ZƏNCİRLƏNMƏK

məch.
1. Zəncirlə bağlanmaq, zəncir vurulmaq; bağlanmaq.
Dar meydanda aslanın da zəncirlənər əl-ayağı. S.Vurğun.
Yatdığı yerdən hürə-hürə sıçrayan, tut ağacı kölgəsində zəncirlənmiş ( f.sif. ) Alabaşa acıqlanıb, sonra da Şahbəy Sirata qışqırdı… Ə.Əbülhəsən.

2. Zəncir kimi sıralanmaq, düzülmək.
□ Bir-birinə zəncirlənmək – bir-birinə bağlanmaq, silsilə kimi düzülmək, sıralanmaq.
Yolun lap yuxarı səmtlərində isə birbirinə zəncirlənmiş, uca və yaşıl dağlar vardı. S.Rəhimov.

ZƏNCİRLƏNMƏ
ZƏNCİRLƏTMƏ

Значение слова в других словарях