YETMƏK

f.
1. bax yetişmək 3-cü mənada. Pul sənə yetdimi? Məktub sahibinə hələ də yetməmişdir. Sənə yetmək olmur. – Yetənə yetir, yetməyənə daş atır. ( Ata. sözü ).
Yar gələr, yara yetməz; Sonalar sara yetməz; Pis gündən qurtarmağa; Ağlamaq çarə etməz. (Bayatı).

2. Gəlmək, keçmək, çatmaq.
Demə ki, nədir bu macəralar! Səndən mənə yetdi bu bəlalər. Füzuli.

// Gəlib çatmaq, yaxınlaşmaq, ardınca gəlmək.
Yanvar ayı keçib getmiş; Sonra yetir fevral ayı. M.Dilbazi.

3. Çatmaq, kifayət etmək.
Zeynal sərxoşluğundan müvazinətini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn.

4. Toxunmaq, rastlaşmaq, dəymək.
Pərvanə yaxar var-yoxunu bir oda yetsə; Razı deyiləm kim, mənə pərvanə desinlər. Qövsi.

5. Yetər şəklində – bəsdir, kifayətdir.
[Ana:] Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm. S.S.Axundov.
Yetər bu qədər danışdığımız.
Artıq iş zamanıdır. C.Cabbarlı.

Синонимы

  • YETMƏK toxunmaq — rastlaşmaq — dəymək
  • YETMƏK gəlmək — çatmaq
YETMƏ
YETMİŞ

Значение слова в других словарях