ZÖVQ

is. [ ər. ]
1. Hər hansı bir xoş təəssüratdan duyulan sevinc hissi, məmnunluq hissi; ləzzət, həzz, nəşə.
Sən mükafatını insanlığa xidmətində ara; Əbədi zövq, təsəllini həqiqətdə ara. A.Səhhət.
Həm zövqüdür, həm cövrüdür ömrün, o, həyatın; İnsanı ucaldan da, qocaldan da məhəbbət. B.Vahabzadə.
[Sultan:] Dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz, qardaşoğlu. İ.Hüseynov.

// Şəhvani ləzzət.
[Sevil:] Sən [Balaş] hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. C.Cabbarlı.

□ Zövq almaq – ləzzət almaq, həzz almaq, xoşlanmaq, nəşələnmək. Bu oxumaqdan heç bir zövq almadım.
[Solmaz:] Mən istərdim ki, mənim gözəlliyimdən bütün dünya zövq alsın. C.Cabbarlı.
Zərrə zövq almıram dəbdəbələrdən; Ömrü mahnılarla vururam başa. S.Rüstəm.
Güzgü də zövq alır gözəlliyindən; Səni güzgüyə də qısqanıram mən. B.Vahabzadə.

Zövq çəkmək – bax zövq almaq.
Zövq əhli – kefcil adam haqqında.
Bülbül istər gülü, zövq əhli sevər cananı; Hər bir aşiq sevir öz sevgili cananəsini. Vahid.

Zövq vermək – ləzzət vermək, nəşə vermək, kef vermək. Bu musiqi bizə böyük zövq verdi.
– Zövq verməz dəxi, eşq əhlinə şirin dəhənin. S.Ə.Şirvani.
…Bu gün [Ruxsarənin] öz ayağı ilə gəlməsi Sübhanverdizadəyə hədsiz bir zövq verdi. S.Rəhimov.

Zövqə batmaq – bax zövq almaq.
Zövqə dalmaq – zövqə qapılmaq, zövq içində olmaq.
Şimdi Sənan yatıb da röyadə; Zövqə dalmış behişti-əladə. H.Cavid.

Zövqə gəlmək – zövqlənmək əhvalı yaxşılaşmaq, kefi durulmaq.
Zövqə yatmaq (yaratmaq) – xoşa gəlmək, bəyənilmək, estetik tələblərə cavab vermək.
Zövqünü oxşamaq – bax zövq vermək. Təbiət öz gözəlliyi və təravəti ilə insanlara təsir edir, zövqünü oxşayır.
2. Gözəllik, hüsn.
Mirzağa deyirdi: – Sən bilməyirsən, Cəmilə! Xəlvət bir guşəyə çəkilib ikili yaşamağın başqa bir zövqü vardır. S.Hüseyn.
Nə xoş gəlib bu qış, bu qar; Qışın da başqa zövqü var. M.Dilbazi.

3. Gözəlliyi, incəliyi hiss etmə, duyma, seçmə, başa düşmə qabiliyyəti; estetik duyğu. Zövq ilə geyinmək. Onun incə zövqü var.
– Biləks, onda “Fərhad və Şirin” dastanına qiymət qoya biləcək qədər bədii zövq yoxdur. M.S.Ordubadi.
[Nadir bəy:] Məncə gözəllik zövqə aid bir şeydir. H.Cavid.

□ Zövq ilə – incəliklə, incə duyğu ilə, estetik tələblərə uyğun surətdə.
Burada hər şey zövq ilə sahman olunmuşdu. H.Seyidbəyli.

4. Meyil, həvəs, istək.
Qulluq zamanı öz fitri zövqümə görə, mütaliə və təhsilimdən qalmadım. M.F.Axundzadə.
Eyni zamanda sənin zövq və marağının əleyhinə olaraq, özünə sevgi elan edən adamları da cəzalandırmağa haqqın yoxdur. M.S.Ordubadi.

