Zoo

der; -s, -s heyvanat parkı, zoo-park, heyvan(lar) baxçası, heyvanxana
Zone
Zoologe
OBASTAN VİKİ
Me at the zoo
Me at the zoo (azərb. Zooparkda mən‎) – YouTube-a yüklənilmiş ilk video. Video sayta 23 aprel 2005-ci il saat 20:27:12-də PDT (24 aprel 2005 at 3:27:12 UTC ilə) yüklənmişdir. Videonu istifadəçi adı "jawed" olan saytın həmtəsisçisi Caved Kərim sayta yükləmişdir. Videonu onun məktəb dostu Yakov Lapitskiy lentə almışdır. O Youtube akkauntunu eyni gündə yaratmışdır. On doqquz saniyəlik video Yakov Lapitskiy tərəfindən San-Dieqo Zooparkında lentə alınmışdır. Videoda Kərim fillərin qarşısında dayanır. Caved videoda fillərin çox uzum xotumlarının olmasını söyləyir.
Daşkənd zooparkı
Daşkənd zooparkı (özb. Toshkent hayvonot bogʻi; rus. Ташкентский зоопарк) – Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən zoopark. Zoopark 1924-cü ildə Özbəkistan Milli Universitetinin zooloqlarının təşəbbüsü ilə açılmışdır və cəmi 3 ha sahəyə malik idi. 1940-cı illərin sonlarında artıq zooparkda 200-ə qədər heyvan növü saxlanılırdı. 1992-ci ildə zooparkın sahəsi 10,7 ha, burada saxlanılan heyvan növlərinin sayı 270-dən çox idi. 1994-cü ildə Özbəkistan Respublikası Nazilər Kabinətinin verdiyi qərarla zooparkın dünya standartlarına uyğunlaşdırılması qərarlaşdırılmışdır. 1997-ci ildə zooparkın sahəsi 21,5 ha olmuşdur. 1998-ci ildən zoopark Beynəlxalq Avro-Asiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür. Zooparkın sahəsi 21,5 ha təşkil edir.
Emiliya Abbasova (zooloq)
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Fauna (zoologiya)
Fauna (lat. Fauna — meşə və çöl ilahəsi, heyvanların himayədarı) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu. Süxurların və ya çöküntü qatlarının arasında olan orqanizm qalıqlarının kompleksi də fauna adlanır. Bu və ya digər rayonun faunası müxtəlif heyvan qruplarından (faunistik kompleksdən) ibarətdir. Tundra, meşə, çöl, yarımsəhra, səhra faunistik kompleksləri olur. fauna termini müxtəlif istematik kateqoriyadan olan heyvanlara müəyyən ərazidə (quşların faunası, böcəklərin faunası) aid edilə bilər. Yerin çoxəsrlik tarixində bir çox faunalar biri digərini əvəz etmişdir. Bu, bir tərəfdən yeni növlərin yayılmasına, digər tərəfdənsə sayın azalmasına və əvvəllər dominant olmuş bir sıra növlərin məhvinə səbəb olmuşdur. Fauna termini həm müxtəlif sistematik qruplara aid heyvanlara, həm həyat tərzi və yaşayış şəraitinin oxşar olmasına görə birləşdirilmiş heyvan qruplarına, həm də insan üçün əhəmiyyəti olan heyvanlara aid edilir. Fauna analizi – hər hansı əraziyə və ya müəyyən biosenozun tərkibinə daxil olan heyvanların tam növ tərkibi.
Karaqanda zooparkı
Karaqanda zooparkı (qaz. Қарағанды хайуанаттар бағы) — Qazaxıstanın ən yaşlı zooparklarından biri. Zooloji park 1938-ci ildə təşkil edilmişdir. Parkın ərazisi 43,5 ha olsa da ondan yalnız 8 ha ərazi istifadə edilir. Zooparkın ən məşhur sakini Batır ləqəbli hindistan fili olmuşdur. 1989-cu il məlumatına görə zooparkda 700 baş canlı olmuşdur. Onlar 159 növdə birləşirdi (69 məməli, 25 növ quş, 14 növ sürünən, 3 növ suda-quruda yaşayan, 25 növ balıq). Burada xaslanan 15 növ Beynəlxalq, 14 növ SSRİ, 8 növ isə Qazaxıstan SSR Qırmızı kitabına salınmışdır. XX əsrin 80-ci illərində zooparkda 26 növ çoxaldıla bilmişdir. 80-ci illərin sonlarında zoopark Karaqanda Dövlət Universiteti, Karaqanda Dövlət Tibb Universiteti, Karaqanda Vilayət Tarix Diyarşunaslıq Muzeyi ilə əməkdaşlığa başlamışdır.
