Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 23 nümunə daxildir. Bunlardan 19-ı "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2-i isə (Qarabağ atı ilə oynanılan Çövkən atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil edilmişdir. "Ən Yaxşı Mühafizə Praktikalarının Reyestri"nə Azərbaycandan heç bir nümunə daxil edilməyib. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edilən ilk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib.[1]
Qeyri-maddi mədəni irs konsepsiyası UNESKO-nun 2003-cü ildə Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş və 2006-cı ildə qüvvəyə minən "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiya ilə tənzimlənir.[2][3] Yeni irs elementlərinin UNESKO-nun qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi konvensiya ilə yaradılmış Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən müəyyən edilir.[4] UNESCO tərəfindən qeyri-maddi mədəni irslərə bayramlar, festivallar, tamaşalar, şifahi ənənələr, musiqi və əl işlərinin hazırlanması daxil edilir.[5]
Azərbaycandan seçilmiş UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri "Avropa və Şimali Amerika" kateqoriyasında götürülür. Azərbaycanın irs nümunələrindən 11-i sırf özünə məxsus, 12-i isə çoxmillətlidir. Çoxmillətli irs nümunələrinin paylaşıldığı ölkələr Qərbi, Mərkəzi və Cənubi Asiyadandır. Azərbaycanla ən çox ortaq irs nümunələrinə sahib olan ölkələr Türkiyə, İran və Özbəkistandır.
Bəzi irs nümunələri spesifik olaraq Azərbaycanın regionlarına (Naxçıvan MR, Basqal, Lahıc, Göyçay, Şəki) aiddir. Spesifik olaraq ərazisinə ən çox mədəni irs aid edilən rayon İsmayıllı rayonudur (Basqal kəlağayıları və Lahıc misgərlik sənəti).
Dövr | UNESCO qeydiyyatına keçmiş Azərbaycan qeyri-maddi mədəni irslərinin sayı | Təhlükə altında olanlar |
---|---|---|
2008–2009 | ||
2010–2018 | ||
2020–2022 | ||
Ümumi say |
№ | Ad (il) | Növ | Ölkə | Haqqında | İllüstrasiya | Qeydiyyat | ||
---|---|---|---|---|---|---|---|---|
UNESCO | ICESCO | Milli | ||||||
1 | Azərbaycan muğamı (2008) | ifaçılıq sənətləri | Azərbaycan | Muğam azərbaycanlıların klassik musiqi və poetika incəsənətidir.[6] XIX əsrə qədər muğam sənəti feodalların saraylarında, daha sonra isə ədəbi və musiqi məclislərində inkişaf etmişdir.[7][8] Hal-hazırda Azərbaycan muğamına 7 əsas muğam (Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Şüştər, Hümayun, Kürd-Ovşarı), zərbi muğamlar (Heyratı, Arazbarı, Səmayi–Şəms, Mənsuriyyə, Mani, Ovşarı, Heydəri, Qarabağ şikəstəsi, Kəsmə şikəstə) və rast muğamları (Mahur–Hindi, Orta Mahur, Bayatı-Qacar, Dügah) daxildir. Azərbaycanda muğam əsasən tar, kamança və qaval ifaçılarından ibarət muğam üçlüyü müşayiətində ifa edilir.
Təsnif muğamdan əvvəl və ya sonra ifa edilir. Təsniflərin mətnlərini, əsasən qəzəllər təşkil edir, bəzi hallarda heca vəznli şeirlərdən — bayatı, gəraylı, qoşma və s. istifadə olunur. Təsniflərin məzmununda sevgi lirikası, ictimai motivlər, Azərbaycan təbiətinə rast gəlinir.[9][10] Əlaqəli mövzular: sufizm, dini təcrübə və s. Biomlar: dağlar, şəhər əraziləri Təhlükə təşkil edən faktorlar: sürətli sosial-mədəni dəyişiklik |
00039 | [11] | FM0300000001 | |
2 | Azərbaycan aşıq sənəti (2009) | 1) ənənəvi sənətkarlıq 2) ifaçılıq sənətləri 3) şifahi ənənələr və ifadə formaları |
