ZƏRDÜŞTİLİK,

ZƏRDÜŞTLÜK сущ. къадим Азербайжан, Иран ва Юкьван Азиядин халкьарин дин (а диндин лап кьетӀен хсусият дуьньяда кьве къуватди - хийир ва шерди гьамиша сад-садахъ галаз женгина хьунин фикирдикай ибарат я).
ZƏRDÜŞTİ
ZƏRƏDİN
OBASTAN VİKİ
Zərdüştilik
Zərdüştilik (avest. vahvī- daēnā- māzdayasna- — "Müdriklərə hörmət bəsləyən xoş inam", fars. «بهدین»‎ — behdin, "Xoş inam") dünyanın ən qədim dinlərindən biri. Azərbaycanın qədim dövləti olan Atropatena da bu dinə sitayiş edirdi. == Ümumi məlumat == Dünyanın ən qədim etiqadlarından biri olan Zərdüştilik İran ərazisində meydana gəlmişdir. Zərdüşt dini onun banisi Zərdüştün adı ilə bağlıdır. Bu yeni dini etiqad yalnız İran ərazisində yaşayan tayfalar tərəfindən qəbul edilmədi. O, eyni zamanda Azərbaycan, Orta Asiya, Hindistan və digər ölkələrdə yaşayanların da dininə çevrildi. Zərdüştün həyat və fəaliyyəti haqqında indi də tədqiqatçılar arasında mübahisələr davam edir. Uzun illər ərzində bu barədə külli miqdarda tədqiqatlar aparılmasına baxmayaraq, hələ də Zərdüştün nə vaxt və harada yaşayıb, yaratmasıyla bağlı dəqiq fikir yoxdur.
Azərbaycanda zərdüştilik
Yampolski belə hesab edirdi ki, Azərbaycan zərdüştlük üçün bir növ, papa vilayəti rolunu oynayıb. Ən nüfuzlu atəşpərəst məbədləri Azhttps://az.m.wikipedia.org/wiki/Az%C9%99rbaycanda_z%C9%99rd%C3%BC%C5%9Ftilikərbaycanda yerləşirdi. Zərdüştlük ideologiyasının yayıcıları kahin-maqlar da Azərbaycanın yerli xalqı idilər. Maq sözü öz əsl mənasından başqa həm də sehrbaz, cadugər anlamında bütün dünya dillərinə keçib. Azərbaycanın çox yerlərində indiyədək yanan şamı üfürüb söndürmək, yanan ocağa su tökmək günah sayılır. Şamın, çırağın və s. bu kimi şeylərin evdə qəflətən sönməsi yaxın vaxtlarda ailə üçün bədbəxtlik gözlənildiyindən xəbər verir. Odu söymək, yaxud oda boş yerə and içmək böyük günahdır. Odu su ilə söndürmək olmaz. Azərbaycanda yaranıb yayılmış xürrəmilik, məzdəkilik, hürufilik kimi dini cərəyanlar da zərdüştilikdən qidalanıblar.
Cahi (zərdüştilik)
Cahi — zərdüştilikdə "şəhvət" iblisi. Adı Avesta dilindədir. İpostatik bir varlıq olan Cahi müxtəlif cür şərh olunur. Onun standart epiteti "fahişə"dir. Zərdüşti ənənəsində Cahi Pəhləvi dilində "Ceh" kimi qeyd edilir. Burada o, Əhrimənın yoldaşı və menstrual dövrünün səbəbi kimi xarakterizə olunur. == Mətnlərdə == "Haoma" ilahisində dindar "oturub Haomanın qurbanını yeyərək çirkli fahişənin" vəsvəsələrini rədd edir. "Aşa" ilahisində "mantra senta" Cahi və digər zərərli varlıqlara qarşı təsirli bir vasitədir. "Aşi" ilahisində "Bəxt" Cahinin nalayiq hərəkətlərindən necə utandığına görə fəryad edir.

Значение слова в других словарях

воево́дство двухдне́вный дото́шность пи́кколо писсуа́р приторцева́ть сво́дик аккура́т дефили́рование пистоль civilizer constate drawing-knife harpoon Keystoner number overfed scoring-area soccage soot-cancer swanneck tintype traversable tungstate золотоискатель