Kür silsilə su anbarlarının zooplanktonu
London Zooloji Parkı
London zooparkı (ing. London Zoo) — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur. London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır. İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır. Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi.
London zooparkı
London zooparkı (ing. London Zoo) — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur. London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır. İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır. Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi.
Mahir Hüseynov (zooloq)
Mikayıl Rəhimov (zootexnik)
Rəhimov Mikayıl İsmayıl oğlu (26 sentyabr 1930, Tumaslı, Naxçıvan MSSR – 31 oktyabr 2004) – zootexnik, kənd təsərrüfatı elmləri doktoru (1985), professor (1986), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının (1991) müxbir üzvü. SSRİ Dövlət mükafatı laureatı (1985). Mikayıl Rəhimov 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstana sürgün edilib. Ali təhsilini 1953-1958-ci illərdə Perm Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsində alıb. Mikayıl Rəhimov 1970-ci ilə kimi Tümen Kənd Təsərrüfatı İnstitutun­da dosent, ka­fed­ra müdiri və Zootexnika fakültəsində dekan vəzifəsini icra edib. 1970-ci ildən 1987-ci ilə kimi Sibir Elmi Tədqiqat Layihə Texnoloji Hey­van­darlıq İnstitu­tunun Ətlik-maldarlıq şöbəsində müdir vəzifəsində çalışıb. 1987-ci ildə akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Hey­van­darlıq İnstitutuna rəhbər təyin olunub. Mikayıl Rəhimov 1961-ci ildə Perm Kənd Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub. Xüsusi zootexnika ixtisası üzrə 1964-cü ildə aspiranturanı qurtarmış və "Seksun malının südlük və ətlik keyfiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Moskva zooparkı
Moskva zooparkı — Yaroslavl, Rostov-na-Don və Novosibirsk zooparklarından sonra Avropanın ən qədim və Rusiyanın dördüncü ən böyük zooparklarından biridir. 1864-cü ildə əsası qoyulub. İl ərzində sabit bir sayda- 3,5 milyona qədər insan ziyarətçi sayı var. İnsanların ziyarətinə görə dünya zooprklarınının ilk onluğuna daxildir. Zooparkın kolleksiyasında 1132 heyvan növü, canlı nümunələrin sayı 5000-dən çox fərddir. Rusiyanın əsas zooparkı statusunu daşıyır, həmçinin Avrasiya Zooparklar və Akvariumlar Assosiasiyasının qərargahıdır. Vahid növlərinin saxlanılması / öyrənilməsi (bərpası və reintroduksiya), nadir növ heyvanların əsirlikdə yetişdirilməsi üzrə beynəlxalq layihələrin fəal iştirakçıdır. Zoopark, Krasnaya Presnya, Bolşaya Gruzinskaya və Zoologicheskaya küçələri arasında Sadovoye Kolsonun yanında yerləşir. Əsas giriş, Barrikadnaya və Krasnopresnenskaya metro stansiyalarından uzaq olmayan Krasnaya Presnya və Bolşaya Gruzinskaya kəsişməsindədir. 2014-cü ilə qədər Moskva zooparkının simvolu bir yabanı tayqa pişiyi — manul idi.