5. Əyləncə, şadlıq, kef, səfa. Zövq içində yaşamaq. O, bütün zövqümüzü pozdu.
– Göy səmti açıldıqca könüllər də açıldı; Dünya üzünə zövq, səfa endi, saçıldı. A.Səhhət.
Çalın, oxuyun! Biz də uzaqdan zövqünüzdə iştirak edəriz. H.Cavid.

Синонимы

  • ZÖVQ ləzzət — həzz — nəşə
  • ZÖVQ meyl — həvəs — istək
  • ZÖVQ əyləncə — şadlıq — kef — səfa
  • ZÖVQ gözəllik — hüsn
  • ZÖVQ duyma
  • ZÖVQ zövq bax 1. kef 1; 2. gözəllik; 3. ləzzət 1

Антонимы

  • ZÖVQ ZÖVQ – CÖVR Həm zövqüdür, həm cövrüdür ömrün o, həyatın; İnsanı ucaldan da, qocaldan da məhəbbət (B.Vahabzadə)

Этимология

  • ZÖVQ Ərəbcə “incə duyğu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ZÖVCƏ
ZÖVQ-SƏFA
OBASTAN VİKİ
Zövq
Zövq — müsbət emosiyaların ayrılmaz hissəsi olan subyektiv yaşam, xüsusilə, bir və ya daha çox ehtiyaclarını ödənilməsini müşayiət edir. Zövqün antonimləri əzab və ağrıdır. Epikür fəlsəfəsindəki zövq anlayışı xoşbəxtlik ilə eyniləşdirilir. Gələcəkdə isə bu nəzəriyyəyə hedonizm adlandırılır. Stoaçılar, əksinə, zövqü bir aslılıq, ehtiras və vərdiş kimi qəbul etdilər. İndi zövq, beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunduğu başa düşülür. İndi zövq, dedikdə beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunan, pozitiv emosional fon yaradan hisslər nəzərdə tutulur. Zövq prinsipi — sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrar prinsipi ilə yanaşı, Ziqmund Freydinin nəzəriyyəsindəki zehni aparatın dörd prinsipindən biridir. Zövq prinsipi psixanın gərginliyini minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də 1920-ci ildə Freyd paradoksal nəticə çıxarırır, "zövq prinsipi ölümlə bağlı meylə tabedir"" — və hər ikisi orqanizmi minimal səviyyəyə gətirib çıxarmağa çalışır.
Zövq prinsipi
Zövq prinsipi (alm. Lustprinzip‎) — Ziqmund Freydin nəzəriyyəsindəki psixi aparatın sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrarlama prinsipi ilə yanaşı dörd prinsipindən biri, Zövq prinsipi psixikanın gərginliyi minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də, 1920-ci ildə "Zövq prinsipindən kənar" əsərində Freyd paradoksal bir nəticəyə gəlir və deyir ki, "zövq prinsipi ölüm instinktinə tabedir" - hər ikisi bədəni minimum səviyyəyə - ideal olaraq sıfıra - psixi yüklənməyə gətirib çıxarmağa çalışırlar.
Dünyəvi zövqlər bağı
Dünyəvi zövqlər bağı (ing. The Garden of Earthly Delights; isp. El jardín de las delicias) — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir ad. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir.
Naməlum Zövqlər
Əhməd Əfəndi Zövqi
Əhməd Əfəndi (tam adı: Molla İbrahimxəlil Məhəmməd oğlu, d. XIX əsr, Şəki, Baş Göynük k. - ö. 1867, Şəki) — şair. == Haqqında == Qazı Molla Əhməd Əfəndi XIX əsrdə Şəkinin Baş Göynük kəndində anadan olub və qazı seçilib. Əhməd Əfəndi şair kimi də tanınıb. Şəxsiyyəti və yaradıcılığı haqqında ilk məlumatı böyük ədəbiyyatşünas Salman Mümtaz vermişdir: Əhməd Əfəndi Zövqi 1867-ci ildə vəfat edib.

Значение слова в других словарях