ÇİM

1. пласт грунта, снятый с муравой, дерн; 2. весь, сплошь, целиком;
ÇİLLİ
ÇİMÇİŞMƏ
OBASTAN VİKİ
Çim
Çim — otlağın üst qatı. Əsasən çöl və çəmən ot bitkiləri ilə örtülmüş zəminin üst qatı. Daha çox çöldə, dağ yamaclarında və meşəli çəmənliklərdə olur. Rəngi adətən tünd-yaşıldır, strukturu kəsəkli-dənəvər və ya lilli olur. Gücü 3 sm dən çoxdursa, onu, zəminlərin təsnifatında Ad indeksli müstəqil üfuqa ayırılar. O bərkdir və, həcminin yarısından çoxuna canlı bitkilərin kökləri şəbəkəsi işləmişdir. Onu müəyyən edən əlamətlərdən biri odur ki, əgər otların saplarından dartılsa, onda onun üst təbəqəsi qalan zəmindən ayrılır. Əvvəllər yaşayış yerləri üçün və müdafiə istehkamlarında geniş istifadə olunurdu. Müasir vaxtda stadionların, parkların və yaşıllıq zonalarının salınmasından sitifadə olunur.
Çim qarışqası
Çim qarışqası — Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ Miqdarca ən çox olan növdür. Çox az yer tapılır ki, orada bu qarışqa növünə rast gəlinməsin. Təbiətin bu miskin varlığı öz qidasını tələsmədən, bütün künc-bucağı diqqətlə nəzərdən keçirməklə qarşısına çıxan çiçəyin və mənənəsinin şirəsini nuş edir. Çim qarışqası özlərindən kiçik cücülərlə qidalanır, heyvan cəsədlərini gəmirir. Amma onların qış üçün tədarük ütdikləri dən olur. Çim qarışqası son dərəcə məhsuldar, cəsarətli və yaman inadcıldır. Belə ki, kəşfiyyat və əmək prosesində ölənləri əvəz etmək üçün dişi fərdlər fasiləsiz olaraq yumurta qoyur. Yuvalar həmişə yumurta və puplarla dolu olur. Buna görə də təbiətdə çim qarışqası başqa növlərə nisbətən çoxluq təşkil edir və onlar geniş miqyasda yayılırlar. Bu səbəbdən də onların himayəsində olan ərazinin sərhəddini müəyyən etmək olmur.
Foros çimərlikləri
Foros çimərlikləri — Ukraynanın Krım yarımadası, Foros şəhər tipli qəsəbəsinin sahillərinini əhatə edən çimərliklər. Sahil və dənizin dibi əsasən çınqıl daşlarınddan təşkil olunmuşdur. Buna səbəb iki dəniz cərəyanının toqquşduğu ərazi olmasıdır. Bu cərəyanlar səbəbindən suyun temperaturu 1 gün ərzində dəyişə bilir. Sahil ərazisində dərinlik 3–6 metr arasında dəyişir. Forosda yerləşən çimərliklər: Yaşıl adlanan əsas çimərlik qəsəbənin mərkəzi sahil hissəsində; "Foros sanatoriyası" yaxınlığında "Narıncı çimərlik"; "Narıncı çimərlikdən" bir qədər aralıda "Soyuq çimərlik"; "Tixoya buxtasında" isə eyni adlı çimərlik; Çexov bunrnu yaxınlığında vəhşi çimərlik; Terleski pansionatının çimərlikləri Foros çinərliyi; "Derevyaşka" və ya nudist çimərliyi; bir neçə özəl çimərliklər. == Mənbə == Крым экскурсионный. Путеводитель. 50 популярных маршрутов. Харьков.