Qütb zoocoğrafi vilayəti
Zoocoğrafi vilayət- Yer kürəsində heyvanların əsas coğrafi vilayətləridir. Antarktida zoocoğrafi vilayəti Antarktida materikinin sahil zonasını, 60° c.en. dairəsindən cənubda yerləşən adaları və arxipelaqları (Cən. Georgi, Cən. Şetland, Cən. Orkney, Cən. Sandviç, Buve, Kerqelen və s.), Dünya okeanında isə təxminən 40° c. en. dairəsinədək olan su akvatoriyasını əhatə edən zoocoğrafi və ya faunustik vilayətdir. Antarktidada quruda yaşayan məməlilər yoxdur, ancaq bəzi qurdlara, xərçənglərə, ilbizlərə və qanadsız həşəratlara təsadüf edilir.
Rauf Hacıyev (zooloq)
Rauf Hacıyev (tam adı: Rauf Vahid oğlu Hacıyev; 21 avqust 1958) — Azərbaycan zooloq alimi, ixtioloq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Onurğalılar zoologiyası kafedrası"nın professoru, biologiya elmləri doktoru. 21.08.1958-ci ildə anadan olmuşdur. 1965-1975 - Bakı şəhər 175 saylı orta məktəbdə təhsil almışdır. 1975-1980 – Azərbaycan Dövlət Universiteti Biologiya fakültəsi (ali təhsil) 1999-2003 – Bakı Dövlət Universiteti Hüquqşünaslıq fakültəsi (II ali təhsil) 1989- «Эколого-физиологические особенности развития лосося в раннем онтогенезе» (Erkən ontogenezdə Kür qızılbalığının inkişafının ekoloji-fizioloji xüsusiyyətləri) mövzusunda namizədlik dissertasiyasının müdafiəsi 2005- «Осетровые и лососевые Куринско-Каспийского региона, их биологические группы и эколого-физиологические особенности» (Kür-Xəzər regionu qızılbalığının və nərəkimilərin müxtəlif bioloji qruplarının ekoloji-fizioloji xüsusiyyətlərinin tədqiqi ) mövzusunda doktorluq dissertasiyasının müdafiəsi. 1989 – Biologiya elmləri namizədi, 1993 – Dosent, 2005 – Biologiya üzrə elmlər doktoru, 2008 – Professor. Su bioresurslarının mühafizəsi və idarə edilməsinin dövlət sistemi; Balıq populyasiyalarının dinamik nəzəriyyəsi; Balıqların davranışı və miqrasiyası; Balıqların akvakulturası; Su bioresurslarının idarə olunmasının əsasları. Zoologiya, İxtiologiya, balıqçılıq təsərrüfatı və akvakultura, balıqların və digər su bioresurslarının ekologiyası və mühafizəsi, Xəzər dənizinin ekologiyası. 2009 – Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında «"Tərəqqi" medalı» ilə təltif edilib. 2012 – Fransa Respublikası Hökümətinin kənd təsərrüfatı və balıqçılıq sahəsində Zabit dərəcəsində "Şöhrət" ordeni ilə təltif edilib. 2013 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın Azərbaycan üzrə milli əlaqələndiricisi təyin edilib.
Rostov zooparkı
Rostov Zooloji Parkı — Rusiya ərazisində mövcud olan ən iri (ərazisi 90 ha) və növ zənginliyi ilə seçilən zooparkdır. Zoopark Rostov-na-Donuda yerləşir. Rostov Zooloji Parkı nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinin qorunması ilə əlaqəli 38 proqramın üzvüdür. Üstəlik zoopark ISIS — Xüsusi heyvanlar haqqında beynəlxalq informasiyası sisteminin üzvüdür. Geniş əraziyə malik olması onu xüsusi ilə şəhər əhalisi arasında məşhur edir. Zoopark iyun 1927-ci ildə Semyon Mixayloviç Budyonnı adına məktəbin təbii guşəsində yaradılmışdır. Bu guşə əsasən məktəbin şagird və müəllim heyətinin səyi sayəsində yaradılmışdır. 26 iyun 1927-ci ildə bu guşə geniş şəkildə istifadəçilərin ziyarəti üçün açıq elan edilir. 1929-ci ilin payızında kolleksiya şəhər kənarına köçürülür və beş şəhər bağı ona birləşdirilir. Zooparkın ilk direktoru Vladimir Vilhelmoviç Keqel olmuşdur.
Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zoologiya Muzeyi
Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zoologiya Muzeyi — Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun zoologiyaya həsr edilmiş bölməsidir, Sankt-Peterburqda yerləşir.