Azərbaycan mədəniyyətində aşıq ənənəsi Aşıq Qurbaninin dövründə, XV–XVI əsrlərdə inkişaf etməyə başladı.[12] Bu sənətin tarixi ümumilikdə daha qədimdir.[13] XVII–XVIII əsrlərdə İran Azərbaycanında aşıq sənəti böyük irəliləyişlər elədi və klassik ədəbi dil ilə yerli dialektlər arasında körpü oldu.[14] Aşıq sənəti poetika, hekayə danışma, rəqs və vokal instrumental musiqinin vəhdətidir, ozan ənənəsinin davamıdır.[15] Keçmişdə çayxana, karvansara və bazar meydanlarında çıxış edən aşıqlar dastan, nağıl, sevgi mövzusunda lirik və satirik mahnılar, gözəlləmələr, ustadnamələr bilir, müxəmməs, dübeyt və dodaqdəyməz kimi şeir formalarında əsərlərini yaradırdılar.[16] Aşıq musiqisi Azərbaycan Respublikasının Gəncə (şimal-qərb, Tovuz, Qazax), Qarabağ və Naxçıvan regionlarında, həmçinin Salyanda, Cənubi Azərbaycanın Təbriz, Qaradağ, Marağa, Xoy və Urmiya ərazilərində yayılıb.[17] Tariyel Məmmədov isə 11 aşıq məktəbinin adını çəkirː Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Qaradağ, Təbriz, Urmiya, Çıldır və Dərbənd.[18] Əlaqəli mövzular: köçərilik, hekayə danışma və s. Təhlükə təşkil edən faktorlar: kənddən şəhərə miqrasiya |
00253 | [11] | FM0100000001 | ||
3 | Novruz (2009) (Həmçinin bax: Azərbaycanda Novruz bayramı) |
1) ənənəvi sənətkarlıq 2) ifaçılıq sənətləri 3) sosial təcrübələr, ayin və bayramlar 4) şifahi ənənələr və ifadə formaları 5) təbiət və kainata dair bilik və təcrübələr |
Azərbaycan (11 ölkə ilə bir yerdə) | Novruz bayramında yeni ilin gəlməsi və təbiətin təzələnməsi qeyd edilir. Bayramın ən məşhur qəhrəmanları Kosa və keçəldir. Bayram günlərində keçirilən şənliklərdə kəndirbazlar öz hünərlərini göstərir, müxtəlif tamaşalar göstərilir. Axşamlar isə insanlar küçələrdə od qalayır və üzərindən tullanıb deyirlər: "Ağırlığım, uğurluğum tökülsün oda, odda yansın."[19] Bayram günləri evlərdə plov, şəkərbura, paxlava, qoğal hazırlayırlar. Bayramda həmçinin yumurta döyüşdürür və səməni cücərdirlər. Süfrəyə isə şamlarla bəzədilmiş bayram xonçası qoyulur. Hər kəs bayramı mütləq öz evində, ailəsi ilə birlikdə keçirməlidir.[20] Bayramdan əvvəl isə 4 ünsür ilə adlandırılan çərşənbələr keçirilir.[19]
Əlaqəli mövzular: Yeni ilin qeyd edilməsi, məhsuldarlıq ritualı və s. |
01161 | DB0102000001 |
№ | Ad (il) | Növ | Ölkə | Haqqında | İllüstrasiya | Qeydiyyat | ||
---|---|---|---|---|---|---|---|---|
UNESCO | ICESCO | Milli | ||||||
4 | Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti (2010) | 1) ənənəvi sənətkarlıq 2) sosial təcrübələr, ayin və bayramlar 3) şifahi ənənələr və ifadə formaları |
Azərbaycan | Azərbaycan xalçaları Abşeron, Gəncə, Qazax, Şirvan, Qarabağ, Quba, Təbriz qruplarına bölünür.[21] XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatıb və sənaye əhəmiyyəti qazanıb.[22][23] Azərbaycan Qafqaz xalçalarının əsas yaradılma mərkəzi idi və Azərbaycan toxucularının bacarıq və ideyaları bütün Qafqazda hiss edilirdi.[24]
Quba, Şirvan, Qazax xalçaları mürəkkəb həndəsi naxışlarla xarakterizə olunur, buna çoxbucaqlı və ya ulduzşəkilli medalyonların mərkəzi sahəsindəki eyni ox üzərində yerləşən heyvan və insan sxematik fiqurları daxildir. Çiçək motivlərinin bol olduğu müxtəlif bitki ornamentləri isə Qarabağ xalçalarına xasdır.[25] Azərbaycan xalçalarında görünən həndəsi formalara tarixi politeizm inanclarına gedib çıxan svastikanı və romb və kvadratlarla əhatə edilən səkkizbucaqlı ulduzu göstərmək olar. Daha sonra Təbriz mədəniyyətinin təsiri ilə digər məktəblərdə bitki aləmi elementləri ortaya çıxır.[26] Coğrafi göstəricilər: Qarabağ xalçası, Zəngəzur xalçası, Bəhmənli xalçası və s.[27] Əlaqəli mövzular: ifologiya, təbii boyalar və s. Biomlar: aqroekosistem |
00389 | [11] | SD0100000001 | |
5 | Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı (2012) (Həmçinin bax: Azərbaycan tar ifaçılıq sənəti) |
1) ənənəvi sənətkarlıq 2) ifaçılıq sənətləri |
