ÇAYÇILIQ
ÇAYDAŞI
OBASTAN VİKİ
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.
Dəm çaydanı
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Elektrik çaydanı
İlk elektrik qızdırıcı cihazı çaydanın alt hissəsində yerləşdirilirdi. Su ilə qızdırıcı arasında metal təbəqə olduğundan o, çox gec qaynayırdı. 1923-cü ildə Artur Larqc xüsusi mis borudan ibarət qızdırıcı cihazı çaydanın içərsində yerləşdirdi. Bu çaydanda su çox sürətlə qızırdı.
Rasselin çaydanı
Rasselin çaydanı və ya səmavi çaydan — filosof Bertran Rassel tərəfindən dinlərin təkzibolunmaz tərəflərinin təkzib olunması vəzifəsinin şübhəçilərin öhdəsinə düşdüyü düşüncəsini yox etmək məqsədi ilə ortaya atılan bir oxşarlıqdır. Illustrated jurnalının 1952-ci ildəki nəşrinə daxil edilməsi nəzərdə tutulan (buna baxmayaraq jurnalın bu sayı dərc olunmadı) "Bir Tanrı varmı?" məqaləsində Bertran Rassel öz düşüncələrini aşağıdakı şəkildə ifadə etmişdir: Riçard Dokinz yazmış olduğu Bir Şeytanın Keşişi kitabında bu düşüncəni biraz daha da irəliyə apararaq aşağıdakı şəkildə ifadə etmişdir: Rasselin çaydanı anlayışının daha yumoristik və dinləri parodiya edən formaları inkişaf etmişdir. Bunlara misal olaraq Tək buynuzlu gözəgörünməz çəhrayı at və Uçan spagetti əjdahasını göstərmək olar.

Digər lüğətlərdə

боча́р выканю́чивать метаморфизова́ться неоцени́мо пери́нка рту́тный Ферра́ри хлоро́зный естество́ поджа́рить сомнамбули́чески хватить через край подскарбий -mentioned duello hydroquinol King Charles spaniel make-way prohibitive shellac St. Petersburg yearningly батисфера неясыть строфант