FİFA Çimərlik futbolu üzrə Dünya Kuboku
Çimərlik futbolu üzrə Dünya Kuboku — FIFA tərəfindən ildə bir dəfə çimərlik futbolu üzrə keçirilən beynəlxalq turnir. İlk Dünya çempionatı 1995-ci ildə Braziliyada, Rio-de-Janeyro çimərliklərində keçirilmiş və 2001-ci ildə Portuqaliya komandası çempionatda qələbə çalanadək ilk 6 çempionatın qalibi Braziliya yığması olmuşdur. 2005-ci ilədək Dünya çempionatının təşkilatçısı mənzil-qərargahı İspaniyada yerləşən və əsas məqsədi bu idman növünün məşhurlaşdırılması olan BSW (Beach Soccer Worldwide) təşkilatı idi. 2005-ci ildə FIFA-nın strukturunda yeni bölmə — FIFA Beach Soccer S.L. (mənzil-qərargahı Barselona, İspaniya) yaradıldıqdan sonra turnir onun egidası altında keçirilməyə başlandı. Turnirin əvvəlki adı — Beach Soccer World Championships dəyişdirilərək Beach Soccer World Cup oldu. Yəni, dünya çempionatı əvəzinə, dünya kuboku adlandırıldı, oyunların keçirilmə qaydaları və reqlament isə dəyişməz qaldı. Braziliya yığması 16 çempionatdan 13-də qələbə qazanmış, Portuqaliya (2001), Fransa (2005) və Rusiya (2011) isə hərəyə bir dəfə çempion olmuşlar. 1995-2007-ci illərdə turnirə ev sahibliyini daimi olaraq Braziliya yerinə yetirirdi. Lakin, turnir FIFA-nın sərəncamına keçdikdən sonra ev sahibi olacaq ölkənin qitələr üzrə rotasiya qaydasında seçilməsi qərara alındı. Beləliklə, 2008-ci ildə turnir Avropada (Marsel, Fransa), 2009-cu ildə isə Asiyada (Dubay, BƏƏ) keçirildi.
Karoline Çimot
Karolina Şimot (22 aprel 1978) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Karolina Şimot Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Kata (çimərlik)
Kata çimərliyi (tay หาดกะตะ) — Andaman dənizində, Pxunet adasının qərb sahilində, ən çox ziyarət olunan çimərlik. Şimaldan Karon çimərliyi ilə sərhədlənir. Kata-Noy çimərliyindən 10 km, Pxunet şəhərindən 17 km, Pxunet hava limanından 47 km aralıda yerləşir. İnzibati baxımından Pxunet vilayətinin Karon rayonuna daxildir. 1970-ci illərdən ərazidə yurizm inkişaf edir. 26 dekabr 2004-cü ildə Hind okeanında zəlzələ və sunami nəticəsində ərazi böyük zərər görmüşdür. Sahil xəttinin uzunluğu 1,5 km-dir. Sahil aypara formasındadır. Çimərliyin şimal hissədə eni 70 m, cənubda isə 50 metrdir. Çimərliyin qarşı tərəfində Pu adası yerləşir.
Kopakabana çimərliyi
Kopakabana çimərliyi (port. Copacabana) — Rio-de-Janeyronun eyni adlı rayonu və çimərlik. Quanabara körfəzi sahilində yerləşir. Uzunluğu 4 km-dir. == Tarix == Kopakabananın tarixi 1750-ci ildən başlayır. Burada bu ildə boliviyalı Kopakabananın şərəfinə kilsə tikilmişdir. 1892-ci ildə Real Qrandes tunelinin tikintisi ilə ərazi Rio-de-Janerola birləşmişdir. 1904-cü ildə sahilində Avenida Atlantika inşa edilir. Rayon XIX əsrin 50-60 illərindən etibarən məşhurlaşır. Bura ilk əvvəllər yazıcı, rəssam və artistlərin yaşadığı bir yaşayış sahəsinə çevrilir.
La-Malageta (çimərlik)
La-Malageta (isp. Playa de La Malagueta) — Malaqa şəhər çimərliyi. Öz adını şəhər məhəlləsinin adından götürülmüşdür. Çimərlik tünd quma malikdir. Malaqa limanı ilə La-Kaleta çimərliyi arasında yerləşir. 1 200 m uzunluğa və orta hesabla 45 m enə sahibdir.
La-Monça (çimərlik)
La-Monça çimərliyi - (bask Hiru Kontxa, isp. Playa de La Concha) — eyni adlı buxtanın sahilində İspaniyanın Donostiya-San-Sebastiyan şəhərində yerləşın çimərlik. Ölkədə ən məşhur çimərləklərindən biyidir. Çimərlik Urumea çayı deltası və Urqull təpəsindən bir qədər aralıda yerləşir. Çimərlik 1, 350 km uzunluğa, 40 m enə və 54 000 km² əraziyə malikdir. Çimərlik dayazlığı ilə seçilir. Qabarmalar zamanı sahəsi kiçilir. 2007-ci ildə çimərlik Antena 3 telekanalı və COPE radiosu tərfindən İspaniyanın 12 xəzinəsinə daxil olmuşdur. == Mənbə == Çimərlik haqqında məlumat. La-Monça çimərliyi.