Tar muğam üçlüyü, Azərbaycan folklor orkestr və ansambllarında əsas musiqi alətidir, azərbaycanlıların mədəni kimliyinin formalaşmasında önəmli yer oynamışdır. Tar Azərbaycanda XVIII əsrdən məşhur olub.[28] XIX əsrdə Mirzə Sadıq tərəfindən təkmilləşdirilən Azərbaycan tarı çox sürətli şəkildə İran Azərbaycanında, Ermənistanda, Gürcüstanda, bir müddət sonra isə Dağıstanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda və Türkiyədə populyar olmuşdur.[29]
Tarın çanaq hissəsi tut ağacı, qolu qoz ağacı, kəllə hissəsi isə armud ağacından hazırlanır. Tar hazırlayan ustalar bu sənəti çox vaxt ailə üzvlərindən olan şagirdlərinə keçirirlər. Hal-hazırda Bakıda və ölkənin ətraf regionlarında onlarla belə usta var.[30] Əlaqəli mövzular: ailə, qonaqlıqlar və s. Biomlar: otlaqlar, dağlar |
00671 | [11] | ST0803000001 | ||
6 | Kəlağayının düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi (2014) |
1) ənənəvi sənətkarlıq 2) sosial təcrübələr, ayin və bayramlar 3) təbiət və kainata dair bilik və təcrübələr |
Kəlağayı Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür.[31] Kökü Böyük İpək Yolu boyunca mövcud olan ənənələrə gedib çıxan kəlağayı hazırlama sənəti Şəki şəhərində və Basqalda inkişaf etdirilir. Bu prosesə parça toxuculuğu, boyama və taxta qəliblər vasitəsilə dekorasiya daxildir. Kəlağayı hazırlama sənəti ailə daxili ötürüldüyündən hər ailənin özünəməxsus xüsusiyyətləri və ornamentləri formalaşır. Kəlağayıların rənginin simvolik mənası var və toylar, yas mərasimləri, günlük fəaliyyətlər və tədbirlərdə iştiraka uyğun olmalıdır.[32]
Coğrafi göstəricilər: Basqal xalçası,[27] yalxı ispirək kəlağayısı, duvağ kəlağayısı, Heyratı kəlağayısı, 7 rəng kəlağayısı, Abbasəli kəlağayısı[33][34] Əlaqəli mövzular: illüstrasiya çapı, təbii boyalar və s. Biomlar: aqroekosistem, dağlar, şəhər əraziləri |
00669 | [11] | SD0302000001 | ||
7 | Lahıc misgərlik sənəti (2015) | Lahıc qəsəbəsi çox uzun bir zaman ərzində misgərliyi, qab-qacaq və silahların bəzədilməsi ilə məşhur olub.[35] Lahıc qab-qacaqları Qafqaz, Persiya və Kiçik Asiyada yayılıb.[36] Lahıcda misgərliyin inkişafı qəsəbənin quruluşuna və sakinlərin günlük həyatına təsir edib, XIX əsrdə 40-a yaxın sənətkarlıq növləri və köməkçi sahələrin irəliləməsinə səbəb olub. XIX əsrin sonlarında ucuz rus məhsullarının idxalı misgərlik emalatxanalarının sayının azalmasına gətirib çıxardı. Ancaq buna baxmayaraq bu sənətkarlıq növünün ənənələri günümüzə qədər gəlib çatıb.[37]
Əlaqəli mövzular: qravür, mebel və s. Biomlar: Dağlar, şəhər əraziləri |
00675 | [11] | ST0702000001 | |||
8 | Lavaş[qeyd 1] hazırlanması və paylaşılması mədəniyyəti (2016) | 1) sosial təcrübələr, ayin və bayramlar 2) şifahi ənənələr və ifadə formaları 3) təbiət və kainata dair bilik və təcrübələr |
Azərbaycan (4 ölkə ilə bir yerdə) | Lavaş Azərbaycanda ən çox yayılmış çörək növlərindən biridir.[38] Lavaş sözü "incə çörək" mənasında işlədilir.[39] Bu çörək növü sacın üstündə pişirilir.[40] Sabirabad rayonunda toydan sonra gəlin evə gələndə qayınana gəlinin çiyninə lavaş atır: "Səninlə bu evə ruzu gəlin, ayağın düşərli olsun."[41] Novxanıda yasdan sonra bəzən "külçə", içinə halva qoyulmuş lavaş verilir.[42] Ərzurumda lavaşın Azərbaycanda da hazırlanması nəzərə alınaraq "əcəm çörəyi" (türk. acem ekmeği) ifadəsi işlənir.[39]
Əlaqəli mövzular: köçərilik, məhsuldarlıq ritualı, ölünün yad edilməsi və s. Biomlar: aqroekosistem, şəhər əraziləri |
01181 | ST0901000002 | ||
9 | Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi (2017) |
1) sosial təcrübələr, ayin və bayramlar 2) təbiət və kainata dair bilik və təcrübələr |
Azərbaycan |
