ÇOXMƏNALI

sif. dilç. Çox mənası olan. Çoxmənalı söz. “Baş” çoxmənalı sözdür.

Синонимы

  • ÇOXMƏNALI ÇOXMƏNALI (sözlərin bir neçə məna bildirməsi) Çoxmənalı sözlər bu və ya başqa bir əşyanın, hadisənin, prosesin, keyfiyyətin və s

Антонимы

  • ÇOXMƏNALI ÇOXMƏNALI – TƏKMƏNALI Sözlər təkmənalı və ya çoxmənalı olur. “Müasir Azərbaycan dili”
ÇOXMƏQSƏDLİ
ÇOXMƏRTƏBƏ
OBASTAN VİKİ
Çoxmənalı sözlər
Çoxmənalı sözlər — Əsas məna ilə bağlı olub bir neçə əlavə,törəmə mənada işlənən sözlərə çoxmənalı sözlər deyilir. Məsələn: üz – adamın üzü, suyun üzü, yorğanın üzü; göz – adamın gözü, bulağın gözü, şkafın gözü və s. Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn: Həqiqi məna – polad balta (isim), gözəl mənzərə (sifət). Məcazi məna – polad bilək (isim), gözəl fikir (sifət) Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məsələn: alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənmişdir. Bütün sözlər çoxmənalı ola bilməz. Çoxmənalı sözlər, əsasən, bədii üslubda işlədilir.

Значение слова в других словарях

говори́ть конвульси́вный нова́торствовать пота́ль рамбу́рс телевизио́нщица заодно́ непроходи́мо протряхну́ть сахаропроизводя́щий свежо́ уга́дчица мерси contextual gazpacho glottal integration planimeter progressively shipowner whole бездна корчеватель погудка проводница