ZƏNCİRLƏMƏK

f.
1. Zəncir vurmaq, zəncirlə bağlamaq. İti zəncirləmək.
– Piri kişi qara köpəyi heç vaxt zəncirləmirdi. S.S.Axundov.

2. məc. Boğmaq, hərəkət etməyə, fəaliyyət göstərməyə imkan verməmək.
Din və məzhəb yoxsulları zəncirləyib ağalara və sərvətdarlara qul etmək üçün yaradılmışdır. S.S.Axundov.
Qanun var ki, zəncirləmiş ruhu, dili, həvəsi. N.Rəfibəyli.

3. məc. Özünü bir işə və ya şeyə bağlamaq, əl-ayağını bağlamaq. [Aslanın] bir fikri vardısa, o da qardaşını evləndirməkdi.
Lakin Fərhad həmişə eyş-işrətdə olduğu üçün özünü hələ zəncirləmək istəməyib Aslanın sözlərini rədd edirdi. C.Cabbarlı.

Синонимы

  • ZƏNCİRLƏMƏK bağlamaq — buxovlamaq
ZƏNCİRLƏMƏ
ZƏNCİRLƏNMƏ

Значение слова в других словарях