YUNESKO

ing. UNESCO – United Nations Educational, Scientific and Cultural Organization sözlərinin ixtisarı (Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının maarif, elm və mədəniyyət işlərinə baxan hökumətlərarası ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmış, 1946-cı ildən fəaliyyətə başlamışdır. YUNESKO-nun məqsədi təhsil, elm və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığı mükafatlandırmaq vasitəsilə sülhün və təhlükəsizliyin qorunmasına yardım etməkdən, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunçuluğu və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.
Yoxlama
Zaçot
OBASTAN VİKİ
YUNESKO
UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 194 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır. 1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir. Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir.
Azərbaycan-YUNESKO münasibətləri
Azərbaycan-UNESCO münasibətləri BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESCO öz rəsmi fəaliyyətinə başlamışdır. Hazırda UNESCO 195 ölkə və 10 Assosiativ Üzvdən ibarətdir. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO, TÜRKSOY və s.) da geniş əlaqələrə malikdir. Eyni zamanda, UNESCO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. UNESCO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik. 1980-ci illərin sonlarından başlayaraq UNESCO BMT-nin beynəlxalq mədəni əməkdaşlıq sahəsində xüsusi mandatına uyğun olaraq mədəniyyət sahəsində qlobal proseslər və onların yaratdığı risklərin proqnozlaşdırılması ilə bağlı informasiyanın toplanması, ümumiləşdirilməsi və müqayisəli təhlili üzrə çoxtərəfli iş həyata keçirir. Təşkilatın o zamankı sədri Fredriko Moyorun rəhbərliyi ilə hə­yata keçirilən təşəbbüslərdən biri də Mədəniyyət və inkişaf üzrə Ümumdünya Komissiyasının yaradılması oldu (Komissiyaya BMT-nin keçmiş Baş katibi Peres de Kuelyar başçılıq etdiyindən, o, “Kuelyarın komissiyası” adını almışdır - S.Ə.). 1998-ci ildə Komissiya tərəfindən mədəniyyətə dair UNESCO-nun ilk ümumdünya məruzəsi nəşr edildi.
Avropada YUNESKO ümumdünya irsinin siyahısı
Burada Avropada UNESCO ümumdünya irsinin siyahısı təqdim olunmuşdur. UNESCO-nun Dünya İrsi Siyahısı - UNESCO rəsmi saytı. (ing.) UNESCO-nun Dünya İrs Statistikası - UNESCO rəsmi saytı.
Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 1972-ci ildə yaradılmış UNESCO-nun Ümumdünya İrs Konvensiyasını imzalayan ölkələr tərəfindən irəli sürülmüş mədəni və ya təbii irs üçün müstəsna universal dəyərə malik Ümumdünya irslərini müəyyən edir. Mədəni irs abidələrdən (memarlıq əsərləri, monumental heykəllər və yaxud yazılı abidələr), bina qruplarından və ərazilərdən (arxeoloji yerlər daxil) ibarətdir. Təbii xüsusiyyətlər (fiziki və bioloji formasiyalardan ibarət), geoloji və fizioqrafik birləşmələr (o cümlədən nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin məskunlaşdığı yerlər) və elm, mühafizə və ya təbii gözəllik baxımından mühüm əhəmiyyət kəsb edən təbiət əraziləri təbii irs kimi müəyyən edilir. Azərbaycan konvensiyanı 16 dekabr 1993-cü ildə ratifikasiya etmişdir. Siyahıda Azərbaycanın beş irsi obyekti var. Siyahıya ilk əlavə edilən yer 2000-ci ildə Şirvanşahlar sarayı və Qız qalası da daxil olmaqla İçərişəhər olmuşdur. 2000-ci ildə Bakı zəlzələsində dəymiş ziyana görə bu ərazi 2003-cü ildən 2009-cu ilə qədər təhlükədə olanlar siyahısına salınmışdır. Qobustan Dövlət Tarix-Bədii Qoruğu 2007-ci ildə siyahıya alınmışdır. 2013-cü ildə bu iki irsi obyektə silahlı münaqişə zamanı Mədəni Əmlakın Mühafizəsi Komitəsi tərəfindən gücləndirilmiş mühafizə statusu verilmişdir. Siyahıya ən son əlavə edilən 2023-cü ildə Hirkan meşələri və Xınalığın mədəni mənzərəsi olmuşdur.
