ÇALINMAQ

məch.
1. Musiqi alətində ifa edilmək.
Bu sırada yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahəng ilə çoban düdüyü çalınmağa başlar. H.Cavid.
Sanki birdən çalınırdı; Qumrov, kaman, nayla ney. Ə.Cavad.

2. Vurulmaq, eşidilmək.
…Qapının zəngi çalındı, Şirmayı … tez qapını açdı. M.Hüseyn.

3. Döyülmək, taqqıldadılmaq.
Dün qapım çalınarkən anladım, odur, haman; Çıxdım, ansızın öpdüm onun yüngül əllərin. M.Müşfiq.
Bu halda evin qapısı çalındı. H.Nəzərli.

4. Vurulmaq, qaxılmaq (mıx).
// Mıxla bir yerə bənd edilmək, vurulmaq.
Yan küçədə sınıq-sökük darvazaya çəkməşəkilli iri bir lövhə çalınmışdı. Çəmənzəminli.

5. Biçilmək. Otlaqların otu çalınmışdır. Biçənək çalındı.
ÇALINMA
ÇALIŞ-VURUŞ

Digər lüğətlərdə

-аш-(а) води́тельница всклоко́читься гран иго́льничек како́й-никако́й карбона́д неразреши́мость прахо́вый фа́брение шпа́риться щито́вник этиоли́рованный агно́стик интелле́кт льно... мере́кать симбио́з шква́листый antistatic arsy-versy mail-plate rain in surface-water кабатчик