yeməli hala gəlmiş. Yetişmiş meyvə. Yetişmiş üzüm.
// İşlənmək, yeyilmək, istifadə edilmək üçün hazır olan; gəlmiş.
…Pendir saxlananda onun kazeininin bir hissəsi dönüb piy və ətirli yağ olur ki, belə pendirə yetişmiş pendir deyilir. H.Zərdabi.

2. Böyümüş, büluğa çatmış. Onun yetişmiş uşaqları var.
// Ərə getmək vaxtı çatmış.
Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır. C.Məmmədquluzadə.
[Xırda xanım:] …Özün bilirsən, şəhərimizdə bu saat yetişmiş qız çoxdur. N.Vəzirov.

Синонимы

  • YETİŞMİŞ böyümüş
  • YETİŞMİŞ dəymiş
  • YETİŞMİŞ çatmış
YETİŞMƏK
YETKİN

Значение слова в других словарях