ZƏMİSİÇANI
ZƏNBƏRƏK
OBASTAN VİKİ
"Zəngilanın azad olunmasına görə" medalı
"Zəngilanın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Zəngilanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Füzulinin azad olunmasına görə" medalından sonra taxılır.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
Abbasabad (Zəncan)
Abbasabad — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 26 km cənubdadır.
Abbaslı (Zəncan)
Abbaslı — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Qışlaqat-Əfşariyyə kəndistanında, Qiydar qəsəbəsindən 34 km qərbdədir.
Abbasəli Əmid Zəncani
Abbasəli Əmid Zəncani (30 mart 1937, Zəncan – 30 oktyabr 2011, Tehran) — Tehran universitetinin rektoru, ayətullah. == Həyatı == Abbasəli Əmid Zəncani 30 mart 1937-ci ildə Zəncan şəhərində anadan olmuşdu. o, fiqh və hüquq sahəsində universitetin mötəbər ustadlarından idi. Hövzənin böyük ustadlarından kəsb etdiyi elm və savad nəticəsində, Cəfəri fiqhinin dəqiq və zərif nöqtələrini universitetlərdə tədris edirdi. O, fiqh və hüquq sahəsində gözəl əsərlər yazmışdır. Abbasəli Əmid Zəncani 2005–ci ildən 2008-ci ilədək Tehran Universitetinin rektoru olmuşdu. Abbasəli Əmid Zəncani 30 oktyabr 2011-ci ildə vəfat edib.
Abdal (Zəncan)
Abdal (fars. ابدال‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (8 ailə). == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Mərkəzi bölgəsində, Zəncan şəhərindən 34 km qərbdədir.
Abi (Zəncan)
Abi — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, qiydar qəsəbəsindən 12 km cənubdadır.
Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı
Zəngəzur Milli Parkı (tam adı: Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı) – 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında yaradılmışdır. 2009-cu il 25 noyabr tarixinədək Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı adlanmış, həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə adı dəyişdirilmişdir. Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. == Coğrafiyası == Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000–3000 metr arasında tərəddüd edir. Bu hissə 12 km-lik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır.
Algizir (Zəncan)
Algizir — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Sultaniyyə kəndistanında, Sultaniyyə qəsəbəsindən 21 km cənub-şərqdədir.
Aptek zəncəfili
Aptek zəncəfili (lat. Zingiber officinale) — zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü. == Sinonim == Amomum angustifolium Salisb. Amomum zingiber L. Amomum zinziba Hill [Spelling variant] Curcuma longifolia Wall. Zingiber aromaticum Noronha [Invalid] Zingiber cholmondeleyi (F.M.Bailey) K.Schum. Zingiber majus Rumph. Zingiber missionis Wall. Zingiber officinale var. cholmondeleyi F.M.Bailey Zingiber officinale f. macrorhizonum (Makino) M.Hiroe Zingiber officinale var.
Ardan Zəntürk
Ardan Zəntürk — (türk. Ardan Zəntürk, əsl adı türk. Ardan Zentürk; 12 avqust 1955 ) — türkiyəli jurnalist. == Təhsili == Orta təhsilini Marmara Kollecində (İstanbul), orta və lisey təhsilini Eskişehir Maarif Kollecində başa vurdu. 1979-cu ildə Marmara Universiteti, İdarəetmə Elmləri Fakültəsi, Siyasi Elmlər Bölümü, Xarici Siyasət Bölməsini bitirib və bir il müddətində İstanbul Universitetinin Siyasi Elmlər Bölməsində magistr dərəcəsini bitirib. Dreik Universitetində bir televiziya rejissoru kursu ilə işlədiyi müddətdə təhsilin əhəmiyyətli bir hissəsini tamamladı. Bu vaxt, Corctovn Universiteti Strateji Araşdırmalar İnstitutu və Oksford Universiteti Orta Asiya Araşdırmaları İnstitutu kimi qurumlarda peşəsi ilə əlaqədar qısamüddətli kurslara qatıldı. === Fəaliyyəti === Bir jurnalist kimi karyerasına 1976-cı ildə İstanbul Ticarət Palatasının rəsmi nəşri olan İstanbul Ticarət qəzetində başlamışdır. 1977-ci ildə Hüriyyət qəzetində səhifə redaktoru oldu. Daha sonra aşağıdakı qəzetlərdə çalışdı.
Ağadi mehrəli (Zəngəzur)
Ağadi mehrəli – Zəngəzur qəzasında kənd adı. == Toponimik izah == Ağadi mehrəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ağa şəxs adından (yaxud əxi) və farsca deh-kənd sözlərindən ibarətdir. Mehrəli adlı şəxsə məxsus Ağadi mənasındadır. == Həmçinin bax == Gəncə quberniyası Zəngəzur == Ədəbiyyat == Səbahəddin Eloğlu. Zəngəzur hadisələri, Bakı, 1992. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
Ağbulaq (Zəncan)
Ağbulaq — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Zəncanrud kəndistanında, Zəncan şəhərindən 58 km qərbdə, Zəncan-Təbriz avtomobil yolunun 21 kilometrliyindədir.
Ağcaqala (Zəncan)
Ağcaqala (fars. اقجه قلعه‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 315 nəfər yaşayır (82 ailə). == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Qarapəşlu kəndistanında, Zəncan şəhərindən 72 km şimal-qərbdədir.
Ağcaqışlaq (Zəncan)
Ağcaqışlaq - İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 45 km cənub-şərqdə, Qəzvin-Rəşt avtomobil yolunun 16 kilometrliyindədir.
Ağdağ (Zəncan ostanı)
Ağdağ — İranın Zəncan ostanında dağ. Hündürlüyü 2890 m. Dağ Zəncan şəhərindən təxminən 30 km şimalda yerləşir.
Ağzuc (Zəncan)
Ağzuc — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Əbhər şəhristanının Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 36 km cənub-qərbdədir.
Ağçapirə (Zəncan)
Ağçapirə (fars. اقچه پيره‎‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (22 ailə). == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 36 km cənub-qərbdədir.
Ağçuxalı (Zəncan)
Ağçuxalı - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Qışlaqat Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 59 km qərbdədir.
Babaylı (Zəngilan)
Babaylı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Məmmədbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Babaylı kəndi 1917-ci ildə Baba Yaqublu şəklində qeydə alınmışdır. Görünür, sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Etnotoponimdir. Toponimikada belə bir məlumat da var ki, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlər saldığına görə belə adlanmışdır.
Biab (Zəncan)
Biab — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən cənubdadır.
Burmanək (Zəncan)
Burmanək - İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 24 km şərqdədir.
Buğdakənd (Zəncan)
Buğdakənd — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Zəncan şəhristanının İcrud kəndistanında, Zəncan şəhərindən 42 km cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1036 nəfər yaşayır (258 ailə).
Büruç (Zəncan)
Büruç — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 26 km cənub-qərbdədir.
Büzuşa (Zəncan)
Büzuşa — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mahnişan bölgəsinin Qənibəyli kəndistanında, Mahnişan qəsəbəsindən 50 km şimal-şərqdədir.

Digər lüğətlərdə