ZƏBUN

sif. [ fars. ] klas. Zəif, qüvvətsiz, cansız, aciz, düşkün.
Dust bipərva, fələk birəhm, dövran bisükun; Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun. Füzuli.
Zira könlüm həvəslərin pəncəsində zəbundur; Qurtarmaram, nə etməli? Bir çarəsiz cünundur. A.Səhhət.

// Əsir, giriftar.
□ Zəbun etmək (eyləmək)1) zəifləşdirmək, qüvvədən salmaq, cansızlaşdırmaq, düşkünləşdirmək.
Nagəhan başlayıb vəba; taun; Sardı ətrafı, xəlqi etdi zəbun. H.Cavid;

2) əsir etmək, giriftar etmək.
[Minnət xanım:] İnsaf eyləyin, bir baxın mənə! Mərcan eyləyir çox zəbun mənə! Ü.Hacıbəyov.

Zəbun olmaq1) zəifləşmək, qüvvədən düşmək, cansızlaşmaq, düşkünləşmək;
2) əsir olmaq, giriftar olmaq.

Синонимы

  • ZƏBUN zəbun bax zəif 1
ZƏBTİYYƏ
ZƏBUNLUQ

Значение слова в других словарях