Azərbaycan dolmasının döyülmüş ətin büküldüyü materiala (yarpaq dolması, əvəlik dolması, kələm dolması, badımcan dolması, bağayarpağı dolması), eləcə də hazırlanan içliyin xüsusiyyətinə görə (yalançı dolma, müqəşşərli dolma və s.) fərqli növləri vardır. Azərbaycanda dolma yarpaq və doldurma olmaqla iki qrupa ayrılır. Yarpaq dolması içliyin müxtəlif bitki yarpaqlarına bükülməsi ilə hazırlanır. Bunun üçün, əsasən, üzüm yarpağından, habelə tut yarpağı, bağayarpağı, pip (fıstıq), zıx (turşəng, quzuqulağı), heyva, kələm yarpağından istifadə olunur. Doldurma dolmalar tərəvəz və ya meyvələrin içərisini içliklə doldurmaqla hazırlanır. Bu yeməyə pomidor, şirin bibər, badımcan, alma, heyva, boranı, xiyar, baş soğan və s. kimi dolma növləri aiddir. Bundan əlavə, doldurma dolmanın boranı dolması (içliklə doldurulmuş boranıdan hazırlanır), göbələk dolması (içliyi pendir və xırdalanmış çörəkdən hazırlanır), heyva dolması (içliyi ət, heyva, şabalıd, duz və göyərtidən hazırlanır), xiyar dolması, kartof dolması, soğan dolması kimi növləri olsa da, onlar müəyyən bölgələr üçün xarakterikdir.[43][44] Coğrafi göstəricilər: limon dolması, quru dolma, ağ şanı dolması, zeytun dolması, qıra dolması, qoz dolması, alma dolması, balıq dolması, pip dolması, guba dolması[33][45] Əlaqəli mövzular: qonaqpərvərlik, işin gender bölgüsü və s. Biomlar: aqroekosistem, dağlar, şəhər əraziləri |
01188 | [11] | ST0902040001 | |
10 | Kamança ifaçılıq sənəti və onun hazırlanma ustalığı (2017) |
1) ənənəvi sənətkarlıq 2) ifaçılıq sənətləri |
Azərbaycan | Azərbaycanda kamança klassik və folklor musiqisinin başlıca elementidir. Sosial və mədəni yığıncaqlarda kamança ifa sənəti vacib yer tutur.[46]
İranika ensiklopediyasına görə Azərbaycan musiqi sənəti Qafqazın digər regionlarında, xüsusilə muğam sistemini və tar və kamança kimi simli musiqi alətlərini mənimsəyən ermənilər arasında ifa edilirdi.[47] Əlaqəli mövzular: epik poeziya, qonaqpərvərlik və s. Biomlar: aqroekosistem, şəhər əraziləri |
01286 | ST0803000002 | ||
11 | Dədə Qorqud[qeyd 2] irsi, dastan mədəniyyəti, nağılları və musiqisi (2018) |
1) ifaçılıq sənətləri 2) sosial təcrübələr, ayin və bayramlar 3) şifahi ənənələr və ifadə formaları |
Azərbaycan | Dədə Qorqud dastanı oğuz bahadırlarının ələ keçirdikləri Qafqaz torpaqlarında "kafirlərə qarşı" verdikləri müharibələr haqqındadır. Onun mənşəyi Mərkəzi Asiya olsa da, oğuzların sıx məskunlaşdığı Azərbaycan ərazisində formalaşıb.[48] Dastanın son forması XV əsrdə müasir Azərbaycan ərazisində yazıya alınmışdır.[49] Dastanın Drezden əlyazması azərbaycan dilində, Vatikan əlyazması isə Anadolu türkcəsindədir.[50] Dastanın boylarında Azərbaycan nağıllarının fantastik motivləri mövcuddur.[51] Dədə Qorqud dastanı mövzusu Azərbaycan ədəbiyyatında, teatr və kinematoqrafiyasında istifadə edilmişdir.[50]
2018-ci ildə Dədə Qorqud dastanının ortaya çıxan üçüncü nüsxəsi Cənubi Azərbaycan, xüsusilə Təbriz ləhcəsində yazılmışdır.[52] Dövr olaraq XVII–XVIII əsrlərə aiddir.[53] Əlaqəli mövzular: köçərilik, mifologiya və s. Biomlar: aqroekosistem, otlaqlar, dağlar |
01399 | FL0104010003 |
№ | Ad (il) | Növ | Ölkə | Haqqında | İllüstrasiya | Qeydiyyat | ||
---|---|---|---|---|---|---|---|---|
UNESCO | ICESCO | Milli | ||||||
12 | Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti (2020) |
1) ənənəvi sənətkarlıq 2) ifaçılıq sənətləri 3) sosial təcrübələr, ayin və bayramlar 4) şifahi ənənələr və ifadə formaları 5) təbiət və kainata dair bilik və təcrübələr |
