ZORXANA

is. [ fars. ] köhn. Keçmişdə: ağır idman məşğələləri və yarışları keçirilən yer, bina.
Bundan sonra bir ayrısı başlayırdı: – Rəhmətlik xanın mənnən də arası kök idi.
Zorxanada işləyəndə xan da bizimlə işləyirdi. Çəmənzəminli.
Zorxanaya kim yazılsaydı, gərək hər gün oyuna gələydi. H.Sarabski.

ZORBAZORLUQ
ZORLAMA
OBASTAN VİKİ
Zorxana
Zorxana — qədim Azərbaycan şəhərlərində pəhləvanların Azərbaycan milli güləşi zamanı yarışdıqları meydan. == Zorxana pəhlivanları == Bu baxımdan XVIII əsrin sonlarında Çin, Hindistan, İran və Misirdə şöhrət tapmış Maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi, vaxtilə "altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı Abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, Göyçaylı Çingiz pəhləvan, Balaxanılı Sap Pənci, Bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa bu dövrdə zorxana üzrə xüsusi hörmət qazanmış pəhləvanlar olublar. Qarabağda, Şuşada pəhlivanlıq məktəbi vardı. Məktəbin xərcini Cəfərqulu xan Nəva çəkirdi. Pəhləvan Nabat, Pəhlivan Seyid Həsən çox məşhur idi. XIX əsrin sonları, 20-ci əsrdə Azərbaycanda Sali Süleyman və Rəşid Yusifov kimi məşhur pəhləvanlar el hörməti qazanmışdılar. Muxtar Dadaşov və Salar Aslanovun "Azərbaycan pəhləvanları" kitabında Sali Süleymanın pəhləvanlığı haqqında bunları oxuyuruq: "Məşhur pəhləvan İvan Poddubnının rəhbərliyi ilə beynəlxaq yarışlara hazırlaşan Sali Süleyman tezliklə misilsiz atletik bədən quruluşu, fenomenal gücü və güləş texnikası ilə idman həvəskarlarını valeh etmişdi. Avropanın sirk meydanlarında-London, Paris, Praqa, Roma və başqalarında dünyanın bir çox tanınmış güləşçilərini məğlub edən Sali Süleyman "çempionların qənimi" kimi şöhrət tapmışdı. O, öz məşqçisi İvan Poddubnı ilə birlikdə Vaşinqtonda və Çikaqoda keçirilmiş beynəlxalq turnirlərdə də müvəffəqiyyətlə çıxış etmişdi". Sali Süleyman həmçinin Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Dərbənddə, Qroznıda, Mahaçqalada, Moskvada və başqa şəhərlərdə özünəməxsus çıxışları ilə tamaşaçıları heyran qoymuşdu.
Zorxana 2017 İslam Həmrəyliyi Oyunlarında
Zorxana IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 20-22 may tarixləri arasında Baкı Kristal Zalında baş tutacaq.
2017 İslam Həmrəyliyi Oyunlarında zorxana
Zorxana IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 20-22 may tarixləri arasında Baкı Kristal Zalında baş tutacaq.

Значение слова в других словарях

бархати́стый бестранше́йный зате́йщик иподья́кон картёжница неприспосо́бленность Ньюфа́ундленд пересече́ние прошку́ривание экспорти́рование ломи́ться още́риваться просу́нуть спа́риваться ровесник чевалить disembarrass kvell modalism pinacotheca trustbusting автоматичный обоснование парламентёр фракционер