1. Musiqi alətində ifa edilmək.
Bu sırada yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahəng ilə çoban düdüyü çalınmağa başlar.
Sanki birdən çalınırdı; Qumrov, kaman, nayla ney.
2. Vurulmaq, eşidilmək.
…Qapının zəngi çalındı, Şirmayı … tez qapını açdı.
3. Döyülmək, taqqıldadılmaq.
Dün qapım çalınarkən anladım, odur, haman; Çıxdım, ansızın öpdüm onun yüngül əllərin.
Bu halda evin qapısı çalındı.
4. Vurulmaq, qaxılmaq (mıx).
// Mıxla bir yerə bənd edilmək, vurulmaq.
Yan küçədə sınıq-sökük darvazaya çəkməşəkilli iri bir lövhə çalınmışdı.
5. Biçilmək. Otlaqların otu çalınmışdır. Biçənək çalındı.