Avropada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Burada Avropada UNESCO ümumdünya irsinin siyahısı təqdim olunmuşdur. UNESCO-nun Dünya İrsi Siyahısı - UNESCO rəsmi saytı. (ing.) UNESCO-nun Dünya İrs Statistikası - UNESCO rəsmi saytı.
Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 1972-ci ildə yaradılmış UNESCO-nun Ümumdünya İrs Konvensiyasını imzalayan ölkələr tərəfindən irəli sürülmüş mədəni və ya təbii irs üçün müstəsna universal dəyərə malik Ümumdünya irslərini müəyyən edir. Mədəni irs abidələrdən (memarlıq əsərləri, monumental heykəllər və yaxud yazılı abidələr), bina qruplarından və ərazilərdən (arxeoloji yerlər daxil) ibarətdir. Təbii xüsusiyyətlər (fiziki və bioloji formasiyalardan ibarət), geoloji və fizioqrafik birləşmələr (o cümlədən nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin məskunlaşdığı yerlər) və elm, mühafizə və ya təbii gözəllik baxımından mühüm əhəmiyyət kəsb edən təbiət əraziləri təbii irs kimi müəyyən edilir. Azərbaycan konvensiyanı 16 dekabr 1993-cü ildə ratifikasiya etmişdir. Siyahıda Azərbaycanın beş irsi obyekti var. Siyahıya ilk əlavə edilən yer 2000-ci ildə Şirvanşahlar sarayı və Qız qalası da daxil olmaqla İçərişəhər olmuşdur. 2000-ci ildə Bakı zəlzələsində dəymiş ziyana görə bu ərazi 2003-cü ildən 2009-cu ilə qədər təhlükədə olanlar siyahısına salınmışdır. Qobustan Dövlət Tarix-Bədii Qoruğu 2007-ci ildə siyahıya alınmışdır. 2013-cü ildə bu iki irsi obyektə silahlı münaqişə zamanı Mədəni Əmlakın Mühafizəsi Komitəsi tərəfindən gücləndirilmiş mühafizə statusu verilmişdir. Siyahıya ən son əlavə edilən 2023-cü ildə Hirkan meşələri və Xınalığın mədəni mənzərəsi olmuşdur.
Belçikada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Belçika Krallığının UNESCO-nun Ümumdünya irsi Siyahısında, 12 ad (2016-cı ilə qədər) var, bu ümumi 1,1% -ni (2018-ci il üçün 1092) təşkil edir. Bütün obyektlər mədəni meyarlara əsasən verilmişdir və onlardan 4-ü insan dəhşətinin şüarı (kriteriya i) kimi tanınır. Əlavə olaraq, 2016-cı ilədək Belçikada 17 sayt Dünya İrs Siyahısına daxil olmaq üçün namizədlərdəndir. Belçika, 24 iyul 1996-cı ildə Dünya Mədəniyyət və Təbiət Varlığının Müdafiəsi Konvensiyasını təsdiqlədi. Belçikada yerləşən ilk iki sayt 1998-ci ildə UNESCO-nun Ümumdünya irsi Komitəsinin 22-ci sessiyasında siyahıya alınmışdır. == Siyahı == Bu cədvəldə obyektlər UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısının əlavə olunduqları qaydada təşkil edilir.. == Obyektlərin coğrafi yeri == == İlkin siyahı == Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları qaydada yerləşdirilir. Bu siyahıda Belçika hökumətinin Dünya İrs Siyahısına yazılmaq üçün namizəd kimi təklif etdiyi xüsusiyyətlər daxildir.
Gürcüstanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Gürcüstanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı Gürcütanda yerləşən mədəni və ya təbiət miraslarının UNESCO-un Dünya İrsi siyahısına və ya müvəqqəti irs siyahısına düşənlərdən ibarətdir. Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları qaydada yerləşdirilir. Bu siyahıda Gürcüstanın hökuməti tərəfindən Dünya İrs Siyahısına yazılmaq üçün namizəd kimi təklif olunan xüsusiyyətlər var.
Meksikada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Meksikada UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısında 31 ad var (2010-cu ilə qədər).
Qazaxıstanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Ümumdünya irsi obyektləri, 1972-ci ildə qurulan UNESCO-nun Ümumdünya irsi siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir. Qazaxıstan 1994-cü il 29 aprel tarixində tarixi ərazilərinin siyahıya daxil olması üçün konvensiyanı qəbul etmiş və 2016-cı ilə qədər Qazaxıstanın beş mədəni və təbii irsi bu siyahıya daxil edilmişdir. Qazaxıstanda siyahıya alınan ilk obyekti Əhməd Yasəvi türbəsi (qaz. Қожа Ахмет Яссауи кесенесі, Qоjа Ахmet Yassaviy kesenesі) 2003-cü ildə Parisdə keçirilən Ümumdünya irsi komitəsinin 27-ci iclasında siyahıya alınmışdır. Növbəti illərdə ikinci ərazi Tamqalıdakı petroqliflər, daha sonra 2008-ci ildə Sarıarka - Şimali Qazaxıstan çöl və gölləri siyahıya əlavə edilmişdir. 2014 və 2016-cı illərdə isə müvafiq olaraq iki transmilli rekvizit: İpək yolu: Çanqan-Tyan-Şan dəhlizinin marşrutlar şəbəkəsi (Çin və Qırğızıstan) və Qərbi Tyan-Şan (Qırğızıstan və Özbəkistanla) siyahıya əlavə edilmişdir. Cədvəl müvafiq sütunun üstündəki hissəsini vuraraq sütuna; yer, sahə və il sütunları üçün alfasayısal olaraq; yer sütunu üçün tərəf dövlət tərəfindən; və kriteriyalar sütunu üçün meyarlar növünə görə sıralanır. Transsərhəd ərazilər aşağıda sıralanır. Obyekt – obyektin adı. Yer – regional və ya əyalət səviyyəsindəki bölgə ilə müşaiyyət olunan ölkəyə görə sıralanır.
Türkiyədə YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Türkiyədə UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı Türkiyədə yerləşən mədəni və ya təbiət miraslarının UNESCO-un Dünya İrsi siyahısına və ya müvəqqəti irs siyahısına düşənlərdən ibarətdir. Türkiyədə 2016 etibarilə 16 dənə Ümumdünya irsi mövcuddur. Aşağıdakı cədvəl hər bir Ümumdünya irsi haqqındakı məlumatları siyahılar: Ad; Ümumdünya irsi komitəsi tərəfindən sadalandığı şəkliylə Yer; olduğu il və koordinatlar Tarix; əhəmiyyətə sahib olduğu və ya inşa edildiyi zaman hissəsi UNESCO məlumatları; istinad nömrəsi, seçildiyi il və təmin etdiyi meyarlar Şərhlər; sahəsində haqqında qısa şərh Rənglər; mədəni sahədə, təbii alan, qarışıq alan Türkiyənin Dünya İrsinə namizəd siyahısında 84 obyekt var. Onlardan 77-si mədəni, üçü təbii, dördü isə qarışıq obyektlərdir. Siyahı sonuncu dəfə 15 aprel 2021-ci ildə yenilənib.
