ZƏRƏRDİDƏ

sif. [ ər. zərər və fars. …didə] Bir hadisə, fəlakət və s. nəticəsində zərər çəkmiş, ziyan görmüş, xəsarət görmüş. Zərərdidə adam. Zərərdidə ölkə.
– Malı gedənlər və zərərdidə (z.) olanlar qorxudan baş komandanın yanına şikayətə gedə bilmirdilər. M.S.Ordubadi.

// İs. mənasında. Zərərdidələrə kömək. Daşqın zərərdidələri.
– Yüzbaşının yasavulları küçələri dolanırdılar və zərərdidələri yoxlamaqda idilər. C.Məmmədquluzadə.

□ Zərərdidə olmaq – zərər çəkmək, ziyan görmək, xəsarətə uğramaq.
Əvvəla, təhlükə zamanlarında Məşədi Kazım ağanın maliyyə işləri zərərdidə olurdu. M.S.Ordubadi.

ZƏRƏR
ZƏRƏRLİ

Значение слова в других словарях