Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biçənək (Şahbuz)
Biçənək — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Coğrafi mövqeyi == Biçənək Şahbuz rayonunun mərkəzindən 24 kilometr şimal-şərqdə, Zəngəzur silsiləsinin ətəyində, Naxçıvan-Laçın-Yevlax avtomobil yolunun kənarında yerləşən kəndin adıdır. Kənd Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Rayon ərazisində bu kənd adı ilə bağlı Biçənək aşırımı, Biçənək çayı, Biçənək mineral su bulaqları, Biçənək yolu, Biçənək meşəsi, Biçənək körpüsü və sair kimi coğrafi obyekt adları da mövcuddur. Biçənək kəndi keçmiş Zərnətün və Xınzirək kəndləri və Azərbaycanın tarixi ərazisi olan Zəngəzur qəzası ilə həmsərhəd ərazidə yerləşir. Məşhur Batabat yaylağı, Biçənək aşırımı, Fərhad evi, Zorbulaq bu kəndin yaxınlığındadır. Buradakı Əyriqar dağı, Ağ qaya, Qara qaya, Ballı qaya, Sarı qaya, Gəlin qayası, Xəznə təpəsi, Sandıq daş, Miz daş, Saat daşı, At taxta, Yanıq taxta, Yuxarı pay, Orta pay, Bənövşəli dərə, Qara göl, Cilli göl, Zorbulaq, Söyüdlü bulaq, Karvansara bulağı, Soyuq bulaq, Qiblə bulaq, Qızıl bulağı, Qırxgözlü bulaq, Turşsu və sair kimi yer-yurd adları ərazinin qədim oğuzlara məxsusluğunu təsdiqləyən faktlardır. == Tarixi == Tarixi qaynaqlara görə, Biçənək aşırımı qədim və orta əsrlərdə Naxçıvandan Beyləqana və oradan da Bərdəyə gedən yolun üstündə idi. IX əsr ərəb tarixçilərinin məlumatına görə, Azərbaycanın şimal hissələrinə hücum edən ərəb sərkərdəsi Salman ibn Rəbiə öz qoşununu Beyləqana Biçənək aşırımı ilə aparmışdı. Bu aşırım Naxçıvanla Arranı birləşdirən yeganə yol idi.
Biçənək aşırımı
Biçənək aşırımı — inzibati cəhətdən Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın mənbə hissəsində olan aşırımdır (hünd. 2346,9 m). Biçənək kəndi ərazisində yerləşir. Öz adını yaxınlığında yerləşən kəndin adından götürmüşdür. Mühüm əhəmiyyət kəsb edən Naxçıvan-Laçın-Yevlax avtomobil yolu aşırım ərazisindən keçir. Naxçıvan ilə Azərbaycanın tazixi torpaqları olan Zəngəzuru birləşdirir. Alt pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacı orta pleystosen yaşlı flüvioqlasial konqlomeratlarla örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir. Aşırımın gəzdək hissəsi və yamacında şimal-qərb istiqamətli eyniadlı fay qırılması və onun şaxələri müşahidə olunur.
Biçənək-i Cədid
Biçənək-i Cədid (fars. بوچينك جديد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 95 nəfər yaşayır (27 ailə).
Biçənəkçay
Biçənəkçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Naxçıvançayın sol qolu. == Haqqında == Mənsəbindən 69 km məsafədə ona tökülür. Uzunluğu 7 km., hövzəsinin sahəsi 16 kv. km.-dir. Əsasən qar və qrunt suları ilə qidalanır.
Siyənək
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Ağbaş siyənək
Ağbaş siyənək (lat. Alosa hrashnikovi grimmi) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır. == Morfoloji əlamətləri == Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur.
Pəçənək dili
Pəçənək dili — peçeneqlər tərəfindən danışılan Oğuz qrupuna aid bir türk dilidir. Pəçənəklər Orta Asiyadan Avropaya gəlmişlər və Balkanlara yerləşmişlər. Bizansa axınlar etmişlər Pəçənək Xanlığını qurmuşlar. Daha sonra Pəçənək Xanlığı Bizanslılar tərəfindən yıxılmışdır.
Qarabel siyənək
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Siyənək balığı
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
İrigöz siyənək
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür. Xəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir. D III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur. Dəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir.
Bicənd (Sərab)
Bicənd (fars. طاران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 369 nəfər yaşayır (94 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Heris kəndistanında, Sərab şəhərindən 10 km. cənubda, Sərab-Təbriz avtomobil yolunun üzərindədir.
Kumimanu biceae
Kumimanu biceae (lat.) —Pinqvinkimilər dəstəsinə aid olan nəsli kəsilmiş quş növü. Təqribi olaraq 59,5–55,5 mln il əvvəl yaşaması ehtimal edilir. Onların dinozavrların məhvindən sonra yayılması guman edilir. Bu canlının qalıqları Yeni Zelandiya ərazisində aşkar edilmişdir. Yeni növün açılışı 2017-ci ilin dekabrında elan edilmişdir. == Xüsusiyyətləri == Kumimanu biceae pinqvinlərinin hündürlüyü 170 sm, uzunluğu dimdikdən quyruğa qədər 140 sm, çəkisi isə 100 kq olmuşdur. Bu elmə məlum olan ən böyük pinqvindir. == İstinadlar == == Xarici keçidlər == Malcolm Ritter: Ancient penguin was as big as a (human) Pittsburgh Penguin on phys.org, retrieved 15 December 2017 (Note: The title refers to the Pittsburgh Penguins ice hockey team).
Süleyman bəy Bicən oğlu
Süleyman bəy Bicən oğlu (? -1492) - Ağqoyunlu sərkərdəsi. 1480-ci ildə Ağqoyunlu torpaqlarına soxulmuş Misir sultanı Qait bəyi (1468-96) məğlub etmiş və Diyarbəkirdə möhkəmlənmişdi. Baysunqur Mirzənin hakimiyyəti dövründə əmir əl–ümərə (əmirlər əmiri) kimi ölkəni idarə etməyə başlamışdı. 1492-ci ildə Rüstəm Mirzənin qoşunları ilə Bərdə yaxınlığında baş vermiş döyüşdə məğlub olan Süleyman bəy Bicən oğlu Diyarbəkirə qaçmış, orada öldürülmüşdür.