ÇAPAQ

is. zool. Çoxalmaq, bəzən də qışlamaq üçün çaylara keçən bədəni yanlardan basıq balıq.
Siyənək balıqlarının – külmə, çapaq, çəki, suf, nərə növləri var.
ÇAPACAQ
ÇAPALAMA
OBASTAN VİKİ
Çapaq
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Ağ çapaq
Ağ çapaq (lat. Blicca bjoerkna) — Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Blicca sinsinə daxil olan yeganə növ. Uzunluqları 35 sm, çəkiləri isə 1,3 kq qədər olan balıq. Adətən isə çəkiləri 100-200 q arasında dəyişir. Çapaqlar cinsinə daxil olan növlərə bənzərlikləri ilə seçilirlər. Əsasən sürü halında yaşayırlar. Gümüş gövdəsi, yan tərəfdən gənc bir çapağı xatırladır. Ağ çapaqlar çapaqlardan udma dişlərinin sayı baxımından fərqlənir. Belə ki, çapaqlardan fərqli olaraq ağ çapaqlarda yanlarda 5 əvəzinə 8 diş olur.
Çapaqan (Meşkinşəhr)
Çapaqan (fars. چپقان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd Meşkin şəhristanının Mərkəzi bölgəsində, Şərqi Meşkin kəndistanında, Meşkinşəhr-Ərdəbil avtomobil yolunun 6 kilometrliyindədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 447 nəfər yaşayır (99 ailə).
Çapaqcur
Bingöl — Türkiyənin Bingöl ilinin inzibati mərkəzi. Bingölün əvvəlki adı Çapaqcur olmuşdur. 1946-cı ilə qədər Elazığ və Ərzincana bağlı torpaqları varkən Çapaqcur adıyla il oldu. 1950-ci ildə isə adı Bingöl adını daşıyır. Çapaqcur öncə Qaraqoyunluların, sonra Ağqoyunluların əlində olmuşdur.
Çapaqcur döyüşü
Çapaqcur döyüşü — 1387-ci ildə Qaraqoyunlu Və Teymurilər arasında baş vermiş müharibə. 1386–1388-ci illər ərzində Teymur Şimali İrana və Azərbaycana yürüşlər təşkil edir. 1386-cı ildə Səmərqəndə yola düşən Teymur əvvəlcə Luristan hakimi Məlik İzzəddin üzərinə yürüş edir. Məlik İzzədini və ailəsini Türküstana sürgün etdikdən sonra ikinci hədəfini gerçəkləşdirmək üçün Azərbaycana yola düşür. Bu ərəfədə Cəlairi Sultanı Əhmədin Təbrizə gəlişi xəbərini eşidir, lakin Cəlairi Əhməd Teymurun da bu bölgəyə səfərindən xəbər tutaraq Bağdada doğru yönəlir. Teymur həmin yazı Təbrizdə keçirdikdən sonra Naxçıvana və Qarsa yürüş edərək bu əraziləri ələ keçirir. Daha sonra Gürcüstan və Şərqi Anadoluya yönələn Teymur burada Avnik, Muş, Van, Əhlət qalalarını ələ keçirir. Teymurun yürüşlərə başının qarışdığı bir dövrdə çoxlu qüvvə toplayan Toxtamış Təbriz üzərinə hücuma keçir. Toxtamışın Təbrizi yağmalaması xəbərini eşidən Teymur da Təbrizə yönəlir. 1387-ci ilin əvvəllərində Teymur Qarabağda olarkən Toxtamış da Dərbəndi keçərək Samur çayı yaxınlığına gəlir.
Çapaqcur döyüşü (1387)

Çapaqlar
Çapaqlar (Abramis Cuvier, 1816) — çəkilər fəsiləsinə aid olan balıq cinsidir. Bədənin hündürlüyü, yanlardan basıqlığı və anal üzgəci əsasının uzunluğu ilə tanınır. Anal üzgəcinin önü bel üzgəcinin gerisi bərabərindədir.Udlaq dişləri bir cərgəlidir, sayı 5–5, bəzən 6–5, çox nadir hallarda 5–6 olurUdlaq dişlərinin tacı kəsik şəkildədir, çeynəmə səthi isə şırımlıdır. Peysərin gerisində pulcuqla örtülü olmayan şırım və qarın üzgəclərinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır. Anus üzgəci uzun olub ,15–44 şaxəsiz şüaya malikdir. Pulcuqları sıx yerləşir. Cinsin Avropada,Kiçik Asiyada,Qafqazda və Aral dənizi hövzəsində yayılmış 3 növü vardır. Azərbaycan sularında iki növə mənsub olan iki yarəmnövü yayılmışdır.

Значение слова в других словарях