Maho çimərliyi
Maho çimərliyi (nid. Maho Beach) — Sen-Marten adasının cənub-qərbində yerləşən çimərlik. Adanın bu hissəsi Niderlandın tərkibində bir asılı ərazi olaraq Sint-Marten bölgəsinə daxildir.. Çimərliyi məşhurlaşdıran onun Şahzadə Yulian hava limanının yaxınlığında yerləşməsidir. Bu səbəbdən bəzən təyyarələr çimərlikdə istirahət edənlərin 10-20 metr üstlərindən uçaraq hava limanına daxil olur.. çimərlik və hava limanını iki hasar ayırır. Çimərliyin uzunluğu 300 m, eni isə 10-20 metr arasında dəyişir. Çimərlikdə çoxlu sayda kafe vardır. Onlar arasında ən məşhuru Sunset Bar and Grilldir. Burada olan lövhədə təyyarələrin uçuş-eniş vaxtları yazılmışdır.
Massandra çimərliyi
Massandra çimərliyi – Yaltanın Qara dəniz sahilində yerləşən çimərlik kompleksi. Çimərlik Massandra adlı rayonunun adından hötürülmüşdür. 500 metr məsafədə sajil boyu uzanır. Burada çoxlu sayda çimərlik və restoranlar vardır. 2010 ildə Krım ərazisində ilk Mavi bayraq almış çimərlikdir. == Çimərliyin xüsusiyyəti == Çimərlik altı müdtəqil çimərliyə bölünür. Burada hovuz, duş, ayaqyolu, uşaq və idman meydançaları vardır. Çimərliyin ərazisi terrasvaridir. Çimərlik çınqıldan təşkil olunmuşdur. Çimərliyə giriş pulsuzdur.
Mağara çimərliyi
Mağara çimərliyi (mac. Barlangfürdő) — Maçarıstanda mağara daxilində yerləşən geotermal su hövzəsi. Çimərlik Mişkols şəhərinin Mişkols-Tapolsa kurortunda yerləşir. Digər bu tip mağara çimərliyi Slovakiyanın Sklene-Teplisa şəhərindədir. Temperaturu 30 °C olan bu su oynaq ağrılarını müalicə edir. Başqa termal sulardan fərqli olaraq bu suyun tərkibində duzların miqdarı çox azdır. O üzdən insanlar uzun müddət bu suda çimə bilərlər. Mağara çimərliyini yanvar ayı istisna olunmaqla il boyu ziyarət etmək mümkündür. == Ümumi məlumat == Mağara və termal su qədim dövrlərdən məlum olsa da, Tapolsa çimərliyi Macarıstanın Osmanlı İmperiyası tərəfindən işğalından sonra məşhurlaşıb (16 −17 əsrlər). Mağaranın olduğu ərazi yunan pravoslav abbatılığı Qerembeye məxsus idi.
Navayo çimərliyi
Navayo çimərliyi (yun. Ναυάγιο) — Zakinf adasının (İon adaları, Yunanıstan) şimal-qərbində yerləşən çimərlik. Çimərlik İon dənizinin sahillərində yerləşir. 1980-ci illərə qədər çimərlik "Müqəddəs Georgi" adlanırdi. Bu ad dəniz səviyyəsindən 320 m yüksəklikdə olan məbədin şərəfinə adlandırılmışdır. Sonradan bugünkü, adınl almışdır. Tərcümədə Gəmi qəzası anlamını verir. 1980 ildə yunan sahil polisi qacaqmalçıları təqib edirdilər. Panayotis gəmisi siqaret, içki və qadınları daşıyırdılar. Onlar Türkiyədən İtaliyaya istiqamətlənmişdilər.
Novxanı çimərliyi
Novxanı çimərliyi — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahili boyunca uzanan çimərlik. Çimərlik qərbdən Corat qəsəbəsinin inzibati ərazi sərhədindən başlayaraq Adsız burnu ərazisi də daxil olmaqla təqribi olaraq olar 7–8 km məsafədə uzanır. Əsas çimərlik sahəsindən başqa şərqə doğru ensiz çimərliklər mövcuddur. Demək olar ki, böyük qismində restoran, kafe, otel və pullu çimərliklər yerləşir. Şəhər kənarı çimərlikləri ilə müqayisədə suyunun tərkibi nisbətən normaldır.
Omeqa çimərliyi
Omeqa çimərliyi — Ukraynanın Krım yarımadası, Sevastopol şəhəri sahilində yerləşən çimərlik. Çimərlik Sevastopolun ən böyük çimərliklərindən biridir. Çimərliyin uzunluğu 700 metrdir. Çimərlik Kruqlaya buxtasında yerləşir. Sahil və dib qumdan təşkil olunmuşdur. Mərkəzi hissədə isə gilli və kiçik daşlı sahə vardır. Buxtanın dərinmliyi 5—8 metrdir. Bu səbəbdən dibi yosunla örtülüdür. Bu səbəbdən zəif bir dalğada belə yosunları sahilə çıxarır.