Azərbaycan | Nar bayramı hər il oktyabr-noyabr aylarında Göyçay rayonunda nar məhsulunun ənənəvi istifadəsi və simvolik mənasını qeyd edən bayramdır. Narın becərilməsi sadəcə kulinariya üçün deyil, əl ustalığı, dekorativ incəsənət, əfsanələr, hekayə danışma və digər yaradıcı sahələr üçün ilham mənbəyidir. Həm nar, həm də bayramın özü ənənəvi yeməklərdən tutmuş poeziyaya qədər müxtəlif mədəni və sosial funksiyaları yerinə yetirir. Simvolik olaraq, nar uzun müddət dava edən məhsuldarlıq və bolluqla əlaqələndirilir, enerji mənbəyi hesab edilir. Azərbaycan əfsanələrində nar sevgi və istəyin rəmzidir.[54]
Moskva azərbaycanlıları mədəni muxtariyyətinin təşəbbüsü ilə Nar bayramı Moskvada qeyd edilmişdir.[55] Əlaqəli mövzular: əfsanələr, hekayə danışma və s. Biomlar: aqroekosistem, dağlar |
01511 | FT010100009 | ||
13 | Miniatür sənəti (2020) (Həmçinin bax: Azərbaycanda miniatür sənəti) |
1) ənənəvi sənətkarlıq 2) təbiət və kainata dair bilik və təcrübələr |
Azərbaycan (3 ölkə ilə bir yerdə) | XV əsrin ortalarında Qaraqoyunlu və daha sonra Ağqoyunlu dövlətləri ərazisində geniş yayılmış Təbriz miniatür məktəbinin "türkmən" üslubu meydana gəlmişdir. Bu üslubun bir çox miniatür nümunələri nəinki Təbrizdə, həm də müasir Azərbaycan ərazisində yerləşən bəzi orta əsr şəhərlərində, Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıda ortaya çıxmışdır (Şamaxı antologiya əlyazması, 1468, Britaniya muzeyi, London).[56][57][58]
Orta əsrlərdə Azərbaycanda kitablara illüstrasiya çəkilməsi ənənəvi sənət idi.[59] XIX əsrin məşhur miniatüristləri Əvəzəli Muğani ("Kəlilə və Dimnə", 1809), Mirzə Əliqulu ("Şahnamə", 1850), Nəcəfqulu Şamaxılı ("Yusif və Züleyxa", 1887) bu sənəti davam etdirmişdir. Rəssam Mir Möhsün Nəvvabın da kitab miniatürləri dövrümüzə qədər gəlib çatmışdır. Onlardan ən məşhuru 1864-cü ildə "Bəhr ül-həzən" ("Qəm dəryası") əsərinə çəkdiyi 5 miniatürdür.[60] Sovet və müstəqillik dövründə də miniatür sənəti davam etmişdir.[58][61] Əlaqəli mövzular: boya texnologiyası, əlyazmalar və s. |
01598 | SV0400000001 | ||
14 | Çay mədəniyyəti, kimliyin, qonaqpərvərliyin və sosial əlaqənin simvolu (2022) (Həmçinin bax: Azərbaycanda çay mədəniyyəti) |
1) ənənəvi sənətkarlıq 2) sosial təcrübələr, ayin və bayramlar 3) şifahi ənənələr və ifadə formaları 4) təbiət və kainata dair bilik və təcrübələr |
Azərbaycan | Azərbaycan Qafqazda ənənəvi olaraq çay içilən ölkə sayılır.[62] Əsas yeməkdən qabaq süfrəyə çayın gətirilməsi ənənədir. Çayın yanında mürəbbə, qənd və ya şirniyyat verilir.[63] Çay qonaqpərvərliyin və qonağa göstərilən hörmətin rəmzi hesab edilir.[64]
Azərbaycanda istənilən yaşayış yerində çayxana var. Burada insanlar baş verən hadisələri müzakirə edir, qəzet oxuyur, nərd oynayırlar.[65][66] Əlaqəli mövzular: yemək adətləri, sosial toplaşma və s. Biomlar: aqroekosistem, dağlar, şəhər əraziləri |
01685 | DB0201000001 | ||
15 | Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş (2022) | 1) ənənəvi sənətkarlıq 2) ifaçılıq sənətləri 3) sosial təcrübələr, ayin və bayramlar |
Azərbaycan | XVIII əsrin II yarısında bütün Azərbaycan xanlarının adi insanların bahadır adlandırdığı pəhləvanları var idi.[67] Pəhləvanların icra etdiyi oyunlara əlüstü tamaşalar, pudluq daşları ilə oynanılan yekba, sim üstündə rəqs elementləri daxildir.[68]
