ZƏNCİRLİ
ZƏNCİRVARİ
OBASTAN VİKİ
Zəncirotu
Zəncirotu (lat. Taraxacum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Zəncirotu dərman əhəmiyyətli bitki olub, yarpaq və kökündə acı qlükozid, aşı maddəsi, inulin, fruktoza, A və C vitaminləri, həmçinin digər maddələr aşkar edilmişdir. Zəncirotunun kökündən iştahın artmasında, orqanizmdə qida həzminin yaxşılaşmasında, ödqovucu və qaraciyərin iltihabı xəstəliklərində istifadə edilir. Zəhərli olmasına baxmayaraq xalq arasında yarpaqlarını azacıq qaynar suda 3-5 dəqiqə pörtdükdən sonra ondan dolma hazırlanmasında istifadə olunur. Azərbaycan florasında 13 növü bitir. Əsas əhəmiyyət kəsb edən dərman, çəməncik və səhra zəncirotu növləridir. Caramanica Tineo Eriopus D.Don Lasiopus D.Don Neo-taraxacum Y.R.Ling & X.D.Sun Wendelboa Soest Taraxacum abalienatum Kirschner & Štěpánek Taraxacum abax Kirschner & Štěpánek Taraxacum abbreviatulum Kirschner & Štěpánek Taraxacum abbreviatum Rail. Taraxacum aberrans Hagend., Soest & Zevenb. Taraxacum abietifolium Saarsoo Taraxacum abnorme Štěpánek & Kirschner Taraxacum abruptilobum Štěpánek & Kirschner Taraxacum absurdum Soest Taraxacum abundans Rail.
Dərman zəncirotu
Taraxacum sect. Taraxacum (lat. Taraxacum sect. Taraxacum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. Taraxacum sect. Taraxacum hündürlüyü 30 sm-ə çatan çoxillik ot bitkisidir. Kökləri yuxarı hissədə şaxələnən kökümsovdan ibarət, kiçik şaxəli olub, qalınlığı 2 sm, uzunluğu 60 sm-ə çatır. Yarpaqları çılpaq və ya orta damarla aşağı tərəfdə az toraoxşar tüklüdür, uzunsov, əksinə, yumurtaşəkilli, küttəhər, oyuqlu-dişlidir və yaxud enli və ya dar, üçkünc, sivriləşmiş, tamkənarlı və ya uzun dişli, arxaya yönəlmiş dilimlərə qismən dərin qayıqşəkilli kəsilmişdir. Çiçək oxu yarpaqlardan uzundur, düz, çılpaq və ya çiçəkləmə dövründə tüklüdür. Qın yarpaqları təpə hissədə qabarıq deyil, xaricdə yerləşənlər qismən enli xətvaridir, aşağı qatlanmışdır, daxildə yerləşənlər isə xətvaridir.
Payız zəncirotu
Payız zəncirotu (lat. Taraxacum hybernum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. Taraxacum pobedimoviae Schischk.

Значение слова в других словарях