Sahib Əhmədov (zooloq)
Əhmədov Sahib Bəylər oğlu (1 iyul 1949, Xələfli, Cəbrayıl rayonu – 2019, Bakı) — AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist. Əhmədov Sahib Bəylər oğlu 1 iyul 1949-cu ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Xələfli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Xələfli kənd səkkizillik məktəbbin birinci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1964-cü ildə Cəbrayıl şəhərindəki M. Qorki adına orta məktəbin 9-cu sinfinə daxil olmuş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetində keçirilən Ümumittifaq tələbə elmi məruzəsinə görə I dərəcəli diplom almışdır. O 1972-ci ildə "Azərbaycanda çöl turağaylarının ekologiyasına dair" mövzusunda yazmış olduğu diplom işində Azərbaycanda ilk dəfə ikixallı turağayın yayıldığını faktik materiallarla təsdiq edir və onun ekologiyasını dərindən tədqiq edir. 1972–1973-cü tədris ilində İmişli rayonunun Ağaməmmədli kənd orta məktəbində, 1973–1974-cü tədris ilində həmin rayonun Murquzallı kənd səkkizillik məktəbində kimya-biologiya müəllimi işləmişdir. 1974–1978-ci illərdə Cəbrayıl rayon Xələfli stansiyasındakı 8 illik məktəbində kimya-biologiya müəllimi işləmışdır. 1978-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Zoologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
Saleh Əliyev (zooloq)
Saleh Əliyev (bioloq)
Tbilisi zooparkı
Tiflis zooparkı (gürc. თბილისის ზოოპარკი) — Gürcüstanın paytaxtı Tbilisidəki zoopark. Tbilisi Zooloji Parkı Tblisi Şəhər Şurası İcraiyyə Komitəsinin fərmanı ilə 10 fevral 1927-ci ildə qurulur. Tikinti üçün Vere çayının dərəsində (indi şəhərin tam mərkəzində - Qəhrəmanlar Meydanında) təxminən 100 hektarlıq bir sahə ayrılır. Zooparkın baş planı Moskva Zooparkının tədqiqat sektorunun müdiri, Leninqradın memarı professor P. A. Manteifeldən ibarət xüsusi komissiya tərəfindən hazırlanmışdır. Zooparkdakı heyvanların təbii yaşayış mühitinin şərtləri nəzərə alınmaqla, süni şəkildə mümkün qədər təbiətə yaxın şərait yaradılmışdır (qayalar, şəlalələr, hovuzlar, bitki örtüyü, çəmənliklər.). Zooparkda meymun evi, akvarium, terrarium vardır. Tbilisi Zooparkında Qafqazda və xüsusən də Gürcüstanda geniş yayılmış endemik fərd növləri geniş şəkildə təmsil olunur: dağ keçisi, bezoar keçisi, Asiya muflonu, qarapaca, Avropa cüyürü, Adi qırqovul, Qafqaz uları, dağ qartalı və s. Uzun illər görkəmli gürcü zooloqu professor Arçil Canaşvili zooparkın elmi hissəsinin daimi rəhbəridir. Burada bir çox tanınmış təbiətşünas alimlər və aparıcı mütəxəssislər tədqiqat işləri ilə məşğul olmuşdur.
Ueno zooparkı
Ueno zooparkı (恩賜上野動物園, Onshi Ueno Dōbutsuen) – Yaponiyanın Tokio şəhərinin Tayto xüsusi rayonunda yerləşən zoopark. Sahəsi 14,3 hektardır. Tokio Metropolitan Hökuməti tərəfindən idarə olunur. Yaponiyanın ən qədim zooparkıdır. 20 mart 1882-ci ildə açılmışdır. Ueno stansiyasının park çıxışından 5 dəqiqəlik uzaqlıqdadır. Ölkənin ilk monorelsi olan Ueno zooparkı monorelsi parkın şərq və qərb hissələrini əlaqələndirir. Zoopark Ueno parkında yerləşir. Parkda muzeylər, kiçik əyləncə parkı və digər attraksionlar var. Zoopark bazar ertəsi günləri bağlı olur.