İrandan sonra zorxananın yayıldığı ikinci ərazi Azərbaycandır.[69] Azərbaycanda zorxana kompleks oyun silsiləsindən ("sino oyunu", "mil oyunu", "ayaq düymə", "kəbbadə", "səngi-daşqaldırma", "çərxi", "güləş") ibarətdir. Azərbaycandakı ən qədim zorxanalardan biri Bakıdakı XV əsr İçərişəhər zorxanasıdır.[70] XIX əsrdən etibarən Gəncə, Şuşa, Şəki, Naxçıvan, Şirvan şəhərlərində zorxanalar tikilmişdir. Zamanla zorxana hərbi üsulların öyrədildiyi məktəb statusunu itirmişdir, mərasim xarakteri almışdır.[71] Azərbaycan milli güləşində ayaqdan və şalvardan yapışmaq geniş yayılıb, badalaq, qarmaq, dəyirman, atma fəndlərinə icazə verilir. Döyüşə isinmək üçün "meydan gəzəndə" pəhləvanlar bir-birini salamlayır və rəqs addımları ilə birlikdə xalçanın əks tərəflərinə gedirlər. Döyüş zurna və nağara sədaları müşayiəti ilə həyata keçirilir.[72] Əlaqəli mövzular: hərbi təhsil, mənəvi dəyərlər və s. Biomlar: aqroekosistem, şəhər əraziləri Təhlükə təşkil edən faktorlar: represiv siyasət |
01703 | [11] | DA0104000004 FO0105000003 FO0105000002 FO0105000005 FO0105000006 FO0105000004 | |
16 | Molla Nəsrəddin[qeyd 3] lətifələri şifahi ənənəsi (2022) | 1) ifaçılıq sənətləri 2) sosial təcrübələr, ayin və bayramlar 3) şifahi ənənələr və ifadə formaları |
Azərbaycan (6 ölkə ilə bir yerdə) | Molla Nəsrəddin lətifələri Azərbaycanda uzun illər bilinmiş, XIX əsrdən etibarən yazıya alınmağa başlamışdır.[73] 1906–1932-ci illərdə Azərbaycan ədibləri tərəfindən "Molla Nəsrəddin" satirik jurnalı dərc edilmişdir.[74] Azərbaycanda ənənəyə görə Molla Nəsrəddinin adını çəkən şəxs hökmən onun yeddi lətifəsini danışmalı, ona qulaq asanlar da sonra bunu davam etdirməlidir.[75]
Əlaqəli mövzular: sosial mövzuda tənqid, hekayə söyləyiciliyi, atalar sözləri və s. Biomlar: aqroekosistem, daxili sulaq ərazilər, şəhər əraziləri |
01705 | FL0108020001 | ||
17 | Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı (2022) (Həmçinin bax: Azərbaycanda ipəkçilik) |
1) ənənəvi sənətkarlıq 2) sosial təcrübələr, ayin və bayramlar 3) şifahi ənənələr və ifadə formaları 4) təbiət və kainata dair bilik və təcrübələr |
Azərbaycanda ipək sənayesi qədim zamanlardan mövcud olmuşdur. Şirvan Azərbaycanda ən vacib ipək istehsalı mərkəzi idi. Şamaxı, Basqal, Gəncə, Şəki və Şuşa əhalisi ipəkçiliklə məşğul olmuşdur.[76][77][78]
Əlaqəli mövzular: toxuculuq sənətləri, təbii boyalar və s. Biomlar: aqroekosistem |
01890 | DA0104000012 SD0700000001 | |||
18 | İllüminasiya sənəti: Təzhib[qeyd 4] (2023) | 1) ənənəvi sənətkarlıq
2) təbiət və kainata dair bilik və təcrübələr |
Azərbaycan (4 ölkə ilə bir yerdə) | Azərbaycan dilində yazılmış bu əlyazmalar təzhiblə bəzənmişdir: Məhəmməd Füzulinin "Leyli və Məcnun"u, Şah İsmayıl Xətainin 1628-ci ilə aid divan əlyazması və "Kitabi-Dədə Qorqud"un üçüncü nüsxəsi.[79][80][52]
Car-Balakən bölgəsinə aid Kəhf cüzü ənənəsinə görə, Qurani-Kərimin Kəhf surəsi cüzlər şəklində hüsn-ü xətlə yazılaraq, daha çox təzhib üsulu ilə hazırlanaraq cümə günləri oxunur. Cüzlər dövrün məşhur xəttatları, həmçinin yazı-pozu işini bacaran kəslər (mədrəsə tələbələri, adi camaat, hətta qadınlar) tərəfindən hazırlanmışdır. Zaqatala Tarix-Diyarşünaslıq Muzeyində bu ənənənin yüzdən çox nümunəsi qorunub saxlanılır.[81] Əlaqəli mövzular: xəttatlıq, miniatür rəsmləri və s. Biomlar: şəhər əraziləri |
01981 | SV0400000052 | ||
19 | İftar və onun sosial-mədəni ənənələri (2023) | 1) şifahi ənənələr və ifadə formaları 2) sosial təcrübələr, ayin və bayramlar 3) ifaçılıq sənəti 4) təbiət və kainata dair bilik və təcrübələr |
Azərbaycan (3 ölkə ilə bir yerdə) | Ramazan bayramı zamanı iki dəfə yemək yeməyə icazə verilir: gün çıxmamış (obaşdanlıq) və şər qarışan vaxt (iftar). İftara qonaq çağırmaq və gedərkən şirniyyat aparmaq bir ənənəyə və vicdani borca çevrilmişdir və savab sayılır. Bundan başqa Ordubad şəhəri və ətraf kəndlərində 15-ci iftar günündə zəngin süfrə açılar və evlilik yolunda olan şəxslərin ailələri bir-birini ziyarət edərdilər.[82]
Əlaqəli mövzular: təqvimlər, dini təcrübə və s. Biomlar: aqroekosistem, şəhər əraziləri |