Ukrayna YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısında Ukraynadan 7 adda (2014-cü ilə) tarixi abidə daxil edilmişdir. Bunlardan 6-si mədəni kriteriyalar üzrə, 1-i isə təbiət kriteriyalaları üzrə əlavə edilmişdir. Mədəni kriteriyalar üzrə əlavə edilən obyekrlərin biri "insan zəkasının şedervi" kimi qəbul edilmişdir. Bundan başqa Ukrayna ərazisində olan daha 15 obyekt siyahıya daxil edilməyə namizəddir. 12 oktyabr 1988-ci ildə SSRİ-də "Ümumdünya mədəni və tarixi irsinin qorunması üzrə konvensiya" qəbul edilmişdir. İlk dəfə 1990-ci ildə UNESCOnun "Ümumdünya irsi" Komitəsinin 14-cü sessiyasında Ukrayna ərazisində olan obyektlər siyahıya daxil edilmişdir.Aşağıdakı siyahı iki cədvəldən ibarədir. Birinci cədvəldə UNESCO-nun Ümumdünya irsinə daxil edilmiş obyektlər, ikinci siyahıda isə Ukrayna hökuməti tərəfindən siyahıya daxil edilməsi namizəd kimi göstərilən obyektlər əks olunur. Obyektlər siyahıya daxil edilmə ardıcıllığı ilə düzülmüşdür. Hər obyektin yerləşdiyi ünvan, coğrafi kordinatları, yaranma tarixi, siyahıya salınma tarixi, dəyərləndirilmə kriteriyası və identifikasiya nömrəsi qeyd edilmişdir.
İranda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu (UNESCO) Ümumdünya irsi sahələri, 1972-ci ildə qurulan UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir. İran tarixi məkanlarını siyahıya daxil etmək üçün, konvensiyanı 26 fevral 1975-ci ildə qəbul etdi. 2019-cu ilə qədər, İranın iyirmi dörd mədəni və təbii irsi bu siyahıya daxil edilmişdir. İranda siyahıya alınan ilk üç yer İsfahan Nəqşi Cahan meydanı, Persepolis və Çoğa Zənbil, 1979-cu ildə Fransa, Parisdə təşkil edilən Ümumdünya irsi komitəsinin 3-cü iclasında siyahıya alındı. 2003-cü ildə isə bu siyahıya Təxti Süleyman arxeoloji abidəsi əlavə olundu. Ən son əlavə 2019-cu ildə edilmiş Xəzəryanı Hirkan meşələri idi. Yazılan ərazilərə əlavə olaraq, İran da təxmini siyahısında 50-dən çox mədəni irsi sadalayır. Cədvəl müvafiq sütunun üstündəki hissəsini vuraraq sütuna ; yer, sahə və il sütunları üçün alfasayısal olaraq; yer sütunu üçün tərəf dövlət tərəfindən; və kriteriyalar sütunu üçün meyarlar növünə görə sıralanır. Transsərhəd ərazilər aşağıda sıralanır. Ərazi; Ümumdünya irsi komitəsinin rəsmi təyinatına görə adlandırılmışdır Yer; şəhər, regional və ya əyalət səviyyəsində və coğrafi koordinatlar Kriteriya; Ümumdünya irsi komitəsi tərəfindən təyin olunduğu kimi Sahə; hektar və akr ilə.
Azərbaycanda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısı
Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 23 nümunə daxildir. Bunlardan 19-ı "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2-i isə (Qarabağ atı ilə oynanılan Çövkən atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil edilmişdir. "Ən Yaxşı Mühafizə Praktikalarının Reyestri"nə Azərbaycandan heç bir nümunə daxil edilməyib. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edilən ilk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib. Qeyri-maddi mədəni irs konsepsiyası UNESKO-nun 2003-cü ildə Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş və 2006-cı ildə qüvvəyə minən "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiya ilə tənzimlənir. Yeni irs elementlərinin UNESKO-nun qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi konvensiya ilə yaradılmış Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən müəyyən edilir. UNESCO tərəfindən qeyri-maddi mədəni irslərə bayramlar, festivallar, tamaşalar, şifahi ənənələr, musiqi və əl işlərinin hazırlanması daxil edilir. Azərbaycandan seçilmiş UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri "Avropa və Şimali Amerika" kateqoriyasında götürülür. Azərbaycanın irs nümunələrindən 11-i sırf özünə məxsus, 12-i isə çoxmillətlidir. Çoxmillətli irs nümunələrinin paylaşıldığı ölkələr Qərbi, Mərkəzi və Cənubi Asiyadandır.