Çax Axriyev
Çax Elmurziyeviç Axriyev (10 may 1850, Furtouq, Terek vilayəti — 29 aprel 1914, Vladiqafqaz) — Rus alimi, ilk inquş etnoqrafı, tarixçi və hüquqşünası.
== Həyatı ==
10 may 1850-ci ildə Terek vilayətinin Furtoug kəndində Ceyrax nəslinin ağsaqallı Elmurza Axriyevin ailəsində anadan olmuşdur. Anası Xamatxanovlar sülaləsindən idi. Milliyətcə çeçendir.
1850–1860-cı illərdə Qafqaz müharibəsinin son dövrü — Qafqaz bölgəsinin Rusiya imperiyası tərəfindən işğalı sona çatdı. Fərdi müqavimət mərkəzlərini "sakitləşdirmək" üçün keçirilən hərbi əməliyyatlardan birində, 7 yaşlı Çax Axriyev, digər oğlanları arasından seçilərək rus qoşunlarının dəstəsi tərəfindən əsir götürüldü. O, bir müddət girov qaldı. Uşağı girov saxlamaqda əsas məqsəd kəndin və Ceyrax nəslinin Rusiya imperiyasına sadiq qalmasını təmin etmək idi.Çax Axriyev ruslar tərəfindən Vladiqafqaz qalasına gətirildi və burada hərbi kanton məktəbinə göndərildi (1857–1862). Rus ordusunda zabit olan əmisi Temurko Axriyevin köməkliyi sayəsində Vladiqafqazdakı vəziyyəti digər girov uşaqlardan bir qədər yaxşı idi. O, Rusiya hakimiyyəti tərəfindən hörmət və daha çox azadlığa sahib idi.