ZİHƏYAT is. [ ər. ] Canlı. Yaxınlıqda heç bir zihəyat görünməyir, quyulardan neft dartan dərin tulumbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn. Nə bir işıq görünür, nə də bir zihəyat səsi eşidilirdi. C.Cabbarlı. Bu səs qəsəbədə zihəyat olduğunu andırırdı. H.Nəzərli.