Zoobentos
Su hövzələrinin dib torpaqlarında yaşayan heyvanlar: infuzorlar, oliqoxetlər, mollyuskalar, iynəcə sürfələri, xironomid sürfələri və başqaları. Bu qruplaşmanı əmələ gətirən heyvanları ölçülərinə görə mikro, -mezo- və makrobentosa bölürlər.
Zoofiliya
Zoofiliya (yun. ζῷον — "heyvan" и φιλία — "sevgi") — insan olmayan canlılara qarşı cinsi cazibə və ya cinsi hərəkət. Termin ilk dəfə 1894-cü ildə alman psixiatr Rixard von Kraft-Ebinq tərəfindən "Cinsi Psixopatiyalar" kitabında istifadə olunmuşdur. Bəzi ölkələrdə heyvanlarla cinsi əlaqə qadağan olunmasa da, əksər ölkələrdə heyvanlara qarşı sui-istifadə təbiətə qarşı cinayətlərə dair qanunlara əsasən qanunsuzdur.
Zoofobiya
Zoofobiya — heyvan qorxusudur. Bir və ya bir neçə heyvandan qorxmaqdır. Adətən bu fobiya kiçik yaşlarda ortaya çıxır. Qorxulu heyvanın zərərli cinsdən olması lazım deyil. Bütün növ heyvanlardan qorxmaq olar. Ən ümumi olanlar; itlər, pişiklər və hörümçəklər kimi heyvanlar olsa da, bir çox başqa heyvanlardan da qorxmaq olar. Ziqmund Freydin daha əvvəl qeyd etdiyi kimi, heyvan fobiyası uşaqlar arasında ən çox rast gəlinən psixonevrotik xəstəliklərdən biridir. Tibbdə tam müalicəsi yoxdur. Ümumiyyətlə dərmanlar və müalicələrlə aradan qaldırılmağa və ya azaldılmasına çalışılır.
Zoologiya
Zoologiya — Heyvanlar aləmindən bəhs edən elmdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların bədən quruluşunu, həyat fəaliyyətini, yaşadığı mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Ən böyük məməli heyvan göy balinadır. Onun kütləsi 150 tona çatır. Ən kiçik məməli heyvan isə kiçik ağdişdir. Onun kütləsi isə cəmi 3 qramdır. Ağamalıyev F. Onurğasızlar zoologiyası ali məktəblər üçün dərslik. Bakı, 2012.
Zoologiya bağı
Zoologiya parkı — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur. Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır.
Zoologiya muzeyi
Zoologiya muzeyi — heyvan kolleksiyalarının (fiksəedici mayelərdə, qurudulmuş və ya xüsusi preparat halında saxlanan heyvanlar, bunların müqəvvaları, skeletləri, dəriləri, eləcə də buynuz, sümük və çanaqdan düzəldilən məmulatlar) saxlandığı elmi və mədəni-maarif müəssisəsi. Zoologiya muzeyində sistematika, faunistika, zoocoğrafiya, dəyişkənlik, heyvanların müqayisəli morfolokiya və anatomiyası, eləcə də təkamül nəzəriyyəsinə dair elmi-tədqiqat aparılır. Burada həmçinin məktəblilər və tələbələrlə tədris işi, zoologiyaya dair mədəni-maarif işləri təşkil olunur, təbiətin mühafizəsi haqqanda təbliğat aparılır. Zoologiya muzeyi nin kolleksiyası elmi fonddan və nümayiş etdirilən eksponatlardan ibarətdir. Zoologiya muzeyində eksponatlar, adətən, sistemli ardıcıllıqla, bəzən zoocoğrafi prinsipə görə düzülür. Bəzən stendlər də düzəldilir. Kolleksiyalar şüşəli vitrinlərdə yerləşdirilir. Mikroskopik kiçik obyektlər mikro fotoşəkillər və böyüdülmüş mulyajlarla əvəz edilir. Tematik sərgilərdən, qısametrajlı filmlərdən də istifadə edilir. Bakıda zoologiya muzeyi Azərbaycan Respublikası EA Zoologiya İnstitutunda yaradılmışdır (1971).

Значение слова в других словарях