ZƏRİŞ

"zər" sözü ilə başlanan adların əzizləmə forması.
ZƏRİNTAC
ZƏRQƏLƏM
OBASTAN VİKİ
Zərişdərə
Zərişdərə — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda, Ləkətağ kəndindən cənub-qərbdə, Əlincəçayın sağ sahilində orta əsrlərə aid yaşayış yeri. Qərb tərəfdən hündür dağlarla əhatələnmişdir. Sahəsi 890 km2 . Kəşfiyyat xarakterli tədqiqatlar (1991) aparılmışdır. Zərişdərə dağ yamacında yerləşdiyindən, mədəni təbəqə yuyulub dağılmışdır. Şirsiz qab qırıqları toplanmışdır. Zərişdərədən hazırda əkin sahəsi kimi istifadə olunur. Əhalinin məlumatına görə, vaxtilə burada məscid və yaşayış binaları olmuşdur. Yer şumlanarkən kirkirə daşı, mis qablar, şamdan və s. əşyalar tapılmışdır.
Zərişdərə nekropolu
Zərişdərə nekropolu — Naxçıvan Muxtar Respublikasının Culfa rayonuda, Zərişdərə yaşayış yerindən qərbdə, hündür təpənin üstündə orta əsrlərə aid arxeoloji abidə. Kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır (1990-91). Qəbirlərin hamısı ş.-q. istiqamətində, başdaşıları isə qərbə tərəfdir. Zərişdərə nekrapolunun XVI-XVIII əsrlərə aid olduğu ehtimal edilir.
Zərişdərə yaşayış yeri
Zərişdərə — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda, Ləkətağ kəndindən cənub-qərbdə, Əlincəçayın sağ sahilində orta əsrlərə aid yaşayış yeri. Qərb tərəfdən hündür dağlarla əhatələnmişdir. Sahəsi 890 km2 . Kəşfiyyat xarakterli tədqiqatlar (1991) aparılmışdır. Zərişdərə dağ yamacında yerləşdiyindən, mədəni təbəqə yuyulub dağılmışdır. Şirsiz qab qırıqları toplanmışdır. Zərişdərədən hazırda əkin sahəsi kimi istifadə olunur. Əhalinin məlumatına görə, vaxtilə burada məscid və yaşayış binaları olmuşdur. Yer şumlanarkən kirkirə daşı, mis qablar, şamdan və s. əşyalar tapılmışdır.

Значение слова в других словарях