01984 | DB0103000001 | ||
20 | Balaban[qeyd 5] ifaçılıq sənəti və onun hazırlanma ustalığı (2023) | 1) ənənəvi sənətkarlıq 2) sosial təcrübələr, ayin və bayramlar 3) ifaçılıq sənəti 4) təbiət və kainata dair bilik və təcrübələr |
Azərbaycan Türkiyə | Balaban həm aşıq musiqisində, həm də muğam sənətində istifadə edilir.[83][84] Musiqişünas Qubad Qasımova görə Mingəçevir ərazisində eramızdan əvvəl I əsrə aid, müasir balabanın prototipi sayıla biləcək sümükdən hazırlanmış nəfəsli musiqi aləti aşkar edilmişdir.[83] 1977-ci ildə Voyacer 1 gəmisi ilə kosmosa göndərilən musiqilər arasına balaban ifasında Azərbaycan muğamı da daxil edilmişdir.[85][86]
Əlaqəli mövzular: festivallar, dairəvi nəfəs alma və s. Biomlar: şəhər əraziləri |
01704 | ST0802000004 | ||
21 | Sədəfvurma sənəti (2023) | 1) ənənəvi sənətkarlıq 2) təbiət və kainata dair bilik və təcrübələr |
Sədəfvurmada "oyma" və "çaxma" üsulundan istifadə olunur. Sazbəndlik və tarbəndlik kimi peşələrdə musiqi alətlərinin bəzədilməsində sədəfvurma üsulu tətbiq edilir. Azərbaycan ustaları tərəfindən sədəf vurularaq hazırlanmış tar, saz, kamança, qaval, nağara kimi musiqi alətləri, xəncər qəbzələri, müxtəlif ev avadanlıqları yerli və xarici muzeylərdə sərgilənir.[87][88][89]
Əlaqəli mövzular: xəttatlıq, ağacoyma sənəti və s. Biomlar: aqroekosistem, şəhər əraziləri |
01874 | DA0104000054 |
№ | Ad (il) | Növ | Ölkə | Haqqında | İllüstrasiya | Qeydiyyat | ||
---|---|---|---|---|---|---|---|---|
UNESCO | ICESCO | Milli | ||||||
22 | Ənənəvi Qarabağ atçılıq oyunu Çövkən (2013) |
sosial təcrübələr, ayin və bayramlar |
Azərbaycan | Çövkən (və ya çovqan) Azərbaycanda milli idman növüdür.[90] Örənqalada tapılmış qab üzərində çövkən oyununun fraqmentlərinin təsvir edilməsi bu oyunun XI əsr Baylakanında (Beyləqan rayonu) mövcud olduğunu göstərir. Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində və "Kitabi-Dədə Qorqud" dastanında çövkənə rast gəlinir. 1960-cı ildən başlayaraq Azərbaycanda əvvəl nümayiş şəklində, sonra isə rəsmi şəkildə çövkən yarışları keçirilmişdir.[91]
Əlaqəli mövzular: atçılıq oyunları, köçərilik və s. Biomlar: aqroekosistem, otlaq, dağlar Təhlükə təşkil edən faktorlar: münaqişələr, gənclərin marağının azalması, yetərsiz maliyyə resursları, əhəmiyyətinin itirilməsi, material çatışmazlığı, sürətli iqtisadi dəyişikliklər, repressiv siyasət, kənddən şəhərə miqrasiya |
00905 | [11] | FO0101000002 | |
23 | Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı (köçəri, tənzərə) (2018) |
1) ifaçılıq sənətləri 2) sosial təcrübələr, ayin və bayramlar 3) şifahi ənənələr və ifadə formaları |
Yallı qrup şəklində ifa edilən Azərbaycan rəqsidir.[92] Azərbaycan tədqiqatçısı M. K. Allahverdiyev yallı rəqslərini iki qrupa bölür. Birinci qrupa köçəri, qazı-qazı, çop-çoğu, ikinciyə urfanı, tənzərə, dönə daxildir.[93]
Köçəri rəqsi pastoral oyun elementlərini əks etdirir. Köçəri xoreoqrafiyasındakı totemizmlə bağlı, heyvanlara məxsus hərəkətlər və vərdişlər rəqsin arxaik təbiətini göstərir.[94] Tənzərə rəqsi köçəridən xoreoqrafiya baxımından daha bəsit olduğu üçün əyləncə zamanı (toylarda, xalq mərasimlərində) daha çox oynanılır. Rəqsi zurna və nağara müşayiət edir.[95][94] Əlaqəli mövzular: oyunlar, pantomim və s. Biomlar: aqroekosistem, quraq ərazilər, dağlar Təhlükə təşkil edən faktorlar: münaqişələr, ifaçıların azalması, əhəmiyyətinin itirilməsi, istifadə edilməməsi, repertuarın azalması, kənddən şəhərə miqrasiya, teatrlaşdırma |
01190 | [11] | FM0401000001 FM0401020006 FM0401020002 |
Azərbaycandan UNESCO-nun bu siyahısına heç bir nümunə daxil deyil.
