ZUĞ
ZUĞAT
OBASTAN VİKİ
Zuğaşi Berepe
Zuğaşi Berepe — 1993-1998-ci illər aralığında Türkiyədə fəaliyyət göstərən ilk laz rok qrupu. Qrupun adı azərbaycanca "Dənizin uşaqları" mənasına gəlir. Qrup lazca ilə yanaşı türkcə və hemşincə də mahnılar ifa edib. == Tarixi == Mehmedali Barış Beşlinin lazca siyasi çalarlı musiqi yaratma fikriylə Kazım Koyuncu ilə birlikdə 1993-cü ildə yaratdığı "ŞK'U" (Biz) qrupu bir il sonra İlhan Karahan və Metin Kalaçın da qrupa qoşulmasıyla adını dəyişərək Zuğaşi Berepe («Dənizin Uşaqları») etdi. 5 il fəaliyyət göstərən qrup sonuncu albomunu buraxdıqdan qısa bir müddət sonra fəaliyyətini dayandırdı. == Üzvləri == === İlkin tərkibi === Mehmedali Barış Beşli - vokal Kazım Koyuncu - akustik gitara, vokal İlhan Karahan - elektrogitara Metin Kalaç - bass-gitara === Digər üzvləri === Çingiz Eyvazov - zərb alətləri Mahmut Turan - tulum Zülküfil Murat Dilek - zərb alətləri Cafer İsleyen - bass-gitara Gürsoy Tanç - elektrogitara Uğurcan Sezen - klaviş° Qeyd: Zuğaşi Berepenin 1995-ci ildə buraxılan «Va Mişkunan» albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib. == Diskoqrafiya == === Va Mişkunan (1995) === Avlaskani Cuneli Golas Empula Yulun Yeşili Kamiyoni Bozo Bererttaşa Va Mişkunan Ernesto Ben Oxoşkva Do Oropa Şeni1995-ci ildə Anadolu Müzik etiketiylə satışa buraxılan «Va Mişkunan» («Bilmirik») albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib. === İgzas (1998) === Ma a Koçi Vore Enel Hak K3aperi Oropa Ar Tilifoni Ka Tun Mita Xendasoç Anlat Bana Dadişkimi Sopez Gulur İgzas1998-ci ildə buraxılan «İgzas» («Yeriyir») albomu qrupun ikinci və sonuncu albomudur. Bu albomdan qısa bir müddət sonra qrup dağılmışdır.