Ordabası Çimkənd FK
Ordabası – Qazaxıstanın Çimkənd şəhərinin futbol klubu.
Ouşen-Biç (çimərlik)
Ouşen-Biç (ing. Ocean Beach) — San-Fransisko ərazisində yerləşən çimərlik. Çimərlik Sakit okeanın sahilində, Qızıl darvaza parkının qərb qutaracağında yerləşir. Çimərliyin uzunluğu 4,7 km, eni isə 180 metrdir. Çimərlik boyu Böyük şose keçir. Çimərlik istirahət edənləri yazın əvvələrində və payızın sonları qəbul edir. Yay ayları isə ərazi bütünlüklə dumanla örtülür Çimərlikdə adətən iri tonqal qalanır. Elə də əlverişli iqlimi olmayan iqlimi ilə seçilir. 1884 ildə çimərlik yaxınlığına dəmiryolu, 1890-cı ildə isə tramvay xətti çəkilir. 18 aprel 1906 ildə San-Fransisko zəlzələsi (1906) baş verməsindən sonra əhali çimərlikdən düşərgə kimi istifadə etmişdir.
Panjin çimərliyi
Panjin (çin. 碱蓬草) — Çində qeyri-adi qırmızı çimərlik. Panjin Qımızı sahil — Panjin şəhərinin 30 kilometr cənub-qərbində, Liaohe çayı deltasında yerləşir. Çinin ən məşhur çimərliyidir. Rəngin səbəbi isə dayaz sahildə yaşayan qırmızı yosunların(lat. Rhodophyta rhydos-qırmızı , Fitos bitki) ifraz etdiyi maddələr — "floridean" və purpur bakteriyalarıdır. Ətrafdakı alaq otları aprel-may aylarında inkişaf edir və yosunlar maddələrini ifraz edənə kimi yaşıl olurlar. Payızda isə artıq sahil qan qırmızısına boyanır sonsuz qırmızı xalça ilə örtülür. Panjin Qırmızı sahili bir çox təşkilatlar tərəfindən qorunur və bura yalnız VİP turistlər girib tamaşa edə bilər.
Preveli çimərliyi
Preveli (yun. Πρέβελη, bəzən isə Palmalı çimərlik adlanır) — Yunanıstanda çimərlik və laqun. Çimərlik Krit adasının cənub hissəsində yerləşir. Çimərlik Liviya dənizinin sularına aiddir. Çimərliyin adı ərazidə yerləşən Preveli monastrında götürülmüşdür. Çimərlik Kurtaliotiko dərəsinin dənizə çıxısında yerləşir. Dərə ilə Meqalopotamos çayı axır. Məhs Meqalopotamos çayının hesabına çimərlik suyunun temperaturu digər akvatoriyalarla müqayisədə aşağıdır. Preveli çimərliyinin uzunluğu təxminən 210 metr, eni isə maksimum 50 metrdir. Çimərlik qumunun rəngi tünd-bozdur.
Solneçnı çimərliyi
Solneçnı çimərliyi — Ukraynanın Krım yarımadası, Sevastopol şəhəri sahilində yerləşən çimərlik. Çimərlik yaxınlığında kiçik park vardır. Çimərliyin uzunluğu 100 metrdir. 1970-ci ildə təşkil edilən çimərlik Xerson muzeyinə məxsus olmuşdur. Əvvəllər «Soldatski» çimərliyi adlanırdı. Bunun səbəbi isə yaxınlıqda olan hərbi hissələrdən əsgərlərin əsasən burada çimməsi idi. Kiçik və çınqıllardan təşkil olunmuşdur. Altda isə qum yerləşir. Çimərlyinin sağ və solunda qayalı sahil mövcuddur. 1960-cı illərdə burada «Saltan çarı haqqında nağıl» filmi çəkilmişdir.
Sumqayıt çimərliyi
Sumqayıt çimərliyi — Sumqayıt şəhərinin Xəzər dənizi boyunca uzanan sahil xəttində yerləşən çimərlik. Çimərlik Corat qəsəbəsindən başlayaraq Sarıqayabaşı burnu ərazisinə istiqamətlənir. Xüsusi ilə Yeni Corat və Corat qəsəbələrinin sahilləri balıqqulağı ilə örtülüdür. Çimərlik yay ayları şəhər sakinlərini özünə cəlb edir. Son illər sutəmizləyici qurğuların inşası və yenilənməsinə baxmayaraq, çimərlikdə ekoloji tarazlıq bərpa olunmamışdır. Sumqayıt bulvarının salınması ilə çimərliyin şimal hissəsində tikinti işləri aparılmışdır. Novxanı çimərliyinə yaxın sahələrdə restoran, kafe, otel və pullu çimərliklərin sahili örtməsi dənizə açılan mənzərənin qarşısını alır.
