ÇALA-ÇÖKƏK
ÇALA-ÇÖKÜK
OBASTAN VİKİ
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Qrabenvari çökəklik
Qrabenvari çökəklik(rus. грабенообразный прогиб, ing. graben-like depression)- uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Çökəklik karstı
Çökəklik karstı-tropik karstı bir növü, qrunt suları dərində yerləşən ərazilərdə çatlı əhəng daşlarında inkişaf edir və bir-birinə yaxın yerləşmiş dik yamaclı dərin çökəkliklərin çox olması ilə səciyyələnir. Qonşu çökəkliklərin kəsişən yamacları, korroziya ilə yeyilmiş iti dişli tirələr əmələ gətirir.Kubada, Yamaykada yayılmışdır.
Nəhəng çala
Nəhəng çala - (rus. исполиновы котлы, ing. kettle holes) evorzion çuxur- eni bir neçə metrə bərabər olan təbii yarımdairəvi çuxur, içərisində daş aparan suyun fırlanma hərəkəti nəticəsində bərk süxurlarda əmələ gəlir. Buzlağın yatağında, şəlalənin dibində, dar tənginin yanlarında, dəniz sahil­lərində yaranır.
Çala (Əlburz)
Çala (Əlburz) (fars. چاله‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 237 nəfər (80 ailə) yaşayır.
Çala gölü
Çala gölü – Bəndovan Dövlət Təbiət Yasaqlığının və Şirvan Dövlət Təbiət Qoruğunun ərazilərində yerləşir. Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 metrə çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişdir. Gölün köçəri su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır. Göl Qızılqaz, Flaminqo gölü olaraq da adlanır. Böyük və Kiçik Çala (Qızılqaz) gölləri XX əsrin 50-ci illərində Salyan su toplayıcı kanalının yaranması nəticəsində əmələ gəlmişdir. Göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri sufərəsi, adi təqibçi, kiçik təqibçi, cırtdan təqibçi və qamışlıq fərəsidir. Azərbaycanın bir çox gölü kimi bu göl də kanal suyu ilə (Şirvan kanalının) qidalanır. Susevər bitkilərin, xüsusilə də pambığın əkin sahələrinin kiçilməsi səbəbindən irriqasiya kanallarının suyunun səviyyəsi kəskin surətdə aşağı düşmüş, buna görə də gölə axan sular azalmışdır. 1990-cı illərin əvəllərindən Salyan su toplayıcı (Yenikənd) kanalına suyun vurulmasının dayandırılması ilə əlaqədar olaraq göllərə su daxil olmamış və 1999-cu ilin yayında sahəsi 4 min hektardan çox olan göllər qurumuşdur.

Digər lüğətlərdə

ока́шивание промока́ться разлипа́ться сочини́тельский ультимати́вный изна́ночный отепли́ть отлета́ть раску́рка сафа́ри спекуля́нт тонкосло́йный трухля́веть укомплектова́ть чревоуго́дник лашуня gang hackie oncornavirus saturation point snippety steamship top-dressing verger индоссировать