ZAĞLI

Zağ verilmiş, cilalanmış, cilalı. (“Koroğlu” dastanının lüğəti)

Qılıncın ağzı zağlıdı,

Dostunun yolu bağlıdı,

Koroğlu qəlbi dağlıdı,

Qoyma batsın çən-dumana!

                       (“Koroğlunun Qars səfəri”)

                       *

Qılıncın ağzı zağlıdı,

Düşmanın qolu bağlıdı,

Koroğlu çox damağlıdı,

Eyvaz, buyur nərdivana!

         (“Koroğlunun Qars səfəri”) (“Koroğlu–Hümmət”)

ZAĞA
ZARILIQ
OBASTAN VİKİ
Zağlı
Zağlı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd. Kənddə tarixən Quba-Şirvan xalça tipinin Quba qrupuna aid olan "Zağlı" çeşnisi və eləcə də "Pirəbədil","Herat Pirəbədil" və Çiçi kəndinin adını daşıyan "Qollu Çiçi", "Sırt Çiçi" və"...gül Çiçi" xalçaları toxunmuşdur. Kəndin əhalisinin vətən müharibəsindən sonra kəskin azlması və yerli qadınların başqa kəndlərə ərə getməsi nəticəsində "Zağlı" çeşnisinin toxunmamasına, digər xalçaların isə nadir halda toxunmasına gətirib çıxarmışdır. Kənddə ev tikmə mədəniyyəti tarixən çox qədimdən inkişaf etmişdir. Kənddə evlər əsasən "Ayı balası" adlanan çay daşından seçilərək düzəldilmiş kərpiclərdən tikilib. Evlər zəlzələyə davam etsin deyə xüsusi palıd tirlərlə hörülüb. Zağlı kəndi Azərbaycan Respublikasının şimal-şərqində, Şabran rayonunun dağlıq hissəsində, rayon mərkəzindən 18 km aralı olan dağ kəndidir. Kənd 650-700 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Kənd enliyarpaqlı meşələrlə əhatələnmişdir. 3 tərəfdən yüksək dağlarla əhatə olunmuşdur.
Aşağı Zağlıq (Əhər)
Aşağı Zağlıq (fars. زگليك سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (15 ailə).
Zağlıca
Zağlıca (Bostanabad)
Zağlıca (Bostanabad)
Zağlıca (fars. زگلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 59 nəfər yaşayır (25 ailə).
Zağlıca (Ucan-i Şərqi dehistanı)
Zağlıca (fars. زگلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı, Ucan-i Şərqi dehistanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 689 nəfər yaşayır (131 ailə).
Zağlıq-i Kürbulaq (Əhər)
Zağlıq-i Kürbulaq (fars. ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 223 nəfər yaşayır (40 ailə).
Zağlıq-i Süfla (Əhər)
Aşağı Zağlıq (fars. زگليك سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (15 ailə).
Zağlıq-i Ülya (Əhər)
Yuxarı Zağlıq (fars. زگليك عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (15 ailə).

Значение слова в других словарях