YOLLANMAQ


1. f. Yola düşüb getmək, bir səmtə istiqamət almaq.
Səhərdir, məktəbə yollanır Xumar; Yanında bir yığın yoldaşı da var. S.Vurğun.
[Səriyyə] ayaqları əsə-əsə Ayaz və Niyazı yanına saldı.
Mitil yorğanı dalına atıb mehmanxanaya tərəf yollandı. M.İbrahimov.

2. məch. Göndərilmək. Şeylər çoxdan yollanıb. Məktub təyyarə ilə yollanmışdır.
– Yetişdi Osmana Əşrəfdən xəbər: “Sabah yatab ilə yollanır Əjdər”. H.K.Sanılı.

Синонимы

  • YOLLANMAQ göndərilmək
  • YOLLANMAQ getmək
  • YOLLANMAQ yollanmaq bax getmək 1
YOLLAMAQ
YOLLAŞMA

Значение слова в других словарях