№ | Ad (il) | Növ | Ölkə | Haqqında | İllüstrasiya | UNESCO nominasiyası | Milli qeydiyyat |
---|---|---|---|---|---|---|---|
1 | Azərbaycanda təndir ustalığı və çörək bişirmə (2024) | 1) ənənəvi sənətkarlıq
2) sosial təcrübələr, ayin və bayramlar |
Azərbaycan | Təndir Azərbaycanda müqəddəs ocaq sayılır. Əhdi-peyman bağlayan sevgililər burada qucaqlaşıb öpüşərdi. Qardaş olmağa qərar verənlər burada and içər, onların münasibəti "təndir qardaşlığı" adlandırılardı.[96]
Yer təndiri kimi tanınan döymə təndiri düzəltmək üçün münasib yerdə quyu qazılır və quyunun divarları duz qarışdırılmış küllü su səpilərək hamar daşla döyülür. Digər təndir növləri yerüstü və yeraltı təndirlərdən ibarət olan badlı təndir, sonralar ortaya çıxmış, davamlı olan və təkmilləşdirilmiş kərpic təndirdir.[97] Təndir çörəyinin ətri və dadı un növü, unun ələnməsi, xəmirin yoğrulma şəkli ilə əlaqədardır. Təndirdə çörək bişirmək işi mürəkkəb və ağırdır. Təndirdə bişən çörəklər formasına görə Naxçıvanda "çırppa", "nazik", "qalın", "tapı", Lənkəranda "təndir çörəyi", "pəncəkeş", "zeyrən çörəyi", Azərbaycanın şimal-şərq bölgəsində isə "pəncəkeş", "yağlı çörək", "cır çörək", "bəyim çörəyi", "badam çörəyi" adlandırılır.[98] Döymənc isti təndir çörəyinin arasına kərə yağı qoymaqla hazırlanır.[99] |
[100] | [101] |
№ | Ad (il) | Növ | Ölkə | Haqqında | İllüstrasiya | UNESCO nominasiyası | Milli qeydiyyat |
---|---|---|---|---|---|---|---|
2 | Nicin mədəni mühiti (2012) | sosial təcrübələr, ayin və bayramlar | Azərbaycan | Nicdə udinlər, azərbaycanlılar və ləzgilər yaşayır.[102] Burada üç kilsə (Müqəddəs Yelisey Kilsəsi, Müqəddəs Məryəm Ana kilsəsi, Tsilin kilsəsi) və bir məscid yerləşir. Nic udinlərinin ayrıca dialektləri var və ənənəvi olaraq Pasxa və Kala Axsibay bayramlarını qeyd edirlər.[103][104] | [1][105] | [101] | |
3 | Qırmızı Qəsəbənin mədəni mühiti (2012) |
Qırmızı Qəsəbə dünyada mövcud olan son ştetldir.[qeyd 6] Burada cuhuri dili danışılır.[106][107] Qırmızı Qəsəbənin dağ yəhudiləri icması ənənəvi olaraq 300 il boyunca əkinçilik, bağçılıq və xalçaçılıqla məşğul olmuşdur. Dağ yəhudilərinin təsərrüfat fəaliyyətinin əsas göstəricilərindən biri olan xalçaçılıq nümunələri yun əsasında toxunmuşdur və Quba xalçaçılıq məktəbinə aiddir.[108][109] |
Qeydiyyata alınmış qeyri-maddi mədəni irs | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ölkənin/irsin adı | Novruz | Lavaş | Kamança | Dədə Qorqud | Miniatür | Çay mədəniyyəti | Molla Nəsrəddin | İpəkçilik | Balaban | Sədəfvurma | Təzhib | İftar | Ümumi say |
Əfqanıstan | 2 | ||||||||||||
Hindistan | 1 | ||||||||||||
İran | 7 | ||||||||||||
İraq | 1 | ||||||||||||
Qazaxıstan | 4 | ||||||||||||
Qırğızıstan | 3 | ||||||||||||
Özbəkistan | 6 | ||||||||||||
Pakistan | 1 | ||||||||||||
Tacikistan | 4 | ||||||||||||
Türkiyə | 11 | ||||||||||||
Türkmənistan | 3 |
The asiq tradition began to take root in Azerbaijani culture as of the 15th-16th century…
The music of the ashyg is mainly to be found in the south, above all in the Kirovabad (north-east, Tauus, Kazakh), Karabakh and Nakhcivan (south-west) districts of the Republic of Azerbaijan as well as in Salyany (south-west) and in Azeri Iran in Tabriz, Karadagh, Maraghe, Khoy and as far as Orumïye (Rezaye). In certain regions such as Ganja both traditions exist alongside each other. Ashyg tend to perform in rural and provincial regions. Mugam, by contrast, has a largely urban audience. Apart from gatherings of experts, the festivities which are organized at weddings (toj) are preferred opportunities for performance in both genres.
From the 15th century and especially from the second half of the 16th century, the Afshan, Lachak-turundj, Goelbendlik and other carpet compositions which were developed in southern Azerbaijan were adopted by the weavers in the towns of northern Azerbaijan (Garabagh, Baku, Shirvan). The floral pattern on which these designs were based were soon transformed into geometric patterns which reflected the local technical and artistic preferences.
According to historical sources, the six Caspian districts of Azerbaijan produced 18,000 rugs and carpet fabrics in 1843. Carpets from Shirvan and Guba were sold in Baku and those from Kazak and Ganja in Tabriz and Istanbul.
«The silk trade, over which the government held a monopoly, was a primary source of revenue. Ismāʿīl’s successor, Ṭahmāsp I (reigned 1524–76), encouraged carpet weaving on the scale of a state industry. ʿAbbās I (reigned 1588–1629) established trade contacts directly with Europe, but Iran’s remoteness from Europe, behind the imposing Ottoman screen, made maintaining and promoting these contacts difficult and sporadic.»
The art music of Azerbaijan is connected with the Irano-Arabo-Turkish art of the maqām, of which the great theoreticians were notably Ṣafī-al-dīn Ormavī (d. 693/1294) and ʿAbd-al-Qāder b. Ḡaybī Marāḡī (d. 838/1435), who were originally from Urmia and Marāḡa in Azerbaijan.
Azeri art music is also played in other regions of the Caucasus, especially among the Armenians, who have adopted the system of maqām and the instruments kamāṇča and tār.