Çimcilban
Cimcilbanq — ənənəvi Koreya saunası. Qaynar və quru olub ənənəvi olaraq şam ağacının da istifadə edildiyi və daşdan hazırlanan dairəvi günbəz formalı buxar sobasının qızdırıldığı saunaya deyilir. Bu, təxminən 50~90 dərəcə arasında olan aşağı temperaturlu saunanın əsas götürüldüyü sağlamlıq müəssisəsidir. Əsasən Cənubi Koreyanın böyük şəhərlərində daha çox rast gəlmək olur və hazırda dünyanın müxtəlif ölkələrində geniş yayılmaqdadır. Əksəriyyəti 24 saat açıq olduğu üçün hətta bəzən qonaqlama yeri olaraq da istifadə olunur. Yaşından, cimcilbanqın yerindən asılı olaraq ödəniş məbləği dəyişir. Gecə günorta saatlarına nisbətən adətən ödəniş daha yüksək olur. Münasib qiymətə qonaqlamaq mümkün olduğu üçün səyahət edən insanlar çox istifadə edirlər və nadir hallarda bir neçə həftə və ya bir neçə ay olaraq uzunmüddətli qonaqlamaq olur. Cimcilbanqın yorğunluqlarını canlarından çıxarmaq məqsədilə kömür işçiləri üçün yaradıldığına dair fərziyələr də var. İlk dəfə 1994-cü ildə cimcil + banq (otaq deməkdir) birləşməsi kimi istifadə edilmiş, 1995-ci ildən isə bu sözün istifadəsi geniş vüsət almışdır.
Çimən (Füzuli)
Çimən — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Çimən kəndi Füzuli rayonunun Cuvarlı inzibati ərazi vahidində yerləşir. Dağətəyi ərazidədir. Əsl adı Çəməndir. Yaşayış məntəqəsi çəmənlikdə (yaşıl otla örtülmüş sahədə) salındığı üçün belə adlandırılmışdır. Oykonim çəmənli tayfasının adından da ola bilər. Şahbuz rayonunun Biçənək və Keçili kəndlərində Çimənyurd adlı yerlər qeydə alınmışdır. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Azərbaycan Çimərlik Futbolu Federasiyası
Azərbaycan Çimərlik Futbol Federasiyası == Haqqında == 2003-cü ildə yaradılıb, amma bu Federasiya hələ də məlum olmayan səbəblərdən bu günə qədər fəaliyyət göstərmir.
Həmzət Çimayev
Həmzət Xizaroviç Çimaev (rus. Хамзат Хизарович Чимаев; 1 may 1994, Qvardeyskoe[d], Çeçenistan) — çeçen əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı. əvvəllər İsveçi və indi BƏƏ-ni təmsil edir. Ultimate Fighting Championship (UFC) orta çəki divizionunda yarışır. Sərbəst güləş üzrə Çimaev üçqat İsveç Milli çempionudur. 21 noyabr 2023-cü il tarixinə UFC orta çəki reytinqində 9-cu yerdədir.
Çimərlik (film)
Çimərlik (ing. The Beach) — 2000-ci ildə çəkilmiş, ABŞ və Böyük Britaniyanın birgə istehsalı olan psixoloji triller və macəra filmi. Con Hodj filmin ssenarisini ingilis yazıçı Aleks Qarlandın 1996-cı ildə işıq üzü görən eyniadlı romanı əsasında yazmışdır. Filmin rejissoru Denni Boyldur. Baş rollarda Leonardo DiKaprio, Tilda Suinton və Robert Karlayl oynayır. Film Berlin Film Festivalında "Qızıl Ayı" mükafatına namizəd göstərilmişdir. Bundan başqa Leonardo DiKaprio bu filmdəki rolu üçün "ən pis aktyor" Moruq Mükafatına (Razzie Awards) namizəd olmuşdur. DiKaprio bu mükafatı 1998-ci ildə "Dəmir maskalı adam" (ing. The Man in the Iron Mask) filmindəki roluna görə almışdır. Amerikalı gənc macərapərəst olan Riçardın (Leonardo DiKaprio) səyahət üçün getdiyi Taylandın paytaxtı Banqkokda qaldığı oteldə, qonşu otaqda qalan adamdan aldığı xəritədən istifadə edərək oteldə tanış olduğu Etyen (Giyom Kane) və Fransua (Virjini Leduayen) adlı fransız turistlərlə getdiyi tropik adada yaşadıqlarından bəhs edir.

Значение слова в других словарях